Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-8/2020 01.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, İddiaçı X6, Cavabdehlər X5 və X1 iştirakları ilə, İddiaçı X6 cavabdehlər X7 və X2 qarşı 5,000 manat maddi ziyan və 5,000 manat mənəvi ziyan tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X13 cavabdehlər Zaur Atakişiyevə və Kamil Atakişiyevə qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən vurduqları maddi ziyana görə 5,000 manat, mənəvi ziyana görə 5,000 manat, cəmi 10,000 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni belə əsaslandırmışdır ki, cavabdehlər xx xxxx 2014-cü il tarixdə onu döymüşlər və ona ağır xasərət yetirmişlər. O, cavabdehlər tərəfindən döyülməsi nəticəsində alt dodağının sıyrığı, sol yanağının selikli qişasının qançırı, sol əng sümüyünün 6-7-ci dişlər arası alveolyar çıxıntısının sınığı, sağ bazu və sağ dirsək oynağında aktiv və passiv hərəkətlərinin məhdudluğu ilə müşayiət olunan sağ sayidin yuxarı, sağ bazunun aşağı 1/3-nün yan səthinin dəri altı hematoması və sağ bazu oynağının şişkinliyi, başın təpə nahiyəsinin şişkinliyi, sağ körpücük–akromial birləşməsinin aralanması ilə müşaiyət edilən sağlamlığa az ağır zərər vuran xəsarətlər almış, bu barədə hökm çıxarılmışdır. Hökm artıq qanuni qüvvəyə minmişdir. Məhkəmə hökmündən göründüyü kimi iş üzrə təqsirləndirilən şəxslər törətdikləri əməldən heç bir peşmançılıq törətməmiş və ondan heç bir üzrxaxlıq etməmişlər. Xəsarətlər ona Zaur Atakişiyev və Kamil Atakişiyev tərəfindən yetirilmişdir. Cavabdehlər tərəfindən cinayət işi tək bir fərd tərəfindən törədilmiş cinayət hadisəsi deyildir. Həmin cinayət işi Atakişiyevlər ailəsinin onların ailəsinə qarşı ağır bir cinayət qəsdidir. Xəsarətlərin nəticəsi olaraq onun səhhətində ciddi problemlər yaranmışdır. Həmin problemlər getdikcə fəsadlaşır. Dişlərini yenidən düzəltdirməlidir. Maddi vəsait ucbatından həmin problemləri həll olunmamış qalmışdır. Eyni zamanda ona qarşı edilmiş xəsarətlərin fəsadı olaraq getdikcə ağrıları artır və o, həmin xəstəliklərdən yaxa qurtara bilmir. O, fiziki zədələrlə yanaşı həmdə mənəvi zədələrə məruz qalmışdır. X13 məhkəmə baxışı zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər Zaur Atakişiyev iddianı qəbul etməyərək bildirmişdir ki, xx xxxx 2014-cü il tarixdə Fatma Xutinayeva ilə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı qarşılıqlı olaraq xəsarətlər yetirilmişdir. Lakin bu xəsarətlər yüngül olmuş və iddia ərizəsində qeyd edilən nəticələrə səbəb ola bilməz. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Kamil Atakişiyev iddianı qəbul etməyərək bildirmişdir ki, həmin mübahisədə iştirak etməmiş və Fatma Xutinayevaya hər hansı xəsarət yetirməmişdir. Bu səbəbdən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Təqdim edilmiş Yevlax Rayon Məhkəməsinin 1(039)-18/2015 №-li, xx xxxxxx 2015-ci il tarixli hökmünün surətindən görünür ki, X9 xx xxxx 2014-cü il tarixdə, saat 16:30 radələrində anası X3 Yevlax rayonunun Qoyunbinəsi kəndində yerləşən ata evinin həyətində mülkün bölünməsindən narazı qalaraq aralarında yaranmış şəxsi münasibətlər zəminində, ögey xalası X10 ilə mübahisə edib, əli və ayağı ilə qəsdən vurub Fatma Xutinayevaya alt dodağının sıyrığı, sol yanağının selikli qişasının qançırı, sol əng sümüyünün 6-7-ci dişlər arası alveolyar çıxıntısının sınığı, sağ bazu və sağ dirsək oynağında aktiv və passiv hərəkətlərinin məhdudluğu ilə müşayiət olunan sağ sayidin yuxarı, sağ bazunun aşağı 1/3-nün yan səthinin dəri altı hematoması və sağ bazu oynağının şişkinliyi, başın təpə nahiyəsinin şişkinliyi, sağ körpücük–akromial birləşməsinin aralanması ilə müşaiyət edilən sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmişdir. Həmin hökmlə Zaur Atakişiyev Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazancının 20% dövlət nəfinə tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 xx xxxx 2014-cü il tarixli canlı şəxsin məhkəmə tibbi müayinəsi barədə 371 nömrəli aktında qeyd olunur ki, Fatma Xutinayevanın bədənində alt dodağının sıyrığı, sol yanağının selikli qişasının qançırı, sol əng sümüyünün 6-7-ci dişlər arası alveolyar çıxıntısının sınığı, sağ bazu və sağ dirsək oynağında aktiv və passiv hərəkətlərinin məhdudluğu ilə müşayiət olunan sağ sayidin yuxarı, sağ bazunun aşağı 1/3-nün yan səthinin dəri altı hematoması və sağ bazu oynağının şişkinliyi, başın təpə nahiyəsinin şişkinliyi, sağ körpücük–akromial birləşməsinin aralanması vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 xx xxxxx 2018-ci il tarixli canlı şəxsin məhkəmə tibbi müayinəsi barədə 93 nömrəli aktında qeyd olunur ki, Fatma Xutinayevanın bədənində alt dodağının sıyrığı, sol yanağının selikli qişasının qançırı, sol əng sümüyünün 6-7-ci dişlərarası alveolyar çıxıntısının sınığı, sağ bazu və sağ dirsək oynağında aktiv və passiv hərəkətlərinin məhdudluğu ilə müşayiət olunan sağ sayidin yuxarı, sağ bazunun aşağı 1/3-nün yan səthinin dəri altı hematoması və sağ bazu oynağının şişkinliyi, başın təpə nahiyəsinin şişkinliyi, sağ körpücük–akromial birləşməsinin aralanması xəsarətləri travmadan sonra dövrlərdə onun səhhətində hərhansı üzv və ya orqan pozğunluğu yaratmamış və təqdim edilmiş ambulator xəstənin tibbi kartalarında bu haqqda heç bir qeydiyyat aparılmadığından tibbi müəyinə və müəlicəyə ehtiyacının olması müəyyən edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş arayış və qəbzlərdən görünür ki, Fatma Xutinayevada müxtəlif xəstəliklər müəyyən edilmiş və həmin xəstəlikləri müalicəsi üçün ödənişlər edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. (zərərin əvəzinin ödənilməsi) əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin miqdarının daha az ödənilməsi nəzərdə tutulsun. Maddə 1096. Mülki hüquq pozuntusu və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki məsuliyyət daşıyır. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işguzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyin istinad edilən normalarının tələbləri baxımından iddiaçı iddia ərizəsində istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçıda müxtəlif xəstəliklərin müəyyən edilməsi və onun tərəfindən həmin xəstəliklərin müalicəsi üçün vəsait xərclənməsi təsdiq edilsə belə, iddiaçı həmin xəstəliklərin xx xxxx 2014-cü il tarixdə cavabdeh Zaur Atakişiyev tərəfindən yetirilmiş xəsarətlərin nəticəsi olmasını və bunların arasında səbəbli əlaqə olmasını təsdiq edən mötəbər sübutlar təqdim etməlidir. Lakin iddiaçı, bunun təsdiqi olaraq hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdeh Kamil Atakişiyev tərəfindən ona hər hansı xəsarətin yetirilməsi belə müəyyən edilməmişdir. Əksinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X4 xx xxxxx 2018-ci il tarixli canlı şəxsin məhkəmə tibbi müayinəsi barədə 93 nömrəli aktında qeyd edilir ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmündə qeyd edilmiş xəsarətlər travmadan sonra dövrlərdə Fatma Xutinayevanın səhhətində hər-hansı üzv və ya orqan pozğunluğu yaratmamış və təqdim edilmiş ambulator xəstənin tibbi kartalarında bu haqqda heç bir qeydiyyat aparılmadığından tibbi müəyinə və müəlicəyə ehtiyacının olması müəyyən edilməmişdir Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddiaçı X6 cavabdehlər X7 və X2 qarşı 5,000 manat maddi ziyan və 5,000 manat mənəvi ziyan tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-8/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-8/2020
01.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver