Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-82/2022 13.01.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 8,990 manat borcun və 109.90 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh X5 arasında bağlanmış 10.04.2017-ci il tarixli 29 nömrəli alğı-satqı müqaviləsinə əsasən Yevlax rayonu, Səmədabad kəndi ərazisində 41,0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu “İddiaçıya” satmağı öhdəsinə götürməsinə dair müqavilə bağlanmış və müqavilənin icrası ilə əlaqədar “Cavabdeh” “İddiaçı”dan 23,019.00 manat məbləğində vəsaiti (iş və xidməti) avans olaraq götürmüşdür. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin şərtlərinə əsasən cavabdeh götürdüyü avans vəsaitin dəyərini xam-pambıqla ödəməli və avans götürdüyü vəsait (iş və xidmət) üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu xam-pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə alması nəzərdə tutulmşdur. Bununla bağlı müqavilə üzrə öhdəlik əsasında qarşı tərəfin sifarişi əsasında 2,337.00 manat məbləğində şum, 971.00 manat məbləğində mala, 492.00 manat məbləğində çiyid səpini, 732.00 manat məbləğində kultivasiya 574.00 manat məbləğində gübrə ilə kultivasiya, 300.00 manat məbləğində dərman çiləmə, 287.00 manat məbləğində arx çəkmə, 1,744.00 manat məbləğində gübrə, pambığın becərilməsi və əl yığımına görə 14,975.00 manat məbləğində ödənilən vəsait, 607.00 manat məbləğində dərman herbisitlər, ümumilikdə 23,019.00 manat məbləğində avans verilmiş, işlər görülmüş, xidmət göstərilmişdir. Təsərrüfat mövsümü başa çatsa da cavabdeh 14,034.00 manat məbləğində 29,395.00 kq xam-pambıq təhvil verilmiş, “İddiaçı”-ya 8,990.00 manat məbləğində borc qalmışdır. Cavabdehə borcun ödənilməsi ilə bağlı yazılı qaydada yaşadığı ünvana xəbərdarlıq məktubu göndərilsə də, borcu ödəməkdən imtina edilmişdir. 24 fevral 2020-ci il tarixdə X4 qarşı borc tələbi ilə bağlı Yevlax Rayon Məhkəməsinə edilmiş müraciət əsasında cavabdeh izahatında "xxxx" MMC ilə pambığın alqı-satqısına dair müqavilə bağlanmadığını və cəmiyyətə pambıq təhvil vermədiyini bildirmişdir. İş üzrə məhkəmənin təşəbbüsü ilə alqı-satqı müqaviləsində olan imzanın X4 məxsus olub-olmaması ilə bağlı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertin rəyi əsasında müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsində olan imza X5 tərəfindən deyil, başqa şəxs tərəfindən imza edilmişdir. 21 dekabr 2020-ci il tarixdə Yevlax rayonu, Səmədabad kənd sakini Cavabdeh "xxxx" MMC-nin hüququ varisi "xxxx" MMC-nin Yevlax filialının direktoruna yazılı ərizə ilə müraciət X5 ilə bağlanmış alqı-satqı müqaviləsinin şərtlərinə əsasən müqavilə üzrə bütün işlərin icraçısı və nəzarətçisi olduğunu və mühasibat sənədlərində imzaların onun tərəfindən edildiyini və Cəmiyyətə olan borca görə cavabdehlik daşıdığını etiraf etmişdir. Cavabdeh İddiaçı MMC-nin baş direktoruna ünvanlanmış 21.12.2020-ci il tarixli izahatı əlavə edilir) Bununla bağlı cavabdeh X1 Fərhad Həsən oğlunun adından müqavilə üzrə göstərilən xidmətlərə görə avans vəsaiti əldə edərək, "xxxx" MMC-nin hesabına əsassız olaraq varlanmış, əldə etdiyi pul vəsaitini "xxxx" MMC ödəməkdən imtina etmişdir. Bununla bağlı Cavabdeh "xxxx"MMC-nin hüquqi varisi İddiaçı MMC-nə 8,990,00 manat məbləğində pul vəsaitinin ödənilərək geri qaytarılmalıdır. İddiaçı MMC-nin nümayəndəsi Anar Novruzov məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh bu barədə ərizə təqdim edərək iddianı etiraf etməklə təmin edilməsini xahiş etmişdir. Təqdim olunan “X7” MMC ilə X5 arasında bağlanmış 10.04.2017-ci il tarixli 29 saylı müqaviləyə əsəsən cavabdeh 41.0 hektar sahədə pambıq əkməyi və yetişdirdiyi məhsulu iddiaçıya satmağı öhdəsinə götürmüş, lakin cavabdeh öhdəlikləri lazımınca icra etməmiş və bunun nəticəsində borc yaranmışdır. İddiaçı tərəfindən görülmüş işlər və onun dəyəri barədə siyahı təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Prosessual Məcəllə: Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə, cavabdehin etirafını, habelə bu etirafın qanuna zidd olmadığını, digər şəxslərin hüquq və vəzifələrinə təsir etmədiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 8,990 manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 109.90 manat, ümumi 9,099 (doqquz min doxsan doqquz) manat 90 (doxsan) qəpik İddiaçı MMCnin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-82/2022
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-82/2022
13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver