Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-834/2023 30.03.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı pul tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1,500 manat məbləğində pulun və dövlət rüsumu kimi banka ödədiyi 35 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi belə əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində qulluq edir və həmin hərbi hissədə Cavabdeh da onunla birlikdə qulluq etmişdir və münasibətləri yaxşı olmuşdur. Xidmət etdiyi dövrdə, yəni xx.xx.2023-cü il tarixdə iş yoldaşı hazırkı iş üzrə Cavabdeh anasının xəstə olmasını, anasının təcili olaraq Bakı şəhərinə həkimə aparmalı olduğunu, lakin pulunun olmadığını bildirərək 1,500 manat borc pul almışdır ki, anasını həkimə aparsın. Allahverdi həmin pulu xx.xx.2023-cü il tarixədək qaytarmağı öz öhdəliyinə götürsə də həmin pulu bu günə kimi qaytarmamışdır. Ona dəfələrlə zəng edib pulunu tələb etsə də o, 1,500 manat pulu halhazıradək qaytarmamışdır.. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Sübutlar: Təqdim edilmiş qəbzdə qeyd olunur ki, “Mən Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə 1,500 (min beş yüz) manat pul aldım. xx.xx.2023-cü ildə aldığım pulu qaytaracam. Əgər qaytarmasam qanun qarşısında məsuliyyətə cəlb olunmağa hazıram. Qəbzi öz xəttimlə yazdım, öz imzamla təsdiqləyirəm. İmza Cavabdeh. Hüquqi məsələlər: Mülki Məcəllə: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin hüquqi mövqeyi: Beləliklə, təqdim edilmiş sübutlar əsasında müəyyən edilir ki, cavabdeh, bu barədə qəbz təqdim etməklə iddiaçıdan 1,500 manat pul götürmüş və xx.xx.2023-cü tarixdə həmin pulu qaytaracağına dair üzərinə öhdəlik götürmüşdür. İddiaçının qarşısında həmin pulu qaytaracağı barədə üzərinə öhdəlik götürsə də, bu öhdəliyi icra etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 238-242 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1,500 manat, habelə 35 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1,535 (bir min beş yüz otuz beş) manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verə bilərlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-834/2023
Yevlax Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(039)-834/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver