Məhkəmə qərarları › İş №2(039)-703/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-703/2020

27.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-703/2020 27.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi olan X1 nümayəndəsi X2iştirakı ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə tələbi barədə” iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan iddiaçı Bank iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış, 2387 №-li “Kredit müqaviləsi” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 114,01 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 6,14 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 195,67 manat, müqavilənin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 21,34 manat, cəmi isə 337,16 manat məbləğində pulun, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq ona (Banka) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə bağlanmış “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 30 faiz dərəcəsi ilə, 18 ay müddətinə 1.000 manat məbləğində kredit verilmişdır. Göstərilənlərə baxmayaraq, cavabdeh Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri Banka ödəməkdən yayınmışdır. Nəticədə, onun Banka borcu yaranmışdır ki, əsas kredit borcu 114,01 manat, kreditdən istifadəyə görə hesablanmış faiz borcu 6,14 manat, müqavilə müddətinin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcu 21,34 manat təşkil edir. Bundan başqa, Bank tərəflər arasında bağlanmış “Kredit müqaviləsinin” şərtlərini rəhbər tutaraq, ödənişi gecikdirdiyinə görə cavabdehə 195,67 manat cərimə də tətbiq etmişdir. Cavabdehə dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borc ödənilməmiş qalmışdır. Bu səbəbdən, Bank hazırki iddia ilə məhkəməyə müraciət etmək və iddianın verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçınnı nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan sənədlərdən müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli 2387 №-li “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən cavabdehə kreditdən istifadəyə görə illik 30 faiz dərəcəsi ilə 18 ay müddətinə 1.000 manat məbləğində kredit vermişdir. “Kredit müqaviləsi” əsasında kreditin (hissə-hissə) və kreditdən istifadəyə görə faizlərin Banka qaytarılması üçün ödəmə cədvəli tərtib edilmişdir. Bankın hesablamalarından görünür ki, xx xxxxxx 2019-cu il tarixə cavabdeh tərəfin Banka olan əsas borcu 114,01 manat, müqavilə müddətinə hesablanmış faiz borcu 6,14 manat, müqavilə müddətinin bitdiyi gündən sonrakı vaxta hesablanmış faiz borcu isə 21,34 manat məbləğindədir. Bank tərəflər arasında bağlanmış “Kredit müqaviləsinin” şərtlərini rəhbər tutaraq, ödənişi gecikdirdiyinə görə cavabdehə cərimə tətbiq etmişdir ki, həmin cərimənin məbləği 195,67 manat təşkil edir. “Ödəniş qəbzindən” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün Bank tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi, Bank ilə cavabdeh arasında bağlanmış “Kredit müqaviləsi” üzrə borcun verilməsi barədə öhdəlik icra edilsə də, borcun Banka qaytarılması barədə öhdəlik icra edilməmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki halda cavabdehin üzərinə düşür. Cavabdeh isə məhkəmə proseslərində iştirak etməmiş və Banka olan borcunun ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda hesab edilməlidir ki, cavabdeh Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməli, banka olan borcunu tam həcmdə ödəməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məcəllənin 448-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddiaçı Bank tərəfindən təqdim edilmiş hesablamalardan görünür ki, cavabdeh, “Kredit müqaviləsinə” əsasən kredit borcunu, habelə hesablanmış faizləri müəyyən edilmiş cədvələ uyğun qaydada ödəmədiyindən, onun, müqavilə müddətinin sonuna Banka 114,01 manat əsas və 6,14 manat məbləğində faiz borcu, habelə müqavilə müddəti bitdikdən sonra 21,34 manat faiz borcu yaranmışdır. İşdə olan sənədlərdən görünür ki, “Kredit müqaviləsi” əsasında kreditin (hissəhissə) və kreditdən istifadəyə görə faizlərin Banka qaytarılması üçün ödəmə cədvəli tərtib edilmişdir. Müqavilənin 2.5-ci maddəsinə görə isə, borcalan kredit və (və ya) ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilən gün üçün ödəniş məbləğinin 1% həcmində və vaxtı keçmiş kredit üzrə isə illik faiz dərəcəsi 30 % ödəməlidir. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, kredit borcunu, habelə hesablanmış faizləri müəyyən edilmiş cədvələ uyğun qaydada ödəməmişdir. Mülki Məcəllənin 462.1-ci maddəsinin birinci cümləsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məcəllənin 465.2-ci maddəsinin birinci cümləsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göründüyü kimi, qanun məhkəməyə tənasübsüz surətdə yüksək hesablanmış cərimə borcunu azaltmaq səlahiyyəti verir. Məhkəmə isə hesab edir ki, Bankın tələb etdiyi cərimə borcu kifayət qədər yüksəkdir və həmin məbləğin azaldılması Bankın əmlak mənafelərinə xələl gətirmir. Odur ki, cavabdeh tərəfə hesablanan 195,67 manat məbləğində cərimə borcu azaldılmalı və formalaşmış məhkəmə təcrübəsinə əsasən, əsas borc məbləğinin 10%-i nisbətində, yəni hazırki halda 10 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiası qismən təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiası qismən təmin edilsin. Əsas kredit borcunun ödənilməsi məqsədi ilə 114,01 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 6,14 manat, ödənişin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin ödənilməsi məqsədi ilə 10 manat, müqavilənin bitdiyi tarixdən sonrakı dövr üçün hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 21,34 manat, cəmi isə 151,49 manat məbləğində pul, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi- 30 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar