Məhkəmə qərarları › İş №2(060)-7396/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7396/2021

24.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7396/2021 24.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı1 və qeyrilərinin cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında DƏDRX-in Sumqayıt Ərazi İdarəsinə qarşı «pul məbləğinin qaytarılması və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və s. tələbinə dair» iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi : İddiaçı1 və qeyriləri cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında DƏDRX-in Sumqayıt Ərazi İdarəsinə qarşı «pul məbləğinin qaytarılması və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və s. tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər-"xxxx" MTK-dan alınmış və pul məbləğləri ödənilmiş mənzillərə dair maliyyə arayışlarının verilməsi, müqavilədə nəzərdə tutulmuş mənzil sahəsinin faktiki uyğunsuzluğuna görə ödənilmiş əlavə (6 mən.sahibi=4.230-00+1.600-00+10.800-00+11.550-00+2.600-00+5.940- 00+1.800-00) 38.520 (otuz səkkiz min beş yez iyirmi) manat pul məbləğinin fərqinin qaytarılması; İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsinə Sumqayıt şəhəri, 9-cu mkr/r, 24 və 31 saylı yaşayış binalarının arasında yerləşən 14 mərtəbəli yaşayış binasında "xxxx" MTK tərəfindən inşa edilmiş iddiaçılara məxsus mənzillərin adlarına özəlləşdirməklə, həmin mənzilə dair çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, hesab edirəm ki, iddiaçı tərəfindən ayrı-ayrı cavabdehlərə qarşı biri-birilə bağlı olmayan bir-neçə tələb bir ərizədə birləşdirilməklə məhkəməyə müraciət edilmişdir. Göründüyü kimi iddia tələbi iki hissədən – pul tələbindən və mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlıdır. Hesab edirəm ki, bu tələblər bir-biri ilə bağlı olmamaqla bir icraatda baxıla bilməz. Eyni zamanda iddiaçının nəzərinə çatdırılır ki, qeyd olunan təlblərdən “mülkiyyət hüquqlarının qeydə alınması” hissədə tələb inzibati icraat qaydasında baxılmalı olan məsələdir və mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə həmçinin qeyd edir ki, daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən DƏDRX və onun ərazi idarələri inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir-neçə tələb birləşdirildikdə hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, q ərara aldı: İddiaçı1 və qeyrilərinin cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və İqtisadiyyat Nazirliyi yanında ƏMDX yanında DƏDRX-in Sumqayıt Ərazi İdarəsinə qarşı «pul məbləğinin qaytarılması və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və s. tələbinə dair» ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar