Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-820/2023 01.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı və vəkili Vəkil Cavabdeh və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «üç azyaşlı uşağı ilə birlikdə mənzildən istifadə, yaşamaq hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «üç azyaşlı uşağı ilə birlikdə mənzildən istifadə, yaşamaq hüququnun tanınması və mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun üç azyaşlı övladı ilə birlikdə atası Cavabdeh mülkiyyətində olan Yevlax şəhəri, H.Əliyev prospekti 11/41 ünvanında yerləşən yaşayış mənzilindən istifadə, yaşamaq hüquqlarının tanınması və onların həmin mənzilə köçürülmələrinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, mülki iş üzrə iddia predmetini ünvan 2anı olmasını nəzərə alınmasını xahiş etmişdir. İddiaçı iddianı tələbini müdafiə edərək izah etdi ki, o, 2009-cu ildə ailə quraraq ər evinə köçmüşdür. Ər evində üç uşağı dünyaya gəlmişdir. 22 iyul 2022-ci il tarixdə atasına məxsus evə köçərək orada yaşamışdır. 25 dekabr 2022-ci il tarixdə əri ilə barışmış və ərinin əmisinə məxsus Yevlax rayonu, Gölövşə kəndində yerləşən evdə yaşayır. Atası onu evə buraxmır. Atasına Dövlət tərəfindən mənzil verilərkən o və övladları da nəzərə alınaraq verilmişdir. İddiaçı və vəkili Vəkil iddianı tələbini müdafiə edərək izah etdi ki, iddiaçı cavabdehin qızıdır. İddiaçıya Dövlət tərəfindən mənzil verilərkən onun ailə üzvü olan iddiaçı və övladları da nəzərə alınaraq verilmişdir. Lakin cavabdeh iddiaçını azyaşlı övladları ilə birlikdə mənzildən çıxarmış və geri buraxmır. Cavabdeh izah etdi ki, hazırki mənzil ona əvvəl yaşadığı mənzil yararsız hala düşdüyü üçün verilmişdir. Əvvəlki mənzil də hazırki mənzil də iki otaqdan ibarətdir. Mənzilin iddiaçıya aidiyyəti yoxdur. Cavabdeh vəkili X2 məhkəmə iclasında izah etdi ki, cavabdehə mənzil dövlət tərəfindən verilmişdir. İddiaçı 14 ildir ailə qurub ər evinə köçmüşdür. Hazırda da əri evində yaşayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin 01 fevral 2023-cü il tarixli 3-21-3-35/2-407/2023 saylı məktubundan məlum olur ki, Yevlax şəhəri, Heydər Əliyev prospekti 11 nömrəli binanın 42 saylı mənzili üzərində Cavabdeh tam mülkiyyət hüququ 15 avqust 2022-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİNB-nın Aparatının 30 yanvar 2023-cü il tarixli 5-9/2-125/2023 saylı məktubundan məlum olur ki, Yevlax şəhəri, Nizami prospekti 19 ünvanında yerləşən 10 barak tipli binalar Fövqəladə Hallar Nazirliyinin rəyinə əsasən qəzalı vəziyyətdə olduğu üçün Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2017-ci il tarixli 2815 nömrəli Sərəncamı ilə ayrılmış vəsait hesabına həmin binalarda yaşayan ailələrin köçürülmələri üçün şəhərin Heydər Əliyev prospekti 11 ünvanında çoxmənzilli 9 mərtəbəli bina tikilmiş və 2021-ci ilin fevral ayında istismara verilmişdir. Heydər Əliyev prospekti 11 ünvanında yerləşən binanın 42 nömrəli mənzili iki otaqlı olmaqla ümumi sahəsi 92.1 kv.metrdir. Həmin mənzil əvvəllər Nizami prospekti 19 nömrəli barak binanın 2 nömrəli mənzilində yaşayan (ünvanın adı dəyişdikdən sonra ünvan 5ışdır) Cavabdeh verilmişdir. Cavabdeh barak binadakı ümumi sahəsi 59.72 kv.metr, yaşayış sahəsi 30.37 kv.metr olan 2 otaqlı mənzilini 06 noyabr 2012ci il tarixdə özəlləşdirmişdir. Nizami prospekti 19 nömrəli barak binanın 2 nömrəli mənzilində Cavabdeh, onun qızı X8, nəvəsi X12, nəvəsi X13 və nəvəsi X9 qeydiyyatda olmuşlar. Cavabdeh Heydər Əliyev prospekti 11 ünvanındakı 42 nömrəli mənzil daha əvvəl sahibi olduğu ünvan 6da yerləşən mənzilin əvəzinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 oktyabr 2010-cu il tarixli AZ-l 588939 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X10 ilə X3 01 oktyabr 2010-cu il tarixdə evlənmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 06 dekabr 2010-cu il tarixli AZ-ll 555685 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X12 10 oktyabr 2010-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 14 yanvar 2012-ci il tarixli AZ-ll 815479 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X13 14 dekabr 2011-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05 mart 2019-cu il tarixli AZ-lV 250507 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 18 fevral 2019-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 15 avqust 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan məlum olur ki, Yevlax şəhəri, Heydər Əliyev prospekti ev 11, mənzil 42 Cavabdeh məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax şəhər 2 saylı Mənzil-Təmir-İstismar sahəsinin 22 fevral 2023-cü il tarixli 64 saylı məktubundan məlum olur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəsisslərinin rəyinə əsasən qəzalı vəziyyətdə və yaşayan üçün yararsız olan Yevlax şəhəri, Nizami prospekti 19ünvanında yerləşən 10 barak tipli binada yaşayan ailələrin köçürülməsi və onların mənzillə təmin olunmaları məqsədilə bu binalarda yaşayan ailələrin mənzil şəraitinin yaxşılaşdırması üçün dövlət vəsaiti hesabına 9 mərtəbəli 45 mənzilli yaşayış binası tikilmiş və sakinlər həmin binaya köçürülmüşlər. Sakinlərin yeni binaya köçürülməsi zamanı barak tipli binada yaşayan ailələrin saylı, tərkibi müəyyən edilmiş, mənzillərin sənədlərinin təftişi aparılmış, hər mənzildə faktiki yaşayan və qeydiyyatda olanların sayı müəyyənləşdirilmiş, sakinlərə barak tipli binalarda yaşamaq hüququ verən sənədlərin (order, qeydiyyat vəsiqəsi, çıxarış) və şəxsiyyət vəsiqələrinin surətləri toplanmışdır. Yevlax şəhəri, Nizami prospekti 19 nömrəli binanın 2 nömrəli mənzilində Cavabdeh ilə birgə ailə üzvləri olan qızı X8, nəvəsi X12, nəvəsi X13 və nəvəsi X9 yaşamış və qeydiyyatda olmuşlar. Cavabdeh Nizami prospekti 19 nömrəli binanın 2 nömrəli mənzilinə çıxarışı olmuşdur. Cavabdeh 5 nəfər ailə üzvləri nəzərə alınmaqla həmin ailəyə Heydər Əliyev prospekti 11 ünvanında yeni tikilmiş binada ümumi sahəsi 92.1 kv.metr olan 2 otaqlı mənzil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax ŞİNB-nın Aparatının 23 fevral 2023-cü il tarixli 5-9/2-322/2023 saylı məktubundan məlum olur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəsisslərinin rəyinə əsasən qəzalı vəziyyətdə və yaşayan üçün yararsız olan Yevlax şəhəri, Nizami prospekti 19ünvanında yerləşən 10 barak tipli binada yaşayan ailələrin köçürülməsi və onların mənzillə təmin olunmaları məqsədilə bu binalarda yaşayan ailələrin mənzil şəraitinin yaxşılaşdırması üçün dövlət vəsaiti hesabına 9 mərtəbəli 45 mənzilli yaşayış binası tikilmiş və sakinlər həmin binaya köçürülmüşlər. Sakinlərin yeni binaya köçürülməsi zamanı barak tipli binada yaşayan ailələrin saylı, tərkibi müəyyən edilmiş, mənzillərin sənədlərinin təftişi aparılmış, hər mənzildə faktiki yaşayan və qeydiyyatda olanların sayı müəyyənləşdirilmiş, sakinlərə barak tipli binalarda yaşamaq hüququ verən sənədlərin (order, qeydiyyat vəsiqəsi, çıxarış) və şəxsiyyət vəsiqələrinin surətləri toplanmışdır. Yevlax şəhəri, Nizami prospekti 19 nömrəli binanın 2 nömrəli mənzilində Cavabdeh ilə birgə ailə üzvləri olan qızı X8, nəvəsi X12, nəvəsi X13 və nəvəsi X9 yaşamış və qeydiyyatda olmuşlar. Cavabdeh Nizami prospekti 19 nömrəli binanın 2 nömrəli mənzilinə çıxarışı olmuşdur. Cavabdeh 5 nəfər ailə üzvləri nəzərə alınmaqla həmin ailəyə Heydər Əliyev prospekti 11 ünvanında yeni tikilmiş binada ümumi sahəsi 92.1 kv.metr olan 2 otaqlı mənzil verilmişdir. Beləliklə, məhkəmədə aydın oldu ki, İddiaçı Cavabdeh qızıdır. İddiaçı 01 oktyabr 2010-cu il tarixdə ailə qurmuşdur. Bu nikahından 10 oktyabr 2010-cu il təvəllüdlü X12, 14 dekabr 2011-ci il təvəllüdlü X13, 18 fevral 2019-cu il təvəllüdlü X9 adlı üç uşağı olmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin mütəxəsisslərinin rəyinə əsasən qəzalı vəziyyətdə və yaşayan üçün yararsız olan Yevlax şəhəri, Nizami prospekti 19ünvanında yerləşən 10 barak tipli binada yaşayan ailələrin köçürülməsi və onların mənzillə təmin olunmaları məqsədilə bu binalarda yaşayan ailələrin mənzil şəraitinin yaxşılaşdırması üçün dövlət vəsaiti hesabına 9 mərtəbəli 45 mənzilli yaşayış binası tikilmiş və sakinlər həmin binaya köçürülmüşlər. Sakinlərin yeni binaya köçürülməsi zamanı barak tipli binada yaşayan ailələrin saylı, tərkibi müəyyən edilmiş, mənzillərin sənədlərinin təftişi aparılmış, hər mənzildə faktiki yaşayan və qeydiyyatda olanların sayı müəyyənləşdirilmiş, sakinlərə barak tipli binalarda yaşamaq hüququ verən sənədlərin (order, qeydiyyat vəsiqəsi, çıxarış) və şəxsiyyət vəsiqələrinin surətləri toplanmışdır. Yevlax şəhəri, Nizami prospekti 19 nömrəli binanın 2 nömrəli mənzilində Cavabdeh ilə birgə ailə üzvləri olan qızı X8, nəvəsi X12, nəvəsi X13 və nəvəsi X9 yaşamış və qeydiyyatda olmuşlar. Cavabdeh Nizami prospekti 19 nömrəli binanın 2 nömrəli mənzilinə çıxarışı olmuşdur. Cavabdeh 5 nəfər ailə üzvləri nəzərə alınmaqla həmin ailəyə Heydər Əliyev prospekti 11 ünvanında yeni tikilmiş binada ümumi sahəsi 92.1 kv.metr olan 2 otaqlı mənzil verilmişdir. Cavabdeh iddiaçını mənzildn çıxararaq həmin mənzilə buraxmır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun üç azyaşlı övladı ilə birlikdə atası Cavabdeh mülkiyyətində olan Yevlax şəhəri, H.Əliyev prospekti 11/41 ünvanında yerləşən yaşayış mənzilindən istifadə, yaşamaq hüquqlarının tanınması və onların həmin mənzilə köçürülmələrinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı, 10 oktyabr 2010cu il təvəllüdlü X6, 14 dekabr 2011-ci il təvəllüdlü X7, 18 fevral 2019-cu il təvəllüdlü X4 Yevlax şəhəri, Heydər Əliyev prospekti 11 saylı evin 42 saylı mənzilinə istifadə hüquqlarının tanınmalı, İddiaçı, 10 oktyabr 2010-cu il təvəllüdlü X12, 14 dekabr 2011-ci il təvəllüdlü X13, 18 fevral 2019-cu il təvəllüdlü X9 ilə birlikdə Yevlax şəhəri, Heydər Əliyev prospekti 11 saylı evin 42 saylı mənzilinə köçürülməli, İddiaçı, 10 oktyabr 2010-cu il təvəllüdlü X6, 14 dekabr 2011-ci il təvəllüdlü X7, 18 fevral 2019-cu il təvəllüdlü X4 həmin mənzilin kommunal və qeyri-yaşayış (yardımçı) sahəsindən istifadə qaydaları cavabdehlə bərabər hüquqda müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, mənzil verilərkən iddiaçının və onun övladlarının da nəzərə alınaraq verilmişdir. Yəni mənzil ailə üzvlərinin sayına əsasən 92.1 kv.m ölçüdə verilmişdir. Dövlət orqanının aktları mövcuddur. Hal-hazırda həmin akt qüvvədədir və mübahisələndirilməyib. İddiaçı övladları ilə birlikdə həmin evdə yaşamışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilir ki, Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 59.1-ci maddəsində göstərilir ki, Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsində göstərilir ki, Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8.0.2-ci maddəsində göstərilir ki, Mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktlarıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48.1-ci maddəsində göstərilir ki, Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 50-ci maddəsində göstərilir ki, 50.1 Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 69.1-ci maddəsində göstərilir ki, Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 70-ci maddəsində göstərilir ki,Yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı, 10 oktyabr 2010-cu il təvəllüdlü X6, 14 dekabr 2011-ci il təvəllüdlü X7, 18 fevral 2019-cu il təvəllüdlü X4 Yevlax şəhəri, Heydər Əliyev prospekti 11 saylı evin 42 saylı mənzilinə istifadə hüquqlarının tanınsın. İddiaçı, 10 oktyabr 2010-cu il təvəllüdlü X12, 14 dekabr 2011-ci il təvəllüdlü X13, 18 fevral 2019-cu il təvəllüdlü X9 ilə birlikdə Yevlax şəhəri, Heydər Əliyev prospekti 11 saylı evin 42 saylı mənzilinə köçürülsünlər. İddiaçı, 10 oktyabr 2010-cu il təvəllüdlü X6, 14 dekabr 2011-ci il təvəllüdlü X7, 18 fevral 2019-cu il təvəllüdlü X4 həmin mənzilin kommunal və qeyri-yaşayış (yardımçı) sahəsindən istifadə qaydaları cavabdehlə bərabər hüquqda müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-820/2023
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-820/2023
01.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver