Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-70/2020 01.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ HakimƏliyev Toğrul Məhəmmədoğlununsədrliyi, Məhkəmə iclasının katibi Qasımov Nurlan Asif oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı kredit müqaciləsi üzrə borcun və faizlərin tutulması barədə mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “xxxxxx” ASC cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada “xxxxxx” ASC-nin xeyrinə xx xxxx 2015-ci il tarixli, 115.LN.2102.100715.00001 saylı kredit müqaviləsi və kredit müqaviləsinə əlavə razılıq №1, əlavə razlıq № 2, üzrə 2,626.78 ABŞ dolları əsas, 731.71 ABŞ dolları faiz, 12.94 ABŞ dolları gecikdirməyə görə cərimə olmaqla, cəmi 3,371.43 ABŞ dolları məbləğində vəsaitin tutulması, Cavabdeh1 məxsus 58,8 qram, əyyarlı 750,585 olan qızıla (əmlaka) yönəldilməsi, göstərilən əmlakın (qızılın) açıq hərracda satılaraq əldə olunan vəsaiti banka olan borcunun ödənilməsinə yönəldilməsi və tərəflərindən ödənilmiş 30.40 manat dövlət rüsumunun tutulması barədə qərnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, xx xxxx 2015-ci il tarixli, 115.LN.2102.100715.00001 saylı kredit müaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh1 illik 26 faizlə 24 ay müddətinə 4,000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxxx 2016-cı il tarixdə 115.LN.2102.100715.00001 saylı kredit müqaviləsinə əlavə razılıq №1 və xx xxxxx 2016-cı il tarixdə 115.LN.2102.100715.00001 saylı kredit müqaviləsinə əlavə razılıq № 2 bağlanmışdır. Kredit müqaviləsinin təminat olaraq Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ilə zaminlik müqaviləsi bağlanmışdır. xx xxxx 2018-ci il tarixə Cavabdeh1 banka xx xxxx 2015-ci il tarixli, 115.LN.2102.100715.00001 kredit müqaviləsi və kredit müqaviləsinə əlavə razılıq №1, əlavə razlıq № 2, üzrə 2,626.78 ABŞ dolları əsas, 731.71 ABŞ dolları faiz,12.94 ABŞ dolları gecikdirməyə görə cərimə olmaqla, cəmi 3,371.43 ABŞ dolları borcu vardır. İddiaçı “xxxxxx” ASC-nin nümayəndəsi Lalə Namazova məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasına onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iclas zamanı kredit müqaviləsi üzrə borcunun olduğunu etiraf edərək izahatında bildirmişdir ki, maddi imkanı olmadığına görə kredit borcunu banka ödəyə bilməmiş, həmin borcu gələcəkdə hissə-hissə ödəyəcəkdir. İddianın qismən, əsas borcun tutulması hissəsində təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş iddiaçı “xxxxxx” ASC-nin Gəncə filialı ilə Cavabdeh1 arasında bağlanmış 115.LN.2102.100715.00001 nömrəli, banka xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4la ayrı-ayrılıqda bağlanmış eyni tarixli zaminlik müqavilələri, maliyyə arayışı ilə təsdiq olunur ki, Cavabdeh1 illik 26 faizlə 24 ay müddətinə 4,000 ABŞ dolları məbləğində kredit verilmişdir digər cavabdehlər birgə məsuliyyət daşımaq barədə üzərilərinə öhdəlik götürmüş, Cavabdeh1 özünə məxsus qızıl zinət əşyalarını kreditin təminatı olaraq girov qoymuşdur. xx xxxxxx 2016-cı il tarixdə 115.LN.2102.100715.00001 saylı kredit müqaviləsinə əlavə razılıq №1 və xx xxxxx 2016-cı il tarixdə 115.LN.2102.100715.00001 saylı kredit müqaviləsinə əlavə razılıq № 2 bağlanmışdır. Kredit müqaviləsinin şərtləri lazımınca icra edilməmiş və bunun nəticəsində borc yaranmışdır. Maliyyə arayışına əsasən xx xxxx 2017-ci il tarixə, yəni kredit müqaviləsinin müddətinin bitdiyi tarixə 2,821.38 ABŞ dolları əsas, 422.56 ABŞ dolları faiz, 12.94 ABŞ dolları gecikdirməyə görə cərimə olmaqla, xx xxxxxx 2018-ci il tarixə isə 2,626.78 ABŞ dolları əsas, 731.71 ABŞ dolları faiz,12.94 ABŞ dolları gecikdirməyə görə cərimə olmaqla, cəmi 3,371.43 ABŞ dolları borcu yaranmışdır. Kredit müqaviləsinin müddəti bitdikdən sonra 333 ABŞ dolları ödəniş edilmiş, bu məbləğin 194 ABŞ dolları əsas, 138.40 ABŞ dolları isə faiz borcuna silinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazıminca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh1 üzərinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia ona münasibətdə qismən əsaslıdır. Belə ki, faiz borcu ilə bağlı qeyd olunmalıdır ki, faiz borcu yalnız kredit müqaviləsinin müddətinin bitdiyi xx xxxx 2017-ci il tarixə olan 422.56 ABŞ dolları məbləğdə təmin edilməlidir. Eyni zamanda kredit müqaviləsinin müddəti bitdikdən sonra ödəniş yanlış olaraq faiz borcuna silindiyindən məhkəmə hesab edir ki, həmin məbləğ əsas borca silinməli və əsas borc tələbi hissəsində iddia 2,488.38 (2,626.78 – 138.40) ABŞ dolları həcminə təmin edilməlidir. Cərimə tələbi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd edilən cərimənin tənasübsüzlüyü müəyyən olunmur. Yaranmış borc girov predmetinə yönəldilməli, həmin qızıl zinət əşyaları açıq hərracdan satılmaqla əldə edilmiş vəsait hesabına borc ödənilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, zaminlik müqavilələrinin 4.1 şərtlərinə görə, həmin müqavilələr bağlandığı andan qüvvəyə minir və həmin müqavilələrin 1.1 bəndində göstərilən müqavilə üzrə borc alanın öhdəlikləri tam icra olunanadək qüvvədədir. İstinad edilən kredit müqaviləsinin müqaviləsinin müddəti xx xxxx 2017-ci il tarixdə bitir və iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə yalnız xx xxxxxxxx 2018-ci il tarixdə müraciət etmişdir. Məhkəmə, Mülki Məcəllənin 477.0.4 maddəsinin tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, iddiaçı öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminlərə qarşı iddia irəli sürmədiyindən istinad edilən kredit müqaviləsi üzrə onların zaminliyinə xitam verilməli və iddia həmin zaminlərə qarşı təmin edilməməlidir. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 xx xxxx 2015-ci il tarixli, 115.LN.2102.100715.00001 saylı kredit müqaviləsi üzrə 2,488.38 ABŞ dolları əsas, 422.56 ABŞ dolları faiz, 12.94 ABŞ dolları gecikdirməyə görə cərimə olmaqla, cəmi 2,923 (iki min doqquz yüz iyirmi üç) ABŞ dolları 88 (səksən səkkiz) sent ödəniş gününə olan məzənnə üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat 40 (qırx) qəpik iddiaçı “xxxxxx” ASC-nin xeyrinə tutulsun. Tutma Cavabdeh1 məxsus 58,8 qram, əyyarlı 750, 585 olan qızıla (əmlaka) yönəldilməklə həmin qızıl zinət əşyaları açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına borc ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-70/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-70/2020
01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver