Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-761/2023 11.10.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızının iştirakı ilə, İddiaçı cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızına qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızına qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızından ona borclu olduğu cəmi 10000 manat borc məbləğinin və 120 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə ünvanlayaraq, cavabdehdən 6000 manat pulun və dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehi uzun müddətdir ki tanıyır. Cavabdeh ondan 10000 manat borc almışdır. Pulu alarkən ona yazılı qəbzlər də vermişdir. Lakin hazırda cavabdehin vəziyyətini nəzərə alaraq hazırda ondan 6000 manat pulun tutulmasını tələb edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızı izah etdi ki, ona o qədər pul verilməmişdir. İmzalar saxtadır. Şəlalə onu aldadaraq həmin qəbzləri yazdırmışdır. Uşağı xəstə olduğu üçün məcbur olub Şəlalədən faizə pul almşdır. Cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızı məhkəməyə ərizə təqdim edərək, İddiaçı 6000 manat borcu olduğunu və onu da imkanı olanda ödəyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzlərdən görünür ki, Məhyəddinova (Bayramova) X2 Şəlalə Hüseyn qızından cəmi 10000 manat pul almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən görünür ki, İddiaçı 120 manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli 2(039)-761/2023 saylı qərardadından məlum olur ki, İddiaçı cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızına qarşı «pul» tələbinə dair mülki iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Məhkəmə Ekspertizası Mərkəzinin» ekspertlərinə həvalə edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Məhkəmə Ekspertizası Mərkəzinin» 08 iyun 2023-cü il tarixli 4/842 saylı rəyindən məlum olur ki, X1 adına olan 03 iyun 2021-ci il tarixli 2000 manata dair borc qəbzindəki yazılar və həmin qəbzin sonunda “xx.xx.2021.” rəqəmləri önündəki imza, mülki işin 8-ci vətəqəsində X1 adında olan xx.xx.2021-ci il tarixli 2000 manata dair borc qəbzindəki yazılar və həmin qəbzin sonunda “İmza” yazısının qarşısındakı imza - Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızı tərəfindən icra olunmuşdur. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli 2(039)-761/2023 saylı qərardadından məlum olur ki, İddiaçı cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızına qarşı «pul» tələbinə dair mülki iş üzrə təkrar məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Məhkəmə Ekspertizası Mərkəzinin» ekspertlərinə həvalə edilmişdir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Məhkəmə Ekspertizası Mərkəzinin» 05 sentyabr 2023-cü il tarixli 3-16- 16/2-4/1312 saylı rəyindən məlum olur ki, X1 adına olan 03 iyun 2021-ci il tarixli 2000 manata dair borc qəbzindəki yazılar və həmin qəbzin sonunda “xx.xx.2021.” rəqəmləri önündəki imza, mülki işin 8-ci vətəqəsində X1 adında olan xx.xx.2021-ci il tarixli 2000 manata dair borc qəbzindəki yazılar və həmin qəbzin sonunda “İmza” yazısının qarşısındakı imza - Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızı tərəfindən icra olunmuşdur. Beləliklə iş materiallarından məlum olur ki, cavabdehə borc pul lazım olduğundan, iddiaçı ona 10000 manat borc vermişdir. Lakin cavabdeh borcunu qaytarmamışdır. İddiaçı 10000 manat pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini azaldaraq hazırda cavabdehdən 6000 manat pulun tutulmasını tələb edir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək, İddiaçı 6000 manat borcu olduğunu və onu da imkanı olanda ödəyəcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf pulun faizə verilməsini və pulun məbləğinin 10000 manat olmamasını bildirsə də, buna dair məhkəməyə sübut təqdim edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızından 6000 manat pul və 80 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Dövlət rüsumunun 45 manat hissəsi iddiaçıya aid edilsin. Cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızından 220 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə görə, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.2-ci maddəsinə görə, Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızından 6000 manat pul və 80 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Cavabdeh Məhyəddinova (Bayramova) Gülnarəsəmalı Məcbur qızından 220 manat ekspertiza xərci tutularaq Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-761/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-761/2023
11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver