Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-825/2021 20.04.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı və onun vəkili X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsini qeyd etməklə mülki hüquqların (gözlənilən vərəsəlik hüququnun) maneəsiz həyata keçirilməsinə şərait yaradılması və cavabdehlərin qanunsuz və əsassız hərəkətlərinə qadağa qoyulması tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2013-cü il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X3 miras qalmış Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən daşınmaz əmlakın (2006- 2010-cu illər üzrə 11 nömrəli təsərrüfatbaşına kitabın 08-ci səhifəsində 1993-cü ildə inşa olunmuş bir mərtəbəli, ümumi sahə 87 kv.m olan fərdi yaşayış evinə dair) invertarlaşdırması məqsədi ilə daşınmaz əmlaka baxış keçirilərkən müayinə işlərinə maneəçilik törədən şəxslərin- cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz və əsassız (qadağanedici) hərəkətlərinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun oğlu, digər Cavabdeh2 isə onun gəlinidir. Hazırda onun və cavabdehlərin birlikdə yaşadığı Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evi mərhum həyat yoldaşı Dadaşov Vəli Novruz oğluna məxsus olmuş, yəni onlar həmin daşınmaz əmlakı birgə nikah müddətində əldə etmişlər. O, X7 ilə xx.xx.1985-ci il tarixdə rəsmi nikah münasibətlərinə girmişdir. Həyat yoldaşı X7 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. O, mərhum həyat yoldaşından qalmış miras əmlakı (qeyd edilən fərdi yaşayış evinin 1/2 hissəsini) qəbul edərək mirasa sahiblik etmiş və miras əmlakı faktik olaraq idarə etmişdir. O, qanunvericilikdə müəyyən edilmiş müddət ərzində mirası qəbul etmiş vərəsədir və həmin daşınmaz əmlakın 1/2 hissəsi həyat yoldaşı Vəli Dadaşova məxsus olmaqla ondan miras qalmasına baxmayaraq, hal-hazıradək həmin daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmamışdır. O, bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə dəfələrlə müraciət etmişdir. Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evini inventarlaşdırmaq məqsədi ilə idarənin mütəxəssisi mühəndisinventarlaşdırıcısı Ü.Abuzərov ərizədə qeyd olunan ünvana gedərək yerində müayinə baxışı keçirilən zaman mübahisə yarandığı üçün müayinəyə şərait yaradılmamış və inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Mübahisəni cavabdehlər - Tural və Əfsanə Dadaşovlar yaradırlar və onlar bunu məqsədli şəkildə edirlər ki, daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınmasın və mərhum həyat yoldaşının qanun üzrə vərəsələri mirasdan paylarını əldə edə bilməsinlər. Cavabdehlərin qeyd edilən hərəkətləri vərəsə olaraq onun hüquqlarını pozur və mənafeyinə mühüm ziyan vurur. Özü şəxsən cavabdehlərə müraciət edərək inventarlaşdırma məqsədilə daşınmaz əmlaka baxış keçirilərkən müayinə işlərinə maneəçilik törədilməsinə son qoyulmasını tələb etmiş, cavabdehlər isə həmin hərəkətlərinə son qoymamışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, o və arvadıdigər cavabdeh atasından miras qalmış əmlakın dövlət reyestrində qeydiyyata alınmasına etiraz edir, çünki daşınmaz əmlak qeydiyyata alınan kimi iddiaçı onları evdən çıxaracaq. Bu səbəbdən onlar inventarlaşdırma işlərinin aparılmasına razı olmamışlar. Məhkəmədən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 digər Cavabdeh1 izahatı ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə nümayəndənin iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb və tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan Yevlax rayon Malbinəsi kənd sovetliyi tərəfindən xx xxxxxx 1985-ci il tarixdə verilmiş İV-ЖГ 255363 №li nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X4 arasında bağlanmış nikah 1985-ci ilin dekabr ayının 16-cı günündə akt qeydləri kitabında 68 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Dadaşov, arvada isə Dadaşova soyadı verilmişdir. xx.xx.2013-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2013cü il tarixdə ölmüşdür. Yevlax şəhər İcra Hakimiyyəti başçısının Qoyunbinəsi kənd inzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, 2006-2010-cu illər üzrə 11 nömrəli təsərrüfatbaşına kitabın 08 saylı səhifəsində 1993-cü ildə inşa olunmuş bir mərtəbəli, ümumi sahə 87 kv.m olan fərdi yaşayış evi və 0,10 hektar həyətyanı torpaq sahəsi X5 adına qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx xxxx 2021-ci il tarixli məktubundan görünür ki, Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evini invertarlaşdırmaq məqsədi ilə mühəndis invertarlaşdırıcı Ülvi Abuzərov ərizədə qeyd olunan ünvana getmişdir. Torpaq sahəsi üzərində ailə daxili mübahisənin mövcud olduğu üçün fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi imkan xaricindədir. Tərəflərin izahatları və iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının mərhum əri Vəli Dadaşovun adına qeydə alınmış fərdi yaşayış evi mövcuddur, iddiaçı və cavabdehlər həmin evdə yaşayırlar və cavabdehlər daşınmaz əmlakın inventarlaşdırma prosesinə maneəçilik törədirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə qeyd olunanları nəzərə alaraq və iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, X1 adına qeydə alınmış Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən yaşayış evinə dair inventarlaşdırma işlərinin aparılmasına maneəçilik törədən cavabdehlərin hərəkətləri qanunsuz hesab edilməli və belə hərəkətlərin edilməsi cavabdehlərə qadağan edilməlidir. Göstərilənləri əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 adına qeydə alınmış, Yevlax rayonu Qoyunbinəsi kəndində yerləşən fərdi yaşayış evinə dair inventarlaşdırma işlərinin aparılması məqsədi ilə daşınmaz əmlaka baxış keçirilərkən maneəçilik törədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətləri qanunsuz hesab edilsin və belə hərəkətlərin edilməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-825/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-825/2021
20.04.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver