Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-722/2020 15.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ HakimƏliyev Toğrul Məhəmmədoğlununsədrliyi, MəhkəməiclasınınkatibiMəmmədəliyeva Səriyyə Qocaqızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiаçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dаir mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, mü ə y y ə n e t d i: İddiаçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən müştərək qaydada 20.22 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 265.78 ABŞ dolları faiz, 947.68 ABŞ dolları cərimə, ümumilikdə 1,233.68 ABŞ dolları məbləğin və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli, ********* ssuda hesablı kredit müqaviləsinə əsasən X2 İddiaçı ASC-dən illik 30%-lə 18 ay müddətinə 1,400 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2014cü il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə Əlavə sazişə əsasən, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 1053.44 ABŞ dolları təşkil edir və kreditin müddəti xx.xx.2017-ci il tarixədək təyin olunur. ********* ssuda hesablı kredit müqaviləsinin bitmə tarixi xx.xx.2017-ci ildir. Hal-hazırda borclu müqavilən şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2020-ci il tarixinədək Cavabdeh1 ləğv prosesində olan “İddiaçı ASC-yə 20.22 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış 265.78 ABŞ dolları faiz 947.68 ABŞ dolları cərimə, ümumilikdə 1233.68 ABŞ dolları məbləğində borcu vardır. İddiaçı “İddiaçı ASC-nin nümayəndəsi Cavidan Hacıyev iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, qeyd edilən kredit müqaviləsi üzrə cavabdehin krediti restrukturizasiyaya düşmüşdür. Lakin, cavabdeh əsas kredit borcunun restrukturizasiya olunub-olunmayacağının dəqiqləşdirilməsi banka ərizə ilə müraciət etməyib və onunla Bank arasında yeni güzəştli müqavilə balanmamışdır. Restrukturizasiya barədə müqavilənin bağlanması ilə bağlı müraciət müddətini ötürdüyünü nəzərə alınaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iclas zamanı iddianı qismən qəbul edərək bildirmişdir ki, qeyd edilən məbləğdə kredit götürmüş və kredit üzrə ödəməli ilk dövrlərdə vaxtında icra etmişdir. Onunla balanmış kredit müqaviləsinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşməsi barədə ona sms gəlmişdir. Lakin, bu sms əsasında Banka müraciət etməli olduğunu bilməmişdir. Problemli kreditlərin kompensasiyasına dair portal çıxarışa əsasən onun cəmi 39.38 manat borcu olduğu müəyyən edilir. Həmin hissədə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi və zaminlik müqavilələri, həmin müqavilələrə əlavə sazişlərlə təsdiq olunur ki, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən illik 30 faizlə, 18 ay müddətinə 1,400 ABŞ dolları kredit verilmiş, Cavabdeh2 isə zamin olaraq həmin müqavilə üzrə birgə məsuliyyət daşıması barədə üzərinə öhdəlik götürmüşdür. Daha sonra isə kreditin müddəti xx xxxxxx 2017-ci il tarixədək uzadılmışdır. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən, xx xxxxxx 2020-ci il tarixə 20.22 ABŞ dolları əsas borc, kredit müqaviləsi müddəti üçün 265.78 ABŞ dolları faiz borcu və 947.68 ABŞ dolları cərimə yaranmışdır. Problemli kreditlərin kompensasiyasından çıxarışın, habelə cbar.az saytında olan məlumata görə, qeyd edilən kredit müqaviləsi üzrə ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilən hissədə qalıq borcun məbləği 39.38 manat təşkil edir. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtmda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazıminca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə bağlanmış xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi əsasında Cavabdeh1 illik 30 % ödəmək şərti ilə 18 ay müddətinə 1,400 ABŞ dolları məbləğində kredit verilmiş, borcun təminatı olaraq Cavabdeh2 ilə xx xxxxxx 2015-ci il tarixli zaminlik müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən, kreditin müddəti xx xxxxxx 2017ci il tarixədək uzadılmışdır. Cavabdehlər tərəfindən kredit müqaviləsi üzrə üzərilərinə götürdükləri öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması təsdiq olunur. Lakin, qeyd edilən kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının təsiri altına düşdüyündən kompensasiya hesabına borcdan silinmiş və qalıq olaraq 39.38 manat əsas borc qalmışdır. Faiz borcundan silinmə həmin hesabdan müəyyən olunmur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həcmində əsas borc və faiz tələbi əsaslıdır. İddia ərizəsində qeyd edilən cərimə tənasübsüz surətdə yüksək olduğundan azladılaraq 7.68 ABŞ dolları həcmində müəyyən edilməlidir. Həmin borc yalnız Cavabdeh1 tutulmalıdır. Belə ki, Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinin 5.1.4 bəndinə görə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməsi qeyd edilsə də, əsas öhdəliyin icrası vaxtı xx xxxxxx 2017-ci il tarixdə bitməsinə baxmayaraq, iddiaçı hazırkı iddia ilə məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə müraciət etməklə həmin müddəti ötürmüşdür. Bu səbəbdən Cavabdeh2 münasibətdə iddia təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli, ********* ssuda hesablı kredit müqaviləsi üzrə 20.22 ABŞ dolları əsas, 265.78 ABŞ dolları faiz borcu, habelə 7.68 ABŞ dolları cərimə, cəmi 293 (iki yüz doxsan üç) ABŞ dolları 68 (altmış səkkiz) sent ödəniş gününə olan məzənnə üzrə manatla, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-722/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-722/2020
15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver