Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-784/2020 20.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Semur oğluna qarşı «pulun qaytarılması» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Semur oğluna qarşı «pulun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Semur oğlundan 88014 manat məbləğində pulun alınıb İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izah etdi ki, “xxxxxxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, **********76815 saylı kredit müqaviləsinə görə ona 48 ay müddətinə 16 % sərti ilə 180000 ABŞ dollları məbləğində kredit verilmiş, kreditin təminatı kimi İddiaçı xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi 28 ünvanda 0,02 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 65,1 kv.m. 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi (DƏDRX-nin çıxarışı: seriya MH, № OOİ5186, reyestr nömrəsi: **********07-10301, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx xxxxxxxx 2009-cu il) xx xxxxxxxx 2015-ci il tarixdə ipoteka müqaviləsinə əsasən yüklü edilmişdir. Eyni məzmunlu ipoteka müqavilələrinə əsasən qeyd olunan kredit borcu Cavabdeh, X3 və X1 məxsus beş adda əmlakla ipoteka ilə yüklü edilmişdir. Borclu Cavabdeh kredit borcunu ödəmədiyindən ASC “Xalq” Bankı həmin şəxslərə qarşı borcun qaytarlmasına dair iddia qaldırmış və Xocalı Rayon Məhkəməsinin 31mart 2017-ci il tarixli 2(070)-104/2017 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi ilə qismən təmin edilərək cavabdehlərdən 180000 ABŞ dolları əsas borc, 30218,36 ABŞ dolları faiz borcu, 84 ABŞ dolları penya, cəmi 210302,36 ABŞ dolların tutulması, tutmanın İddiaçı məxsus Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi 28 ünvanda yerləşən fərdi yaşayış evinə, Cavabdeh məxsus Yevlax şəhəri Baxşeyiş Kərimov küçəsi 59 ünvanda yerləşən fərdi yaşayış evinə, ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binasına, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə, X1 məxsus Mingəçevir şəhəri, Həzi Aslanov küçəsi ev 4. Mən. 5 ünvandakı mənzilə yönəldilməsi və hərracdan satılaraq borcun ödənilməsi qət edilmişdir. Qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə Mingəçevir şəhəri üzrə İcra şöbəsinin və bankın nümayəndələri iddiaçının gələrək Gəncə Apellyasiya Məhkəməsinin 13sentyabr 2017-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı ailə üzvlərini ona məxsus Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi 28 ünvanda yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarmışlar. Hərracın nəticələri haqqında № Y-426 saylı, xx xxxxxx 2018-ci il tarixli yekun protokola əsasən, xx xxxxxx 2018-ci il tarixli əmlakın alqı-satqı müqaviləsi ilə fərdi yaşayış evi bank tərəfindən 44625 manata alınmışdır. İpoteka müqavilsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşmar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka lə yüklü edilmiş əşyanın dəyərindən hüquqi təminat almaq hüququ əldə edir. Əsas borclu Cavabdeh xx.xx.2015-ci il tarixli, **********76815 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyi yerinə yetirmədiyindən, yəni bankdan aldığı 180000 ABŞ dolları kredit borcunu ödəmədiyindən iddiaçıya məxsus ipoteka ilə yüklü edilmiş Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi 28 ünvanda yerləşən fərdi yaşayış evə kreditor “xxxxxxxx” ASC tutmanı yönəldməklə hərracdan satmışdır. Nəticədə cavabdeh iddiaçının maraqlarına xələl gətirməklə mülkiyyət hüquqlarından, eləcədə ailə üzvlərinin mənzildən istifadə hüquqlarından məhrum etmişdir. Əmlakını kredit borcun təminatı kimi ipoteka ilə yüklü edərkən razılığını bildirib əmlakın dəyəri məbləğində kreditor qarşısında maddi məsuliyyət daşıyır. Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi 28 ünvanda yerləşən fərdi yaşayış evin ilkin hərrac qiyməti 70000 (yetmiş min) manat müəyyən edilmiş və hərrac baş tutmadığından 44625 manata bank tərəfindən alınmış, lakin 77000 (yetmiş yeddi min)manata başqa şəxsə satılmışdır. Kredit borcun ödənilməsi müqabilində iddiaçı xx xxxxxxxx 2018-ci il tarixdə banka 9013 manat, xx xxxxxxxx 2018-ci il tarixdə 1001 manat, cəmi 10014 manat pul ödəmişdir. Cavabdeh İddiaçı ümumilkdə 88014 manat pul qaytarmalıdır. İddiaçı cavabdehə dəfələrlə telefon əlaqəsi saxlayaraq satılmış evin 77000 (yetmiş yeddi min) manat olan dəyərini və banka ödədiyi 10014 manat pulun qaytarmasını tələb etmiş, lakin o hər vəclə pulu qaytarmaqdan boyun qaçırır. Belə olan halda mübahisə məhkəmə qaydasında həll edilməlidir. İpoteka müqaviləsinin mənasına görə iddiaçının ipoteka ilə yüklü edilməsinə razı olmaqla əmlakın dəyəri müqabilində əsas borclu ilə bank qarşısında birgə borclu olaraq maddi məsuliyyət daşıyır. İddiaçıya məxsus ipoteka ilə yüklü edilmiş Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi 28 ünvanda yerləşən fərdi yaşayış ev hərracda satıldıqdan və kreditorun mülkiyyətinə keçdiyindən İddiaçı əmlakın dəyəri müqabilində öhdəliyi icra etmiş hesab edilir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Semur oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh Semur oğlunun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1982-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzin surətindən məlum olur ki, İslamov X4 Vüqar Semur oğlunun krediti üzrə xx xxxxxxxx 2018-ci il tarixdə 5294 ABŞ dolları ödəniş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzin surətindən məlum olur ki, İslamov X4 Vüqar Semur oğlunun krediti üzrə xx xxxxxxxx 2018-ci il tarixdə 588 ABŞ dolları ödəniş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxxx 2015-ci il tarixli **********76815 saylı kredit müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh Semur oğluna 48 ay müddətinə illik 16 faiz dərəcəsi ilə 180000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxxxx 2015-ci il tarixli **********76815/ip saylı ipoteka müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh Semur oğluna verilmiş kreditin təminatı kimi İddiaçı məxsus Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi 28 ünvanda yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X2 Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli Y-426 saylı hərracın nəticələri haqqında yekun protokolun surətindən məlum olur ki, İddiaçı məxsus Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi 28 ünvanda yerləşən fərdi yaşayış evi 44625 manat acıq hərracdan satılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2019-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən məlum olur ki, Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi 28 ünvanda yerləşən fərdi yaşayış evi 67000 manata satılmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh Semur oğlu ilə Xalq Bank ASC arasında kredit müqaviləsi bağlanmış və Cavabdeh Semur oğluna 180000 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda İddiaçı ilə bank arasında ipoteka müqaviləsi bağlanmış və Cavabdeh Semur oğluna verilmiş kreditin təminatı kimi İddiaçı məxsus Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi 28 ünvanda yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh Semur oğlu kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən iddiaçıya məxsus Mingəçevir şəhəri, A.S.Puşkin küçəsi 28 ünvanda yerləşən fərdi yaşayış evini Xalq Bank ASC açıq hərracdan almışdır. xx xxxxxx 2019-cu il tarixdə həmin fərdi yaşayış evi 67000 manata digər şəxsə satılmışdır. Həmçinin iddiaçı tərəfindən cavabdehin kredit müqaviləsi üzrə 5882 ABŞ dolları ödəniş etmişdir. Cavabdeh iddiaçıya dəymiş maddi ziyanı ödəmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işçlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinin tələbinə görə, Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.2-ci maddəsinin tələbinə görə, Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509.1-ci maddəsinin tələbinə görə, Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509.2-ci maddəsinin tələbinə görə, Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar birbiri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 509.3-cü maddəsinin tələbinə görə, Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əssən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh Semur oğlundan 67000 manat və 5882 ABŞ dolları məbləğində ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddianını qalan hissəsi ev 67000 manat satıldığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Semur oğlundan 67000 manat və 5882 ABŞ dolları məbləğində borcödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-784/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-784/2020
20.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver