Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-838/2025 22.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o işə düzəlmək istəmiş və tanışı Elmar Əliyev bu işdə ona Cavabdeh kösək edə biləcəyini demişdir. Mehman Haıyevlə görüşən zaman o Fövqəlada Hallar Nazirliyinin X3 işlədiyini və qazirlikdə işləyən yüksək vəzifəli tanışı vasitəsi ilə onu nazirlikdə müxtəlif işə təyin etdirə bilicəyini demişdir. O (iddiaçı) nazirliyini X2 işə düzəlmək istədiyini bildirmiş, cavabdeh isə onun (iddiaçının) ali təhsilli olmadığı üçün ancaq xilasedici kimi işə düzələ biləcəyini bildirmişdir. Cavabdeh buna görə ondan 9000 (doqquz min) manat pul istəmiş və həkimdən alınacaq sənədlərin tezləşdirilməsi üçün əlavə 300 manat pulun da lazım olduğunu demişdir. O (iddiaçı) təxminən 2021-ci ilin axırlarında Cavabdeh cəmi 5300 (beş min üç yüz) manat pul vermiş, pulun qalan hissəsini isə işə düzələndən sonra verəcəyini bildirmişdir. Lakin bundan xeyli vaxt keçməsinə baxmayaraq, cavabdeh onu işə düzəltməmişdir. Sonradan öyrənmişdir ki, cavabdeh onu çoxlarını işə düzəltmək adı ilə aldadaraq pullarını mənimsəmişdir. Bundan sonra o cavabdehdən pulunu tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan imtina etmişdir. O da digər zərərçəkənlər kimi cavabdeh barədə hüquq mühafizə orqanlarına müraciət etmiş və zərərçəkiş şəxsə kimi tanınmışdır. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə cavabdehə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 177.2.4 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinərək 5500 manat cərimə cəzası təyin edilmişdir. Hökmdən verilmiş apellyasiya şikayətinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə cavabdehə qəti olaraq 4 il 5 ay 28 gün məddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq cavabdehdən 5300 (beş min üç yüz) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X4 məhkəmə iclasına gəlməmiş, lakin ərizə göndərərək, iddianı etiraf etmədiyini, maddi imkanının olmadığını, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkdiyini, maddi vəziyyətinin pis olduğunu göstərmiş və nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə Gəncə hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1-1(095)-134/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə cinayəti törətməkdə təqsirli bilinərək, CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə 4000 (dörd min) manat miqdarında cərimə cəzasına, CM-nin 32.4, 312.1-ci maddəsi ilə 5000 (beş min) manat miqdarında cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Cavabdeh təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcğusu üzrə qəti olaraq 6000 (altı min) manat miqdarında cərimə cəzsının təyin edilməsi, CM-nin 69.4-cü maddəsinə əsasən Cavabdeh 07 mart 2022-ci il tarixdən 09 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla ona təyin edilmiş cəzanın yüngülləşdirilərək, üzərində qəti olaraq 5500 (beş min beş yüz) manat miqdarında cərimə cəzasının saxlanlması hökm edilmişdir. Həmin hökmdən müəyyən edilir ki, İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınmış, ona cavabdeh tərəfindən 5300 (beş min üç yüz) manat maddi ziyanın vurululmuş və həmin ziyan ödənilməmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1-1(104)-20/2023 saylı hökmündən görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə məhkum olunmasına dair Gəncə Hərbi Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 1-1(095)-134/2022 saylı hökmün ləğv edilərək, iş üzrə yeni ittiham hökmünın çıxarılması, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan Məhrum etmə cəzasına, CM-nin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Cavabdeh qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 69.4-cü maddəsinə əsasən Cavabdeh 07 mart 2022-ci il tarixdən 09 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət nəzərə alınaraq ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması hökm edimişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etiazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxılarkən yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 5300 (beş min üç yüz) manat məbləğində maddi ziyanın əvəzinin və 72 (yetmiş iki) manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5300 (beş min üç yüz) manat pul və 72 (yetmiş iki) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №2(039)-838/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-838/2025
22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver