Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-79/2022 02.02.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ X1 Əliyar oğlunun sədrliyi , Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə, İddiacı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun qaytarılması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM : İddiacı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin BOKT "xxxx" MMC-nə olan 2356.50 manat əsas, 14.08 manat faiz borcu cəmi 2370.58 manat məbləğində kredit borcunun və məhkəmə baxışı üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınıb BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiacı BOKT "xxxx" MMC-nin direktoru Samir Cəlilov məhkəməyə ərizə ünvanlayaraq, 07 yanvar 2022-ci il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun qaytarılması» tələbinə dair işə baxılaraq məhkəmə qətnaməsi çıxarıldığını bildirərək, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, BOKT "xxxx" MMC eyni tələblə bağlı məhkəmədə iddia qaldırmışdır. Yevlax Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli 2(039)-189/2022 saylı qətnaməsi ilə 2356.50 manat əsas,14.08 manat faiz borcu, cəmi 2370.58 manat borcu və 30 manat dövlət rüsumu, müştərək qaydada xx xxxx 1972ci il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində doğulmuş, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatda olan Cavabdeh1 və xx xxxx 1970-ci il tarixdə Yevlax rayonu, Qoyunbinəsi kəndində doğulmuş, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatda olan Cavabdeh2 alınaraq "xxxx" MMC BOKT-na ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsində qeyd edilir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir verilir. Belə olan halda məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263- 264 və 266-269cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: İddiacı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun qaytarılması» tələbinə dair 2(039)-79/2022 saylı mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada alındığı vaxtdan 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-79/2022
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-79/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver