Məhkəmə qərarları › İş №2(039)-771/2021

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-771/2021

06.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-771/2021 06.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaı İddiaçı (Seyidəli) Həsən oğlunun Cavabdeh Bəbir oğluna qarşı 1500 (min beş yüz) manat dəyərində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaı İddiaçı (Seyidəli) Həsən oğlu Cavabdeh Bəbir oğluna qarşı 1500 (min beş yüz) manat dəyərində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh idarə etdiyi özünə məxsus VAZ-21061 markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə ona məxsus bir baş inəyi vuraraq öldürməsi nəticəsində ona vurduğu 1500 manat zərərin əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı (Seyidəli) Həsən xx xxxxx 2021-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh Bəbir oğlu xx xxxxx 2021-ci il traixdə məhkəməyə ərizə ünvanlayaraq, ünvan 1amış saxlanılmasını xahiş etmişdir. İddiaçı (Seyidəli) Həsən oğlunun iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsinin dəlillərini nəzərdən keçirib hesab edirəm ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, İddiaı İddiaçı (Seyidəli) Həsən oğlunun Cavabdeh Bəbir oğluna qarşı 1500 (min beş yüz) manat dəyərində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaı İddiaçı (Seyidəli) Həsən oğlunun Cavabdeh Bəbir oğluna qarşı 1500 (min beş yüz) manat dəyərində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı (Seyidəli) Həsən oğluna qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar