Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-682/2021 12.08.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı3, Hacıyeva Şəfiqə Nəbi qızının, İddiaçı4 və X11 cavabdeh Cavabdeh qarşı fərdi yaşayış evinin natura qaydasında bölünməsi, bununla bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiası üzrə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və qeyriləri Cavabdeh qarşı fərdi yaşayış evinin natura qaydasında bölünməsi, o cümlədən bununla bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax şəhəri Şəkili küçəsi 8 ünvanda yerləşən fərdi yaşayış evinə dair, onların paylı mülkiyyət hüququnun natura qaydasında bölünməsi (hər iki tərəf üzrə əlverişli şərtlərlə) o, cümlədən bununla bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar doğma bacı-qardaşlardır. Cavabdeh da onların bacısıdır. Yevlax şəhəri Şəkili küçəsi 8 ünvanda yerləşən daşınmaz əmlak paylı mülkiyyət hüququ üzrə aşağıdakı qaydada bölünmüşdür: İddiaçı2 yaşayış evi 19/144 hissə, torpaq sahəsi 1/96 hissə, Nəbiyev Arif Nəbi oğlu yaşayış evi 19/144 hissə, torpaq sahəsi 7/96 hissə, Cavabdeh Nəbi qızı yaşayış evi 19/144 hissə, torpaq sahəsi 1/96 hissə, X3 yaşayış evinin 19/144 hissə, torpaq sahəsi 1/16 hissə, X20 yaşayış evi 7/144 hissə, torpaq sahəsi 7/96 hissə, X7 torpaq sahəsi 6/96 hissə, X17 torpaq sahəsi 6/96 hissə, X15 torpaq sahəsi 6/96 hissə, X4 torpaq sahəsi 6/96 hissə, X28 oğlu torpaq sahəsi 6/96 hissə, X16 torpaq sahəsi 6/96 hissə, Nəbizadə Aytac Arif qızı torpaq sahəsi 6/96 hissə, X6 torpaq sahəsi 6/96 hissə, X8 torpaq sahəsi 6/96 hissə, Fətəliyev Elçin Rizvan qızı torpaq sahəsi 6/96 hissə, X12 torpaq sahəsi 6/96 hissə, Məmmədova Məlahət Baloğlan qızı torpaq sahəsi 6/96 hissə və İddiaçı1 yaşayış evi 61/144 hissə, torpaq sahəsi 7/96 hissə. Onlar- iddiaçılar həyətyanı torpaq sahəsinin natura qaydasında bölünməsinin tələb etmir. Lakin fərdi yaşayış evinin natura qaydasında bölünməsini arzu edir və onlar istəyirlər ki, iddiaçıların fərdi yaşayış evinə dair mülkiyyətinə daxil olan payları natura qaydasında ayrılsın. Məhkəmənin iclasında iştirak edən İddiaçı1 iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər iddiaçılar və cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə, iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** qeydiyyat №li çıxarışından görünür ki, Yevlax şəkili küçəsi 0,05 hektar torpaq sahəsində yerləşən, ümumi sahəsi 80,3 m2 olan fərdi yaşayış evinin 19/144 hissəsinə İddiaçı2, yaşayış evinin 19/144 hissəsinə Nəbiyev Arif Nəbi oğlunun, yaşayış evinin 19/144 hissəsinə Cavabdeh, yaşayış evinin 19/144 hissəsinə X1, yaşayış evinin 7/144 hissəsinə X11, yaşayış evinin 61/144 hissəsinə İddiaçı1 mülkiyyət hüququ qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş “məhkəmə tikinti-texniki ekspertizasının” 10/1952 saylı 07.07.2021-ci il tarixli ekspert rəyindən müəyyən edilir ki, Yevlax şəhəri Şəkili küçəsi 8 ünvanında yerləşən təcrid mənzil şəklində fərdi yaşayış evinin mülkiyyətçilərin hər birinin payının uyğun olaraq naturada ayrılması inşaat norma və qaydalarının 2.08.01.89*-nun 2.2, 2.4, 2.9-cu bəndlərinin və Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Məhkəmə tərəflər arasında mövcud mübahisənin həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, Hacıyeva Şəfiqə Nəbi qızının, İddiaçı4 və X11 cavabdeh Cavabdeh qarşı fərdi yaşayış evinin natura qaydasında bölünməsi, bununla bağlı cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri-50 manat pul iddiaçılardan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-682/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-682/2021
12.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver