Məhkəmə qərarları › İş №2(105)-902/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-902/2023

03.04.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-902/2023 03.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, e-2(012)-1644/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İşin halları: İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması, bu mümkün olmadıqda mənzilin hərracda satılması və əldə olunmuş pulun paylara mütənasib bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, e-2(012)-1644/2023 nömrəli qərardadı ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Cavabdeh qarşı payın naturada ayrılması, bu mümkün olmadıqda mənzilin hərracda satılması və əldə olunmuş pulun paylara mütənasib bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı tərəf Abşeron Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, e-2(012)- 1644/2023 nömrəli qərardadından şikayət vermişdir. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə 06 fevral 2023-cü il tarixli, e-2(012)-1644/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı hazırki iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etməlidir. İddiaçı müvafiq məhkəmə qərardadından şikayət verərək, onun ləğv edilməsini barədə qəraradad çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Şikayətini onunla əsaslandırmışdır ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Hazırki iş üzrə daşınmaz əmlak Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF-Park” yaşayış massivində yerləşir. Odur ki, hazırki tələblə Abşeron Rayon Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə müstəsna aidiyyat qaydaları tətbiq etməli olduğu halda bunu etməmişdir. Hazırki iş üzrə o öz payının naturada ayrılmasını və həmin payın satılmasını istəyir. Bununla bağlı digər payçı Cavabdeh ilə arasında danışıqlar aparsa da payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilməmişdir. Bu hal isə onun mülkiyyət hüququndan məbrum etmə ilə əlaqədar olmayan hüquqlarının pozulması ilə nəticələnir və bu hüquqlarının pozuntusunun aradan qaldırılması üçün paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edir. O paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payından istifadə edə bilməməsi və ya istifadə etməsi üçün müəyyən çətinliklərin yaranması onun mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan hüquqlarının pozulması kimi qiymətləndirilməli və işə MPM-in 39-cu maddəsi tətbiq edilməlidir. Apellyasiya instansiya məhkəməsində icraat Şikayətə qarşı yazılı izahat və etirazlar daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 39.1.-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 372.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi tаm hüquqlu məhkəmə kimi işə, işdə olаn və əlаvə təqdim olunmuş sübutlаr əsаsındа mаhiyyəti üzrə bаxır. 372.7-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Apellyasiya baxışının həddi Məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə apellyasiya baxışının predmetini şikayət məhkəmə qərardadının tam ləğvinə yönəldiyindən, qərardadın tam qanuniliyinin yoxlanılması təşkil edir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi mülkiyyət hüququndan məhrumetmə və ya bununla bağlı olmayan mülkiyyət hüquqularının pozulması ilə bağlı olmamaqla, əmlak üzərində payın naturada ayrılması, bu mümkün olmadıqda mənzilin hərracda satılması və əldə olunmuş pulun paylara mütənasib bölünməsi barədə olmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, əmlakın naturada bölgüsü əmlakla bağlı payın müəyyən edilməsi, paya uyğun bölgünün həyata keçirilməsi halını özündə ehtiva edir, mülkiyyət hüququndan məhrumetmə ilə bağlı olmayan hüquqların pozulması isə məhz mülkiyyətçinin mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan və bununla bağlı digər halları özündə ehtiva edir. Qeyd edilən iddia tələbi isə mahiyyət etibarilə mülki prosessual qanunvericiliklə tənzim olunan müstəsna aidiyyət qaydalarının təsiri altına düşmür, hansı ki həmin qaydalara dair tələblər birmənalı, dəqiq şəkildə imperativ norma kimi qeyd olunmuşdur. Həmçinin, qeyd olunan qanunvericilik normasının təhlilindən görünür ki, əmlakın naturada bölgüsü və ya açıq hərracda satılması ilə bağlı iddia tələbləri ilə bağlı müstəsna aidiyyət qaydasına dair norma nəzərdə tutulmamışdır. Həmçinin, qeyd olunmalıdır ki,"AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, cavabdeh Ağayeva X3 şəhəri, A.Məmmədov küçəsi, 16 saylı evin 13 saylı mənzilində qeydiyyata alınmışdır. Qeyd olunan hallara əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına riayət edilməklə verilmədiyindən, birinci instansiya məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlı olmuş, iş üzrə düzgün nəticəyə gəlmiş, məhkəmə qərardadı qanuni və əsaslıdır, iddiaçının şikayətində göstərdiyi dəlillər iş üzrə məhkəmə qərardadının apellyasiya qaydasında ləğv olunması üçün əsas hesab edilə bilməz.Ona görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilən məhkəmə qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, e-2(012)-1644/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar