Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-699/2021 19.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2 Cümşüd oğluna və Cavabdeh3 Cümşüd oğluna qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər X2 və qeyrilərinə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Yevlax rayonu Aran qəsəbəsində yerləşən 14.7 ha torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz zəbt edilməsi nəticəsində ona vurulmuş zərərin, yəni 14000 manat məbləğində pulun ona ödənilməsi və dövlət rüsumu kimi ödədiyi 30 manat iddiaçı olaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırki mülki iş aidiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh X1 rayonu Minkənd kəndində qeydiyyatdadırlar və Yevlax rayonu Aran qəsəbəsində yaşayırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehlərin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44 və 45-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər X2, Cavabdeh2 Cümşüd oğluna və Cavabdeh3 Cümşüd oğluna qarşı cavabdehlərin vurduğu zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(039)- 699/2021 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Laçın Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-699/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-699/2021
19.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver