Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-798/2021 30.11.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı nümayəndəsi X1 Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 8,000 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarlmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh ərizəsi əsasında Yevlax Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, 2018-ci ilin mart ayında Cavabdeh onun qızı Aynurdan onun vasitəsi ilə müxtəlif vaxtlarda hissə-hissə 8,000 manat pul almışdır. Bu pulu ondan öz iş yerinin dəyişdirmək və uşağını müalicə etmək üçün almışdır. Pulu qısa müddətdə qaytaracağını bildirmişdir, neçə vaxt keçməsinə baxmayaraq aldığı məbləği ödəməmişdir. Dəfələrlə cavabdehdən pulu istəməsinə baxmayaraq aldığı məbləği ödəməmişdir. Odur ki, cavabdeh ona xeyli ziyan vurmuşdur. İddiaçı nümayəndəsi Solmaz Qasımova məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdeh pulu hissə-hissə olaraq borc götürmüş, borc almasına dair qəbzi şəxsən imzalamış və tez bir müddətdə qaytaracağına dair vəd versə də, buna əməl etməmişdir. İddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, münasibətləri yaxşı oldundan müxtəlif vaxtlarda Solmaz Qasımovadan borc olaraq pul götürmüşdür. Oğlu xəstə olduğu üçün pula ehtiyacı olduğuna görə sonuncu dəfə 1,000 manat pulu Solmaz Qasımovadan faizi ödəmək şərti ilə götürmüşdür. Eyni zamanda onun vasitəsi ilə tanışı Nicat üçün daha 400 manat pulu faizini ödəmək şərti ilə götürmüşdür. Lakin Nicat öldüyündən Solmaza bildirmişdir ki, pulu özü ödəyəcəkdir. Lakin, Solmaz Qasımova onun pula ehtiyacı olduğundan istifadə edərək 8,000 manat borcu olmasına dair qəbzi imzalatdırmışdır. Sonradan maddi durumu daha da pisləşdiyindən həmin pulu qaytara bilməmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. Təqdim edilmiş qəbzdə qeyd olunur ki, “Mən Osmanova X2 8,000 manat pulu aldım (səkkiz min manat)” imza/ Cavabdeh Tarix 14.03.2018 . Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, tərəflərin izahatları və mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı 14.03.2018-ci il tarixdə borc pul almışdır. Bu zaman Cavabdeh yazılı qəbz təqdim edərək 8,000 manat pulu Aynurdan aldığını qeyd etmişdir. Lakin, Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Cavabdeh həmin qəbzdə olan imzanın ona məxsus olduğunu etiraf etmiş, lakin iddiaçıdan 1,000 manat və daha sonra 400 manat aldığını bildirsə də, buna dair hər hansı mötəbər sübut təqdim etməmişdir. Beləliklə, tərəflər arasında borc müqaviləsinin 8,000 manata dair bağlandığı cavabdeh tərəfindən imzalanmış qəbzlə təsdiq olunur ki, bu sübutu təkzib edə biləcək mötəbər sübutlar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 8,000 manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 8,000 manat borc, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, ümumi 8,030 (səkkiz min otuz) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev: Hakim: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-798/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-798/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver