Məhkəmə qərarları › İş №2(039)-794/2022

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-794/2022

11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-794/2022 11.03.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş Cavabdeh şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, o, Şəki rayonu, Qayabaşı kəndində qeydiyyatdadır. Mülki Prosessual Məcəllə: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, hazırkı iddia ərizəsi ilə yaşadığı yer üzrə Şəki Rayon Məhkəməsinə müraciət edə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 152.1.3, 264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar