Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-744/2020 18.06.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ HakimƏliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi x1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, mü ə y y ə n e t d i: İddiaçı QSCCavabdeh qarşı iddia ərzəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 1,400.12 manat məbləğində kredit borcu, 101.04 manat məbləğində faiz borcu və 114.8 manat məbləğində cərimə olmaqla, cəmi 1,615 manat 96 qəpik məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə 08.08.2019-cu il tarixdə bağladığı 015A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2% olmaqla 24 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1,500 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 08.11.2019-cu il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 99.88 manat ödəniş etmiş və onun iddiaçıya 1400.12 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kreditməbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün 30.01.2020-ci il tarixə 83 gün üçün hesablanmış faiz borcu 101.04 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 30.01.2020-ci il tarixə 83 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 114.8 manat təşkil edir.Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. İddiaçı ASC-nin nümayəndəsi Hümbət İsgəndərov iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh iclasa gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim olunan sənədlərlə təsdiq olunur ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 08.08.2019-cu il tarixli 015A********** saylı kredit müqaviləsinə əsasən, sonuncuya 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2 % olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 1,500 manat məbləğində kredit verilmişdir. Daha sonra kredit ödənişlərinin verilməsi müddəti 10 avqust 2021-ci il tarixədək uzadılmışdır. Kredit borcundan 99.88 manat ödənilmiş və 1,400.12 manat kredit borcu qalmışdır. Kredit borcunu qaytarmadığı üçün 30.01.2020-ci il tarixə 83 gün üçün hesablanmış faiz borcu 101.04 manat, 30.01.2020-ci il tarixə 83 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 114.8 manat təşkil edir. Təqdim edilmiş maliyyə arayışına görə, 08.08.2019-cu il tarixə kredit razılaşması üzrə 1,400.12 manat əsas, 101.04 manat məbləğində faiz borcu və 114.8 manat məbləğində cərimə olmaqla, cəmi 1,615.96 manat məbləğində borc yaranmışdır. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mövcud sübutlarla Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması təsdiq olunur və qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, cavabdeh yaranmış borca görə iddiaçı qarşısında məsuliyyət daşıyır. Əsas və faiz borc hissəsi ilə bağlı məhkəmə hesab edir ki, həmin borcun əsassızlığına dair hər hansı sübut müəyyən edilmədiyindən həmin hissədə iddia əsaslıdır. Cərimə məbləğinin tənasübsüzlüyü də müəyyən edilməmişdir. Məhkəmə xərci də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1,400.12 manat məbləğində əsas borcu, 101.04 manat məbləğində faiz borcu və 114.8 manat məbləğində cərimə, 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 1,645 (bir min altı yüz qırx beş) manat 96 (doxsan altı) qəpik İddiaçı QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-744/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-744/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver