Məhkəmə qərarları › İş №2(039)-716/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-716/2020

18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-716/2020 18.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi x5 İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin Cavabdeh qarşı «müqavilə üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasındaaçıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC Cavabdeh qarşı «müqavilə üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddiaərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin xeyrinəxx xxxxxx 2018-ci il tarixli, 12-xx.xx.2018-003028 nömrəli kredit müqaviləsi üzrəəsas borc üzrə 743.38 AZN, faiz borcu üzrə 249.68 AZN, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla 16.62 AZN, 201.94 AZN cərimə borcu olmaqla, cəmi 1211.62 AZN kredit borcunun tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun və 0,40 (qırx) qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Suraxanı filialı ilə borclu x4rasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 12-xx.xx.2018-003028 nömrəlikredit müqaviləsinə əsasən x318 ay müddətinə illik 27 faiz (%) dərəcəsi ilə hesablanmaqla, 2000manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı, kimi Bankla Cavabdeharasında xx xxxxxx 2018-ci il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Eyni zamanda Zaminlik müqaviləsinin 2.1-ci maddəsinə əsasən sözügedən kredit müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə görə Zamin Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən isə borclu qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi və vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. DİN-in BPQMİ-nin MAPS şöbəsindən verilən arayışa əsasən x6 vəfat etməsisəbəbilə xx xxxxxx 2019-cu il tarixində qeydiyyatdan çıxmışdır. xx xxxxxx 2018-ci il tarixli, 12-xx.xx.2018-003028 saylı kredit müqaviləsinə əsasənx2 əsas borc üzrə 743.38 AZN, faiz borcu üzrə 249.68 AZN, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla 16.62 AZN, 201.94 AZN cərimə borcu olmaqla, cəmi 1211.62 AZN borcu mövcuddur. İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-nin nümayəndəsi x7 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən məlum olur ki, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqısı ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli 068 saylı maliyyə arayışından məlum olur ki, x2 xx xxxxxx 2018-ci il tarixli, 12xx.xx.2018-003028 saylı kredit müqaviləsi üzrə cəmi 1211.62 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2018-ci il tarixli, 12-xx.xx.2018-003028 saylı kredit müqaviləsindən məlum olur ki, x3 18 ay müddətinə illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 2000manat məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2018-ci il tarixli, 12-xx.xx.2018-003028 saylı zaminlik müqaviləsindən məlum olur ki, x1 təminatı kimi Cavabdeh ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2019-cu il tarixli arayışından məlum olur ki, x6 vəfat etməsisəbəbilə xx xxxxxx 2019-cu il tarixində qeydiyyatdan çıxmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx xxxxxx 2019-cu il tarixli arayışından məlum olur ki, Cavabdeh xx xxxxx 1987-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatdadır. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, iddiaçı ilə x6 arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 12-xx.xx.2018-003028 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən x3 18 ay müddətinə illik 27 % dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2018-ci il tarixli 12-xx.xx.2018-003028 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi iddiaçı ilə cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixli, 12-xx.xx.2018-003028 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. x6 vəfat etmişdir. x6 ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 12xx.xx.2018-003028 nömrəli kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş, kreditin cədvəl üzrə ödənişi qaydalarına tam şəkildə riayət edilməmişdir. Ona görə də iddiaçı məhkəməyə müraciət etmiş, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 30,00 manat dövlət rüsumu ve 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsində göstərilir ki, Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu madələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqlardan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 460.1-ci maddəsində göstərilir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullurla təmin edilə bilər. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 201.94 manta dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 1.0,9-cu. “İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1 -ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zatnin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ük növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəiiyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsvir əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Hazırki iş üzrə tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 12xx.xx.2018-003028 nömrəli zaminlik müqaviləsinin 13.2-ci maddəsinə əsasən borclu kreditor ilə bağladığı xx xxxxxx 2018-ci il tarixli 12-xx.xx.2018-003028 nömrəli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizləri, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin, borciunun öz vəzifələrini vaxtında və düzgün yerinə yetirməməsi səbəbindən yaranan sair ziyanlar kreditora ödərıilənədək bu müqavilə qüvvədə olur, Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, x6 ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli 12-xx.xx.2018-003028 saylı kredit müqaviləsi üzrə öhdəliklərə görə hazırki iş üzrə cavabdeh bilavasitə maddi məsuliyyət daşıdığına görə qeyd olunan kredit müqaviləsi üzrə borc da bilavasitə cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas kredit borcu 743.38 manat, faiz borcu 249.68 manat, müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla 16.62 manat, 7 manat cərimə borcu, cəmi 1016.68 manat borc, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, xx xxxxx 1987-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində anadan olmuş, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olan Cavabdeh alınaraq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar