Məhkəmə qərarları › İş №2(039)-76/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-76/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-76/2021 16.02.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı “BOKT “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT “xxxx” MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair mülki iş üzrə keçirilən açıq məhkəmə iclasında, məhkəmə müəyyən etdi: İddiaçı BOKT “xxxx” MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə BOKT “X3” MMC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1964,12 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsatətinin Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada BOKT “xxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, BOKT "X3" MMC-nin Yevlax filialı ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 40 ay müddətinə- xx xxxx 2021-ci il il tarixə qədər illik 0% dərəcəsini tətbiq etməklə 2389 manat məbləğində kredit verilmişdir. BOKT "X3'' MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT "xxxx" MMC-yə satılmışdır.(güzəşt edilmişdir) Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh2 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla zamin Cavabdeh1 arasında xx xxxxxx 2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən zamin kredit müqaviləsinin icra edilməməsinə görə borclu Cavabdeh2 ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdehlərin iddiaçıya əsas borc üzrə cəmi 1964,12 manat ödənilməmiş borcu var. Məhkəmə iclasında iddiaçı “BOKT “xxxx” MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etdiyini və ona münasibətdə iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 zaminlik müqaviləsinin onun tərəfindən imzalanmadığını və bu səbəbdən iddiaçı qarşısında heç bir öhdəlik daşımadığını nəzərə alaraq, məhkəmədən ona münasibətdə iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsindən görünür ki, BOKT "X3" MMC-nin Yevlax filialı tərəfindən Cavabdeh2 40 ay müddətinə, 0 faiz dərəcəsi ilə 2389 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, xx xxxxxx 2017-ci il tarixli, LD********** №li kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə BOKT "X3" MMC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında xx xxxxxx 2017-ci il tarixli, LD********** №li zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan “hüquqların və tələblərin güzəşti” haqqında xx xxxxxx 2019cu il tarixli bildirişdən görünür ki, BOKT “X3" MMC LD********** №li kredit müqaviləsi üzrə tələbetmə hüququnu BOKT "xxxx" MMC -yə ötürmüşdür. BOKT "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə əsas borc üzrə ümumilikdə 1964,12 manat məbləğində ödənilməmiş borcu qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 4/1045 saylı rəyindən müəyyən edilir ki, xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı zaminlik müqaviləsində “zamin” qrafasından aşağıda yerləşən “İmza” qrafasındakı imza Cavabdeh1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh2 vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun iddiaçının qarşısında 1964,12 manat məbləğində icra edilməmiş pul öhdəliyi yaranmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 1964,12 manat məbləğində pul tutulması barədə iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Digər cavabdeh (zamin) Cavabdeh1 qarşı irəli sürülmüş tələb isə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. xx xxxxxx 2017-ci il tarixli, LD********** saylı zaminlik müqaviləsi ekspert rəyinə əsasən zamin- Cavabdeh1 tərəfindən imzalanmamış və sonuncu tərəfindən belə bir müqaviləyə razılıq verilməsi barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 iddiaçının xeyrinə 1964,12 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Cavabdeh2 iddiaçının xeyrinə və ekspertiza tədqiqatının dəyəri olan 125 manat pul Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 1964,12 manat məbləğində kredit borcu və 30 manat dövlət rüsumu iddiaçı X5 Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 125 manat pul Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 SFİFT Bik: CTREAZ 22 hesaba keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar