Məhkəmə qərarları › İş №2(039)-811/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-811/2020

13.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-811/2020 13.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 2000 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə səmimi münasibətləri olubdur. Buna görə cavabdeh ondan 2000 manat məbləğində borcu pul istəmişdir. O, xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri 18 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiqlənmiş kredit müqaviləsinə əsasən cavabdehə 2000 manat məbləğində pulu borc vermişdir. Cavabdeh isə həmin məbləği xx xxxxxxxx 2019-cu il tarixədək qaytaracağını öhdəsinə görmüşdür. O, həmin borcu cavabdehdən qaytarmağını dəfələrlə tələb etsə də, cavabdeh borcu qaytaracağına söz versə də, vədinə əməl etmir və bundan müxtəlif bəhanələrlə boyun qaçırır. Əvvəlki məhkəmə iclasında iştirak iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnəmə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh, iddiaçıdan 2000 manat borc aldığını, lakin həmin borcdan 300 manat Bakı şəhərində “şamaxinka” adlanan yerdə iddiaçıya çatdırması üçün ortaq tanışları olan İsmayıl adlı şəxsə , 200 manat isə Natiq adlı şəxsin vasitəsi ilə iddiaçının dostu olan Faiqə pul göndərdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ömərov Faiq Rasim oğlu iddiaçının uşaqlıq dostu olduğunu və iddiaçıya olan borcla əlaqədar ona Natiq və ya digər şəxs tərəfindən hər hansı məbləğdə pul verilmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı tərəfindən borc alan Cavabdeh 2000 manat pul verilmişdir. Borc alan həmin məbləği xx.xx.2019-cu il tarixədək İddiaçı verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh 2000 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh 500 manat pulu iddiaçıya qaytardığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 2000 manat məbləğində pul tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh 2000 (iki min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar