Məhkəmə qərarları › İş №2(039)-856/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-856/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-856/2021 18.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi X2 Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» KB ASC-nin cavabdehlər Cavabdeh qarşı «borc» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» KB ASC Cavabdeh qarşı «borc» tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xeyirlərinə 32.37 ABŞ dolları əsas, 24.1 ABŞ dolları faiz, 126.31 ABŞ dolları cərimə, cəmi 182.78 ABŞ dolları və dövlət rüsumu olaraq ödənilmiş 20 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 24 aprel 2021-ci il tarixli 2(039)-856/2021 saylı qərardadı ilə iddiaçı «xxxx» KB ASC-nin Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı «xxxx» KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, X1 ilə Cavabdeh arasında 28 faizlə 12 ay müddətinə 233 manat məbləğində 08 aprel 2015-ci il tarixli alqısatqı müqaviləsi bağlanmışdır. X1 ilə “xxxx” lizinq şirkəti MMC arasında bağlanmış tələbin güzəşt edilməsi haqqında 18 iyun 2014-cü il tarixli müqavilə ilə alıcı Cavabdeh qarşı bütün tələblər yeni kreditora keçmişdir. «xxxx» KB ASC ilə “xxxx” lizinq şirkəti MMC arasında bağlanan 15 yanvar 2013-cü il tarixli faktorinq müqaviləsinə 28 mart 2015-ci əlavə sazişə əsasən “xxxx” lizinq şirkəti MMC lizinq müqavilələrindən irəli gələn pulu faktora güzəşt etmiş və həmin sazişlə tələb hüququnun keçməsi barədə arayış vermək hüququ “xxxx” lizinq şirkəti MMC-dən «xxxx» KB ASC-yə verilmişdir. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu ödəməmişdir. Nəticədə, cavabdehin «xxxx» KB ASC-yə əsas borcu 32.37 ABŞ dolları, faiz borcu 24.1 ABŞ dolları, cərimə borcu 126.31 ABŞ dolları, cəmi 182.78 ABŞ dolları məbləğində borcu qalmışdır. İddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh izah etdi ki, kreditə mobil telefon götürmüşdür. Borc manatla ödəsə də, müqavilə dollarla olduğundan borcu yaranmışdır. Cərimə borcu ilə tamamilə razı deyil. Məhkəmədən cərimə borcunda ona köməklik göstərilməsini xahiş edir. Cavabdeh məhkəmədən, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmədi. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, X1 ilə Cavabdeh arasında 28 faizlə 12 ay müddətinə 225 manat 08 aprel 2015-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. X1 ilə “xxxx” lizinq şirkəti MMC arasında bağlanmış tələbin güzəşt edilməsi haqqında 18 iyun 2014-cü il tarixli müqavilə ilə alıcı Cavabdeh qarşı bütün tələblər yeni kreditora keçmişdir. «xxxx» KB ASC ilə “xxxx” lizinq şirkəti MMC arasında bağlanan 15 yanvar 2013-cü il tarixli faktorinq müqaviləsinə 28 mart 2015-ci əlavə sazişə əsasən “xxxx” lizinq şirkəti MMC lizinq müqavilələrindən irəli gələn pulu faktora güzəşt etmiş və həmin sazişlə tələ hüququnun keçməsi barədə arayış vermək hüququ “xxxx” lizinq şirkəti MMC-dən «xxxx» KB ASC-yə verilmişdir. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, müqavilənin şərtlərini pozmuşdur. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq cavabdeh borcu ödəməmişdir. Nəticədə, cavabdehin «xxxx» KB ASC-yə əsas borcu 32.37 ABŞ dolları, faiz borcu 24.1 ABŞ dolları, cərimə borcu 126.31 ABŞ dolları, cəmi 182.78 ABŞ dolları məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünun nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 465.2-ci maddəsində göstərilir ki, Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Odur ki, məhkəmə iddia ərizəsində göstərilən 126.31 ABŞ dolları dəbbə pulunu yüksək hesab etdiyindən onu azaltmağı məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Xəbərdarlıq və bildiriş məktublarından görünür ki, «xxxx» KB ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas kredit borcu 32.37 ABŞ dolları, 24.10 ABŞ dolları faiz borcu, 2 ABŞ dolları cərimə, cəmi 58.47 ABŞ dolları borc ödəniş günü üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu, xx xxxxx 1984-cü il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində doğulmuş, Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olan Cavabdeh alınaraq «xxxx» KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar