Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-828/2020 22.07.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 Akif oğluna və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı QSC) cavabdehlər Cavabdeh2 Akif oğluna və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 Akif oğlundan və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 015R000005612 saylı kredit müqaviləsi üzrə 1621,74 manat məbləğində kredit borcu, 700,66 manat məbləğində faiz borcu və 162,17 manat cərimə borcu olmaqla, ümumlikdə cəmi 2484,57 manat məbləğində borcun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Akif oğluna İddiaçı QSC ilə xx.xx.2014-cü il tarixdə bağladığı 15L000002940 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətində 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh2 Akif oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 015R000005612 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 015R000005612S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 Akif oğlu kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdeh2 Akif oğlu götürdüyü kredit borcundan 2378,26 manat ödəniş etmiş və onun iddiaçıya 1621,74 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 Akif oğlu kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2017-ci il tarixə 568 gün üçün hesablanmış faiz borcu 700,66 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2017-ci il tarixə 20 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 162,17 manat təşkil edir. Göstərilən kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə zamin Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün kreditor qarşısında borclu Cavabdeh2 Akif oğlu ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Yevlax Rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli məhkəmə əmri ilə ərizəni təmin etmişdir. Cavabdeh1 həmin məhkəmə əmrinə əsas olmuş tələbə qarşı etiraz verərək, iş üzrə iddia icraatına keçirilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli qərardadı ilə məhkəmə əmrini ləğv edərək işi iddia icraatına keçirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 Akif oğlu və Cavabdeh1 məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək 1621,74 manat kredit borcunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 15L000002940 №li kredit xətti müqaviləsindən görünür ki, İddiaçı QSC-nin Mingəçevir filialı tərəfindən Cavabdeh2 Akif oğluna 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı QSC-nin “Mingəçevir” filialı ilə Cavabdeh1 (zamin) arasında xx.xx.2014-cü il tarixli 15L000002940 №li kredit xətti müqaviləsi üzrə kredit alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2014-cü il tarixdə 15S000005360 №li zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 015R000005612 №li kredit razılaşmasından görünür ki, xx.xx.2014-cü il tarixli 15L000002940 №li kredit xətti müqaviləsi üzrə İddiaçı QSC-nin Mingəçevir filialı tərəfindən Cavabdeh2 Akif oğluna 2,1667 faiz ödəmək şərti ilə 24 ay müddətinə 4000 manat məbləğində kredit verilir. Kredit alan bu müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən ödəniş planına uyğun olaraq krediti və faizi Banka qaytarmağı öhdəsinə götürür. İddiaçı QSC-nin “Mingəçevir” filialı ilə Cavabdeh2 Akif oğlu arasında bağlanmış kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 15R000005612S №li, xx.xx.2015-ci il tarixli sazişə əsasən 015R000005612 №li kredit razılaşmasının ayrılmaz hissəsi olan ödəniş planına dəyişiklik edilmişdir. İddiaçı QSC tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh2 Akif oğlunun xx.xx.2014-cü il tarixdə bağlandığı 015R000005612 №li kredit razılaşması üzrə cəmi borcu 1621,74 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni kredit müqaviləsi üzrə kredit razılaşmasında nəzərdə tutulan pul vəsaitini xx.xx.2014-cü il tarixli kassa məxaric orderi ilə Cavabdeh2 Akif oğluna vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh2 Akif oğlunun banka olan cəmi 1621,74 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələb Cavabdeh2 Akif oğlundan 1621,74 manat əsas kredit borcunun tutulması hissəsində əsaslıdır. Digər Cavabdeh1 qarşı irəli sürülmüş tələb isə təmin edilə bilməz. Belə ki, iddiaçı ilə Cavabdeh1 (zamin) arasında bağlanmış zaminlik müqaviləsi xx.xx.2014-cü il tarixli 15L000002940 №li kredit xətti müqaviləsi üzrə kredit alanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanılsa da, kredit xətti müqaviləsində faiz dərcəsi müəyyən olunmamış, xx.xx.2014-cü il tarixli, 015R000005612 №li kredit razılaşması bağlanılarkən və həmin razılaşmanın tərkib hissəsi olan ödəniş planına dəyişiklik edilərkən zaminin razılığı alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarında göstərilir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə gətirib çıxaran dəyişikliklər dedikdə, zaminin müqavilə bağlayarkən həmin müqavilə üzrə öhdəsinə götürdüyündən daha artıq öhdəliyinin yaranması nəzərdə tutulur. Göründüyü kimi, həmin maddə istənilən dəyişikliyə görə zaminliyin xitamını nəzərdə tutmur. Bu normaya əsasən, zaminliyin xitamı üçün təmin edilmiş öhdəliyə edilən dəyişiklik zaminin məsuliyyətini artırmalı və ya onun üçün başqa əlverişsiz nəticələrə səbəb olmalıdır. Zaminliyə xitam verilməsi üçün hər iki şərtin, yəni zaminin razılığı olmadan öhdəliyin dəyişdirilməsi və belə dəyişdirilmənin onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması vacibdir. Zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması hallarına kreditin ümumiməbləğininartırılması, kreditinfaizininartırılması, kreditin valyutasının dəyişdirilməsi, kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır. Zaminin razılığı alınmadan bağlanmış kredit müqavilələrində nəzərdə tutulmuş öhdəliyin konkret həcmi kredit xətti müqaviləsi ilə müəyyən edilmiş ümumi məbləğ və müddət həddində olmalıdır. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh2 Akif oğlundan İddiaçı QSC-nin xeyrinə kredit borcu üzrə cəmi 1621,74 manat pultutulmalı, zaminliyə xitam verildiyi üçün iddia tələbi Cavabdeh1 münasibətdə təmin olunmamalıdır. Məhkəmə həmçinin hesab edir ki, “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün Bank tərəfindən ödənilmiş dövlət rüsumu, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə Cavabdeh2 aid edilməli, bu məqsədlə 20 manat məbləğində pul Cavabdeh2 Bankın xeyrinə, dövlət rüsumunun kəsirini təşkil edən 10 manat isə dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 Akif oğlundan kredit borcu üzrə 1621 (bir min altı yüz iyirmi bir) manat 74 (yetmiş dörd) qəpik məbləğində borc, habelə “məhkəmə əmrinin qəbul edilməsi barədə” ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 20 (iyirmi) manat məbləğində pul tutularaq İddiaçı QSC-nin xeyrinə, dövlət rüsumunun kəsirini təşkil edən 10 manat isə dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-828/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-828/2020
22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver