Məhkəmə qərarları › İş №2(039)-775/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-775/2020

07.05.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-775/2020 07.05.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 800 (səkkiz yüz) manat ona vurmuş olduğu zərərin əvəzinin ödənilməsini və 30.40 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçıiddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh xx xxxx 2019-cu il tarixdə Yevlax şəhəri Nizami prospekti 55 ünvanında, idarə etdiyi VAZ 2106 markalı 0640XH93 Rus dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, yolu soldan sağa keçən o, İddiaçı vurmuşdur. Qeyd olunan cinayət nəticəsində o, sağ ayağının sağ sirkə kəsasının sınığı, sağ dirsəyin, sağ budun 3/1 yan səthinin, həmçinin diz öynağının ön səthinin, hər iki ayaq pəncəsinin üz səthinin yaraları ilə müşayət olan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərər vuran bədən xəsarəti alaraq uzun müddət müalicə olunmaqla şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi qaldırılaraq məhkəməyə verilmişdir. O, məhkəmə prosesinə qədər şəxsdən şikayətçi olduğunu, onun barəsində həbslə bağlı qərar qəbul edilməsini məhkəmədən tələb etmişdir. Bu barədə cinayət işinin materiallarında onun ərizəsi və vəsatətləri mövcüddür. Təqsirləndirilən şəxs, məhkəmə prossesinin sonlarında ayaqlarına düşərək yalvarmış, ona vurmuş olduğu ziyanı ödəyəcəyini bildirmişdir. O, aldığı xəsarətin uzun bir müddət ağrı və acısını yaşamışdır. Elə vəziyyətə düşmüşdür ki, dərman almağa, müayinədən keçməyə belə imkanları olmamışdır. Bu şəxs bir an belə ona kömək etməyib Əksinə valideynlərini qorxudub və döyüb. O, bütün bunları göz yaşları ilə hakim Ruslan Əlizadəyə də bildirmişdir. Onun etdiyi cinayət əməli onun insanlığı səbəbindən o, cəza almamış, həmin işə barışıq ərizəsi olduğu üçün xitam verilmişdir. Aralarında qarşılıqlı razılıqla bu münasibətlər həllini tapmışdır. Şəxs hər ay 200 manat ödəməklə 1200 manat maddi ziyanı ödəyəcəyini bildirmişdir. Öz dəsti xətti ilə yazmış olduğu ərizə onunla bağlı olan cinayət işinin materiallarındadır. Ancaq şəxs ona vurmuş olduğu zərərdən cəmi 400 manat ödəmiş, yerdə qalan 800 manat məbləği bügünə kimi, ödəməməkdədir. Bu səbəbdəndə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehdən 800 manat məbləğin alınıb ona verilməsini istəyir, hesab edir ki, məhkəmə iddiaya baxaraq ədalətlə tələbini həll edəcəkdir. Cavabdeh 800 manat məbləğində ona ödəməli olan zərərin ödənilməsini təmin edəcəkdir. İddiasını müdafiə edir, məhkəmə tərəfindən baxılıb həll edilməsini xahiş edir. Ödəmiş olduğu dövlət rüsumununda 30.40 manat ondan tutulmasını istəyir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnaməçıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə ərizə təqdim edərək izah etdi ki, o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə təqsirli olmuş, İddiaçı isə zərər çəkmiş şəxs olmuşdur. İddiaçı dəymiş ziyan 1200 manatla bağlı qarşılıqlı razılığa gəlmişlər və qısa müddətə ödəyəcəyini bildirmişdir. Hazırda 800 manat borcu qalmış, iddianı qəbul edir. Ziyanı qısa müddətə ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ tərəfindən xx xxx 2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* saylışəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçıxx xxxxxx 1975-ci il də Yevlax şəhərində anadan olmuş, Yevlax şəhəri Q.Quliyev küçəsi ev 3B, mənzil 8-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X1 Hakimiyyəti Yevlax Şəhər 5 saylı Mənzil İstismar sahəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 83 saylı verilmiş arayışıdan məlum olur ki, İddiaçı həqiqətən Yevlax şəhəri Q.Quliyev küçəsi 3B, ev 8-də yaşayır. İş materiallarında olan və məhkəmə iclasında təqiq edilən mədaxil qəbzindən məlum olur ki, İddiaçı tərəfindən 30.40 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 1(039)-149/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından məlum olur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Cavabdeh zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində olan cinayət təqibinə xitam verilsin və onun cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinəəsasən, fiziki və hüquqi şəxslər mülki hüquqlarıöz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqaviləəsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqaviləşərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinəəsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinəəsasən Varlanmışşəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinəəsasən Öhdəliyin icrasıüçün deyil, varlanmışşəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmışşəxsə nə isə verən məhrum olan, varlanmışşəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmişşəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdəödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı 800 manat pul ödəməlidir. Cavabdeh İddiaçı 800 manat borcu olduğunu etiraf etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 800 manat habeləödənilmiş dövlət rüsumunun əvəzi 30.40 manat, ümumi 830 manat 40 qəpik tutularaq İddiaçı xeyrinəödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinəəsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinəəsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinəəsasən Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnaməçıxarır. Məhkəmə işüzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isəAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərəəsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 800manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi 30.40 manat, ümumi 830 manat 40 qəpik tutularaq İddiaçıverilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi iləŞəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar