Məhkəmə qərarları › İş №2(039)-854/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-854/2020

28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-854/2020 28.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X3 X6 Təşkilatının (bundan sonra – QSC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Namik oğlu və Cavabdeh5 qızına qarşı “xxxxxxxxxxxxxxxxx üzrə yaranmış borcun tutulması və sair tələbi barədə” iddiasına dair mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək QSC-nin “Bərdə” Filialı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 53/14-ki nömrəli “xxxxxxxxxxxxxxxxx” üzrə yaranmış və ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 4.112 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.410 manat, cəmi isə 5.522 manat, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun Cavabdeh1 iddiaçı QSC-nin xeyrinə tutulması; tutmanın ipoteka predmetlərinə - Cavabdeh1 məxsus Yevlax rayonu, Tanrıqulular kəndində yerləşən 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə (bundan sonra – yaşayış evi) və cavabdehlərin ümumi mülkiyyətində olan yuxarıda qeyd olunan ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə (bundan sonra – torpaq sahəsi) yönəldilməsi; yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması; satışdan əldə oluna biləcək pul vəsaiti hesabına kredit borcunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC-nin “Bərdə” Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “xxxxxxxxxxxxxxxxxxx” əsasən QSC tərəfindən Cavabdeh1 illik 15 faiz dərəcəsi ilə, 36 ay müddətinə 8.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 QSC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına təminat olaraq mülkiyyətindəki fərdi yaşayış evini, habelə digər cavabdehlərlə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsini QSC-nin xeyrinə ipoteka ilə yüklü etmiş və bu barədə QSC-nin Filialı ilə cavabdehlər arasında xx.xx.2014-cü il tarixdə “İpoteka müqaviləsi” bağlanmışdır. Cavabdeh1 “xxxxxxxxxxxxxxxxx” üzrə Bank qarşısında götürdüyü öhdəlikləri icra etməmiş, krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməkdən yayınmışdır. Nəticədə onun Banka 4.112 manat məbləğində əsas borcu, 1.410 manat məbləğində faiz borcu yaranmışdır. Bank, tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilsə də, borc ödənilməmiş qalmışdır. Bu səbəbdən, QSC, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı QSC-nin “Bərdə” Filialı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış “xxxxxxxxxxxxxxxxxxxxx” görünür ki, həmin müqaviləyə əsasən QSC tərəfindən Cavabdeh1 kreditdən istifadəyə görə illik 15 faiz dərəcəsi ilə 36 ay müddətinə 8.000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı QSC-nin “Bərdə” Filialı ilə cavabdehlər arasında bağlanmış xx.xx.2014-cü il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxx” görünür ki, borcalan Cavabdeh1 QSC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan fərdi yaşayış evini və cavabdehlər ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsini QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişlər. İş materiallarından görünür ki, Cavabdeh1, QSC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, tərəflər arasında razılaşdırılmış qrafik üzrə ödənişlər aparmamış, borcunu tam ödəməmişdir. İşdə olan sənədlərdən görünür ki, öhdəliyin icra edilməməsi səbəbindən Cavabdeh1 4.112 manat məbləğində əsas, 1.410 manat məbləğində faiz borcu yaranmışdır. İşdə olan məktublardan görünür ki, QSC tərəfindən borcun ödənilməsi barədə Cavabdeh1 xəbərdarlıq edilmişdir. Göstərilənləri nəzərə alan Məhkəmə mövcud mülki mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi hazırki halda Cavabdeh1 üzərinə düşür. Lakin o, öhdəliyi vaxtında və lazımi qaydada icra etməsi ilə bağlı məhkəməyə hə rhansı sübut təqdim etməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, Cavabdeh1 QSC qarşısında üzərinə götürdüyü öhdəliklərin icra edilməməsinə görə məsuliyyət daşıyır. Çünki Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər Mülki Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Cavabdehin iddiaçı QSC qarşısında icra edilməmiş öhdəliklərinin olması təsdiq edildiyindən, Məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli “xxxxxxxxxxxxxxxxx” üzrə ödənilməli olan əsas borc olaraq 4.112 manat, faiz borcu olaraq 1.410 manat məbləğində pulun Cavabdeh1 QSC-nin xeyrinə tutulması barədə iddia tələbinin təmin olunmaması üçün əsas yoxdur. İddia müzakirə olunan hissədə əsaslıdır və təmin edilməlidir. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh1 “xxxxxxxxxxxxxxxxx” üzrə QSC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq, Cavabdeh1 özünə məxsus fərdi yaşayış evini, habelə həm onun həm də iş üzrə digər cavabdehlərin ümumi birgə mülkiyyətində olan torpaq sahəsini QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Məhkəmə, hesab edir ki, Cavabdeh1 QSC-yə olan borcunun ödənilməsi məqsədi ilə tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə iddiaçı QSC-nin iddia tələbi də əsaslıdır və təmin edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinin mənasına görə, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qəbul etdiyi qərarda ipoteka predmetinin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 59.3-cü maddəsinə görə, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İddiaçı QSC-nin “Bərdə” Filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxx” arasında bağlanmış “xxxxxxxxxxxxxxxxxxxxxx” görünür ki, həmin müqavilənin 3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri qarşılıqlı razılığa əsasən 16.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, ipoteka predmetlərinin real və likvid dəyərinin müəyyən edilməsi üçün iş üzrə mütəxəssis rəyini almışdır. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən aparılmış ekspertiza tədqiqatın nəticəsi ilə verilmiş xx.xx.2020-ci il tarixli, ƏQ-96/2020 №-li rəydən görünür ki, ipoyeka predmetinin likvid dəyəri 40.000 manat, bazar dəyəri 45.000 manat təşkil edir. Belə olan halda Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti 40.000 manat məbləğində müəyyən edilməlidir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, iddia tam həcmdə təmin edildiyindən, iddia ərizəsinin verilməsi üçün iddiaçı QSC tərəfindən ödənilmiş dövlət rüsumu, habelə ekspertiza tədqiqatının xərcini təşkil edən 200 manat, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X5 X6 Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Namik oğlu və Cavabdeh5 qızına qarşı “xxxxxxxxxxxxxxxxx üzrə yaranmış borcun tutulması və sair tələbi barədə” iddiası təmin edilsin. Əsas kredit borcunun ödənilməsi məqsədi ilə 4.112 manat, əsas borc məbləğinə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.410 manat, cəmi isə 5.222 manat məbləğində pul, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pul və 200 manat ekspertiza tədqiqatının dəyəri Cavabdeh1 tutularaq İddiaçı X5 X6 Təşkilatına ödənilsin. Tutma Yevlax rayonu Tanrıqulular kəndində yerləşən 0,0475 ha torpaq sahəsində yerləşən 0,10 hektar torpaq sahəsinə və onun üzərində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 90,2 m2 yaşayış, 110,6 m2 yardımçı sahə olmaqla, 200,8 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetininilkin satış qiyməti 40.000 (qırx min) manat müəyyən edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar