Məhkəmə qərarları › İş №2(039)-819/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-819/2021

20.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-819/2021 20.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikahlarından olan xx xxxx 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh tərəfindən ödənilməsi qət edilmiş (Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(039)-87/2015 saylı qətnaməsinə əsasən) hər ay 70 manat sabit pul məbləğində aliment məbləğinin artırılaraq cavabdehin bütün faktiki qazancından hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh onun sabiq həyat yoldaşıdır. Onlar xx xxxxxx 2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ər-arvad olmuş və birgə nikahdan xx xxxx 2014-cü il təvəllüdlü X4 adlı bir övladı vardır. Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(039)-87/2015 saylı qətnaməsinə əsasən cavabdehlə onun arasında olan rəsmi nikahın pozulması və birgə nikahdan olan övladları Nəzrinin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 70 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. O, təyin edilmiş alimentin məbləğini həddən ziyadə az hesab edir. Uşağın cüzi təlabatını belə ödəmir. Cavabdehin maddi durumu çox yaxşıdır. Qazancı yüksəkdir. Odur ki, o, hesab edir ki, cavabdeh daha yüksək məbləğdə aliment ödəmək iqtidarındadır. Cavabdehdən qızı Nəzrinin saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində aliment tələb edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qiismən qəbul edərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli qətnaməsi ilə ondan hər ay 70 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Belə ki, əmək haqqı 256 manat təşkil edir. Bundan başqa digər nikahından olan uşağına Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən hər ay 100 manat aliment ödəyir. Eyni zamanda xəstə olan valideynləri də onun himayəsindədir. Hər ay 100 manat məbləğində aliment ödəməyə maddi imkanı var. Bu səbəbdən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Təqdim edilmiş Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(039)- 87/2015-ci il tarixli qətnamənin surəti ilə təsdiq olunur ki, Cavabdeh xx xxxxxxx 2015-ci il tarixdən başlayaraq xx xxxx 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 70 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC X5 İdarəsi tərəfindən verilmiş 38 №li, xx xxxx 2021-ci tarixli arayışından təsdiq olunur ki, Cavabdeh həqiqətən xx xxxxxx 2021-ci ildən hal-hazıra kimi X6 İdarəsində meşə gözətçisi işləyir. Orta aylıq əmək haqqı 256 manat təşkil edir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surəti ilə müəyyən olunur ki, X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 manat alimentin tutulması qət edilmişdir. Ailə Məcəlləsi: Maddə 75. valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2 sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1 alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişlik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla alimenti ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat müəyyən edilmişdir. Məhkəmə, azyaşlı uşağın diqqətəlayiq mənafeyini rəhbər tutaraq, habelə uşaq üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmasını da nəzərə alaraq belə qənaətə gəlir ki, əvvəl müəyyən edilmiş alimentin miqdarı azyaşlı uşağın ehtiyaclarının maddi cəhətdən ödənilməsinə hazırda yetmir, bu səbəbdən iddia qismən təmin edilməli, aliment sabit pul məbləğində və 100 manat həddində müəyyən edilməlidir. Belə ki, İddiaçı Cavabdeh hər ay uşağın saxlanılması üçün 200 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanının olduğunu qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Bundan başqa qeyd edilməlidir ki, alimentin miqdarının artırılması bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxx 2015-ci il tarixli, 2(039)-87/2015 il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx xxxx 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment iddiaçı Vəlizadə (Binnətova) Aişən Ədalət qızının xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Ödənilməli olan 20 manat dövlət rüsumunu Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar