Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-760/2023 05.07.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 5000 manat məbləğində borcun və 71 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ticarətlə məşğul olur. Xeyli müddətdir ki, Cavabdeh tanıyır. Dəfələrlə alış-verişləri olmuş və cavabdeh onun etibarını qazanmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixdə pula ehtiyacı olduğunu ona bildirərək, ondan 1500 manat borc pul istəmiş və öz xətti ilə həmin 1500 manat məbləğində borc pulu aldığına dair qəbz yazıb imza edərək qəbzi ona vermişdir. Sonradan bu hal dəfələrlə təkrarlanmışdır. Belə ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ondan müxtəlif dövrlərdə və müxtəlif məbləğlərdə dörd dəfə (xx.xx.2021-ci il tarixdə 1500 manat, xx.xx.2021-ci il tarixdə 1500 manat, xx.xx.2021-ci il taixdə 1000 manat, xx.xx.2021ci il tarixdə 1000 manat) ümumilikdə 5000 manat borc pul almışdır. O, hər dəfə ondan aldığı pulları necə və nə vaxt qaytaracağı barədə cavabdehə suallar verdikdə ona bildirirdi ki, “alacağı var, bankdan kredit götürəcək deyərək, ona narahat olmamasını borcunu tam olaraq qaytaracağını bildirmişdir”. Cavabdeh dəfələrlə ondan pul və yaxud mal şəklində aldığı borcunu qaytararaq etibarını qazandığı üçün o da öz növbəndə inanaraq yuxarıda qeyd etdiyi ümumilikdə 5000 manat borc məbləğini Tacirəyə vermişdir. Lakin sonradan cavabdeh təkrarən ondan borc pul istədikdə yeni borc verməkdən imtina edərək borclu olduğu məbləği qaytarmasını cavabdehdən xahiş etmişdir. Həmin vaxtdan bu günə qədər xeyli müddət keçməyinə və eyni zamanda dəfələrlə etdiyi xahişlərə, tələblərə baxmayaraq Cavabdeh ondan aldığı ümumilikdə 5000 manat borc məbləğini bu günədək qaytarmamaqdadır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, cavabdehin təqdim etdiyi xx.xx.2021-ci il tarixli qəbzdəki “1000 manat məbləğində pulu faizə götürdüm” qeydindən məlumatsız olduğunu, Tacirəyə verdiyi borc məbləğlərini təmənnasız qarşılıq gözləmədən verdiyini bildirmiş, məsələ ilə bağlı ekspertiza rəyinin alınması ilə razılaşmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, iddiaçının təqdim etdiyi qəbzlərin onun tərəfindən yazılmadığını, iki il bundan öncə Şəlalədən 500 manat pulu faizə götürdüyünü, həmin məbləğidə faizi ilə birgə ödədiyini bildirmiş, Şəlalədən pulu faizə götürməsi barədə qeyd olan qəbzi təqdim etmişdir. Bundan başqa o, bildirmişdir ki, ekspert rəyi ilə razı deyil, məcbur qalaraq həmin qəbzləri yazmış, pulu Şəlalədən faizə götürmüşdür. Məhkəməyə ərizə təqdim edərək İddiaçı pulu sələmə götürdüyünü, iddiaçının yalnız ona deyil bir çox şəxslərə faizə pul verdiyini bildirərək məsələ ilə bağlı xüsusi çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Cavabdeh tərəfindən xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021ci il tarixlərdə yazılmış qəbzlərin əslindən görünür ki, iddiaçı cavabdehə cəmi 5000 manat borc pul vermişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə yazılmış qəbzlərin əslindən görünür ki, iddiaçı cavabdehə 1000 manat borc pul vermişdir. Həmin qəbzdə pulun faizə götürüldüyü, sözügedən məbləğin xx.xx.2022-ci il tarixdə qaytarıldığı qeyd olunmuşdur. Yevlax şəhər 1 saylı Mənzil-Təmir-İstismar sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də Yevlax şəhəri, C.Cabbarlı küçəsi ev 16, mənzil 15-da yaşayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2023-cü il tarixli 4/782, 5/661 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 2-ci vərəqəsində olan “Mən Cavabdeh uşağı xəstə olduğu üçün İddiaçı 1500 manat borcu pul aldım 10 may 2021-ci il” yazıları və 02 ədəd imza; mülki işin 3-cü vərəqəsindən olan “Mən Cavabdeh uşağım xəstə olduğu üçün İddiaçı 1500 manat borcu pul aldım 19 may 2021-ci il imza çənibel qəsəbəsi Mikayıl. M-ev 14” yazıları və “imza” sözü qarşısındakı imaz; mülki işin 4-cü vərəqəsində olan “Mən q Cavabdeh İddiaçı 1000 manat borc pul aldım 24 may 2021-ci il imza” yazıları və “imza sözündən sonrakı imza; mülki işin 5-ci vərəqəsində olan “Mən Cavabdeh İddiaçı 1000 manat borcu pul aldım Fayizə götürdüm 20 may 2021-ci il imza” yazıları və “İmza” sözündən sonrakı imza (tarix göstəricilərində olan “0” rəqəmində başqa); mülki işin 6-cı vərəqəsində “Mən qu Cavabdeh İddiaçı 1000 manat pul borca pul görüdüm Firmaya ödəmək üçün 11 iyun 2021 imza” yazıları və “İmza” sözündən sonrakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi 3 şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda, həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehə 5000 manat məbləğində borc pul vermiş, Cavabdeh 5000 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçıdan 500 manat məbləğdə pul aldığını, həmin götürdüyü borc pulu qaytardığını, həmçinin iddiaçının təqdim etdiyi qəbzlərin onun tərəfindən yazılmadığını bildirsə də, bunu təsdiqləyəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, habelə ümümilikdə 5000 manat məbləğində pulun alınması ilə bağlı yazılan 4 ədəd qəbzin məhz Cavabdeh tərəfindən yazıldığı müvafiq ekspert rəyi ilə təsdiq edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 5000 (beş min) manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə, ekspertiza tədqiqatının dəyəri olan 105 manat pul isə Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 71 (yetmiş bir) manat İddiaçı xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 105 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(039)-760/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-760/2023
05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver