Məhkəmə qərarları › İş №2(039)-850/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-850/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-850/2023 24.05.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 700 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, məcburi köçkündür. Müvəqqəti olaraq Yevlax şəhəri 32-ci məhəllə bina 4 mənzil 5-də yaşayır. Cavabdeh tanıyır. 2022-ci ildə cavabdeh ondan pul istəmiş, o, da cavabdehə 800 manat pul vermişdir. Razılaşmaya əsasən cavabdeh həmin pulu 2 ay müddətinə ona qaytarmalı idi. Lakin cavabdeh ona 100 manat pul qaytarsa da, 700 manat pulu qaytarmamışdır. Bununla bağlı 2022-ci ilin sonrarında dekabr ayında Yevlax rayon polis şöbəsinə şikayət etmişdir. Cavabdeh polisdə izahat verərkən ona 700 manat borcunu olduğunu etiraf etmişdir. Lakin məsələnin mülki xarakterli olması əsası ilə polis cinayət işinin başlanmasından imtina edilmişdir. Hazırda həmin material polis şöbəsində saxlanılır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Əvvəllik məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçıdan 500 manat borcu pul almış, bir dəfə 100 manat pul göndərmiş, hazırda iddiaçıya 400 manat borcu qaldığını qeyd etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Cavabdeh xx.xx.2023-cü il tarixdə Yevlax rayon polis şöbəsində vermiş olduğu izahatından görünür ki, İddiaçı aldığı borcu pulu qaytardığını, ona heç bir borcunun qalmadığını bildirmişdir. AzərbaycanRespublikası Qaçqınların və X1 üzrə X3 şəhər bölməsi tərəfindən verilmiş 146 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Ağdam rayon məcburi köçkündür. Yevlax şəhəri Yeni qəsəbə 4/5 ünvanında müvəqqəti məşkunlaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. İşin araşdırılan hallarından görünür ki, iddiaçı cavabdehə 800 manat məbləğində borc pul verdiyini, sonuncunun həmin puldan 100 manatını qaytardığını bildirmiş, cavabdeh isə iddiaçıdan 500 manat borc götürdüyünü 100 manatını qaytardığını bildirmişdir. İddiaçı ümümi məbləğdən cavabdehin etiraf etdiyi 500 manatdan əlavə iddia etdiyi 300 manatın cavabdehə verilməsini təsdiqləyən sübutü məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh 400 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 400 manat məbləğində pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 400 (dörd yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar