Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-74/2024 09.01.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əli Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 5,947 manat məbləğində olan borcun və 70 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Yevlax rayonu Qaraməmmədli kəndində yaşayır və kənddə özünə məxsus marketi işlədir. Hazırkı cavabdehdə onunla həmkəndlidir. 2021-ci ilin sonlarında cavabdehə məxsus fərdi evi yanmışdır. Bundan sonra cavabdeh marketə gələrək nisyə müxtəlif növdə ərzaq və qeyri ərzaq məhsulları almışdır. Bir kəndçi kimi onun evinin yanması səbəbindən və maddi vəziyyətinin aşağı olması səbəbindən ötən iki il ərzində ona ümumilikdə 5,947 manat məbləğində nisyə mal vermişdir. Lakin kifayət qədər uzun müddət keçməsinə baxmayaraq və aralarında olan səmimi münasibətlər səbəbindən onun aldatmağına inanmamışdır. Cavabdeh borcunu qaytarmağa söz versə də, borcunu bu günədək qaytarmamışdır. Dəfələrlə tələb etməyinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Cavabdeh həmkəndli kimi uzun müddət onun işlətdiyi dükandan ərzaq və digər mallar götürüb və özünə məxsus Bank kartını ona təqdim edib ki, kartdan pul çıxarıb borca silsin. Buna görə də bir müddət onun kartından pul çıxarıb borca silmişdir. Lakin, Cavabdeh evi yanandan sonra sonuncunun götürdüyü malların dəyəri onun tərəfindən ödənilməmiş və cəmi 5,947 manat borc yaranmışdır. 2022-ci ilin may ayından isə Bank kartını Cavabdeh qaytarmışdır. Borcu ödəmək tələbi ilə dəfələrlə Cavabdeh müraciət etmiş, lakin o, müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Hətta ona borc barədə məlumat verməsi və borcun ödənilməsini tələb etməsi 18 may 2023-cü il tarixdə işlətdiyi dükanda olan kamera tərəfindən də qeydə alınmışdır. Buna baxmayaraq Cavabdeh borcu ödəməmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, həqiqətən müxtəlif vaxtlarda həmkəndlisi İddiaçı işlətdiyi dükandan müxtəlif ərzaq və digər malları nisyə olaraq götürmüşdür. Həmin malların dəyərini ödəmək məqsədi ilə özünə məxsus Bank kartını İddiaçı vermişdir ki, sonuncu hər ay karta mədaxil edilən məbləğdən pul çıxararaq borca hesablasın. Ona məxsus Bank kartı 11 il ərzində İddiaçı olmuş və o, həmin kartdan 40,000 manatdan çox pulunu çıxarıb mənimsəmişdir. Belə ki, özünə məxsus Bank kartını ilk dəfə 2013-cü ilin aprel ayında İddiaçı vermişdir. Hazırda istifadəsində olan Bank kartını isə İddiaçı 2022-ci ilin dekabr ayında geri almışdır. Bu səbəbdən hesab edir ki, onun İddiaçı heç bir borcu yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Sübutlar: "xxxx" ASC tərəfindən Cavabdeh məxsus plastik kartlar üzrə aparılmış əməliyyatlara dair mövcud foto görüntülər təqdim edilmişdir. Həmin foto görüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin kart üzrə ATM vasitəsi ilə əməliyyatlar aparılmış və pul çıxarılmışdır. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, tərəflərin izahatları və mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı müxtəlif çeşiddə nisyə mal almışdır. Tərəflər arasında nisyə borc müqaviləsinin mövcudluğu cavabdehin özünün etirafı ilə də təsdiq olunmuş, lakin cavabdeh borcunu tam olaraq ödədiyini, borcunun olmadığını bildirmişdir. İddiaçı həmin borcun 5,947 manat təşkil etdiyini bildirmiş və bunun təsdiqi olaraq işlədiyi dükanda mövcud olan kamera vasitəsi ilə 18 may 2023-cü il tarixdə aparılmış video yazını təqdim etmişdir. Məhkəmə iclası zamanı həmin video yazıya baxış keçirilmişdir. Qeyd olunmalıdır ki, həmin video yazı gizlin və qanunsuz çəkiliş kimi qiymətləndirilməsi üçün hər hansı əsas müəyyən olunmur. Belə ki, kamera dükanın içində açıq olaraq quraşdırılmışdır. Video yazıda ilk olaraq dükanda işləyən şəxs (İddiaçı bildirməsinə görə onun arvadı) Cavabdeh dükandan götürdüyü mallara görə 5,947 manat borcunun olduğunu qeyd edərək həmin məbləği ödəməyi tələb edir, Cavabdeh isə borcunun olduğunu etiraf edərək və məbləği mübahisələndirməyərək müxtəlif səbəblər göstərməklə borcu gələcəkdə ödəyəcəyinə vəd verir. Məhkəmə, 18 may 2023-cü il tarixdə cavabdehin həmin məbləğdə borcu mübahisələndirmədiyini nəzərə alaraq belə qənaətə gəlir ki, bu, cavabdeh tərəfindən qeyd edilən məbləğdə borcunun olmasının etirafı kimi qəbul edilməlidir. Həm iddiaçının, həm cavabdehin izahatı, habelə Bank tərəfindən təqdim edilmiş Bank kartından pul çıxaran şəxslərin fotoları ilə təsdiq olunur ki, həmin tarixdən sonra cavabdehə məxsus Bank kartı iddiaçıda deyil, məhz özündə olmuşdur. Cavabdeh həmin tarixdən sonra borcu ödədiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olmuş nisyə alqısatqı müqaviləsi əsasında 18 may 2023-cü il tarixə cavabdehin 5,947 manat borcunun yaranması təsdiq olunur. Qeyd olunanlara əsasən iddia təmin edilməli, 5.947 manat borc, habelə ödənilmiş 79 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 5,974 manat məbləğində iddia tələbi üçün 79 manat 47 qəpik ödənilməli olduğundan daha 47 qəpik cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5,947 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 79 manat, cəmi 6,026 (altı min iyirmi altı) manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh 47 (qırx yeddi) qəpik dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Toğrul Əli
Məhkəmə qərarları › İş №2(039)-74/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-74/2024
09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver