Məhkəmə qərarları › İş №2(039)-78/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-78/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-78/2024 31.07.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul (maddi ziyan)» tələbinə dair mülki işə Yevlax şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul (maddi ziyan)» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurmuş olduğu maddi ziyanın əvəzi olaraq 1200 manat pulun, həmçinin dövlət rüsumunun əvəzi kimi 32 manat olmaqla, cəmi 1232 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması ərizə ünvanlayaraq, Cavabdeh ona vurmuş olduğu maddi ziyanın əvəzi olaraq 3900 manat pulun, həmçinin dövlət rüsumunun əvəzi kimi 79 manat olmaqla, cəmi 3979 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, cavabdehdən 350 manat ziyanın alınıb ona verilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı 350 manat vurduğunu və ziyanı ödəyəcəyini bildirmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehin malı onun torpaq sahəsinə girərək ona maddi ziyan vurmuşdur. Hazırda razılığa gəlmişlər və cavabdehdən 350 manat tələb edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izah etdi ki, onun heyvanı iki dəfə iddiaçının torpaq sahəsinə girmişdir. Lakin malı həmin torpağa qəsdlə buraxmamışdır. Hazırda razılığa gəlmişlər və 350 manat ziyanı ödəyəcək. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 07 dekabr 2020-ci il tarixli çıxarışdan məlum olur ki, İddiaçı Yevlax rayonu, Rüstəmli kəndində 4.5 ha torpaq sahəsi vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHBnın Qaraməmmədli kənd İƏD üzrə nümayəndəliyinin 11 iyul 2023-cü il tarixli 5-9-8/2- 202/2023 saylı arayışından məlum olur ki, İddiaçı onun qonşusu Cavabdeh tərəfindən yonca sahəsinin otarılması və şor kanalına salınmış körpü nəticəsində suyun şişirərək onun torpaqlarına ziyan vurulması barəsində 07 iyul 2023-cü il tarixində şikayət ərizəsi ilə müraciət etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax rayon Qaraməmmədli Bələdiyyəsinin 11 iyul 2023-cü il tarixli 67 saylı arayışından məlum olur ki, İddiaçı onun qonşusu Cavabdeh tərəfindən yonca sahəsinin otarılması və şor kanalına salınmış körpü nəticəsində suyun şişirərək onun torpaqlarına ziyan vurulması barəsində 07 iyul 2023-cü il tarixində şikayət ərizəsi ilə müraciət etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİHBnın Qaraməmmədli kənd İƏD üzrə nümayəndəliyinin 15 avqust 2023-cü il tarixli 5-9-8/2- 235/2023 saylı arayışından məlum olur ki, İddiaçı onun qonşusu Cavabdeh tərəfindən yonca sahəsinin otarılması və şor kanalına salınmış körpü nəticəsində suyun şişirərək onun torpaqlarına ziyan vurulması barəsində 07 iyul 2023-cü il tarixində şikayət ərizəsi ilə müraciət etmişdir. İddiaçı yonca sahəsinin Cavabdeh tərəfindən otarılaraq ona böyük həcmdə ziyan vurulması barəsində 11 avqust 2023-cü il tarixində yenidən şikayət ərizəsi ilə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Əmlakın Qiymətləndirirlməsi MMC-nin 07 mart 2024-cü il tarixli ƏQ-302/2024 saylı rəyindən məlum olur ki, 4.5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dəymiş ziyan 10620 manat müəyyən edilmişdir. Beləliklə məhkəmədə müəyyən olundu ki, iddiaçının Yevlax rayonu, Rüstəmli kəndində 4.5 ha torpaq sahəsi vardır. Cavabdehə məxsus mal-qara həmin torpaq sahəsinə keçərək iddiaçıya maddi ziyan vurmuşdur. İddiaçı Cavabdeh qarşı «pul (maddi ziyan)» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurmuş olduğu maddi ziyanın əvəzi olaraq 1200 manat pulun, həmçinin dövlət rüsumunun əvəzi kimi 32 manat olmaqla, cəmi 1232 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh ona vurmuş olduğu maddi ziyanın əvəzi olaraq 3900 manat pulun, həmçinin dövlət rüsumunun əvəzi kimi 79 manat olmaqla, cəmi 3979 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, cavabdehdən 350 manat ziyanın alınıb ona verilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı 350 manat vurduğunu və ziyanı ödəyəcəyini bildirmişdir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh 350 manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsinə əsasən Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 350 manat pul alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar