Məhkəmə qərarları › İş №2(039)-858/2021

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-858/2021

08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-858/2021 08.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Salik oğluna qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********* saylı, 24.10.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 28.01.2021-ci il tarixə yaranmış 620 manat əsas borc, 186 manat cərimə, cəmi 806 manat və ********* saylı, 07.03.2020-ci il il tarixli müqavilə üzrə yaranmış 259 manat əsas borc, 77 manat cərimə borcu, cəmi 336 manat, ümumilikdə hər iki müqavilə üzrə 1142 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh arasında bağlanmış 24.10.2019-cu il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı “LENOVO” markalı noutbuka 18 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla cəmi 749 manat, 07.03.2020-ci il tarixli ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsinə əsasən, aldığı “SAMSUNG A105" markalı mobil telefona 12 ay ödəniş cədvəli üzrə hər ay 25 manat olmaqla cəmi 299 manat, ümumilikdə hər iki müqavilə üzrə 1048 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, sonuncu dəfə 24.10.2019-cu il tarixli müqavilə üzrə 24.05.2020-ci il tarixində 53 manat, 07.03.2020-ci il tarixli müqavilə üzrə 20.05.2020-ci il tarixində 52 manat ödəniş etdikdən sonra heç bir ödəniş etməyib və qalıq qalmış hər iki müqavilə üzrə 879 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununla da 24.10.2019-cu il tarixli, ********* saylı müqavilə üzrə 25.12.2020-ci il tarixdən 28.01.2021-ci il tarixədək 30 təqvim günü üçün qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 186 manat, 07.03.2020-ci il tarixli, ********* saylı müqavilə üzrə 25.12.2020-ci il tarixdən 28.01.2021-ci il tarixədək 30 təqvim günü üçün qalıq qalmış borc məbləğinə gündəlik 1 (bir) faizlə hesablanmış cərimə məbləği 77 manat, ümumilikdə hər iki müqavilə üzrə 263 manat cərimə təşkil edir. Beləliklə, cavabdeh 28.01.2021-ci il tarixə «xxxx» MMC-yə hər iki müqavilə üzrə olan borcu 879 manat əsas, 263 manat cərimə, cəmi 1142 manat təşkil etmişdir. İş materiallarında olan 24.10.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə “xxxx” MMC arasında hissə-hissə ödəniş etmək şərti ilə 749 manat dəyərində “LENOVO” markalı noutbukun alqı-satqısı barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan 07.03.2020-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə “xxxx” MMC arasında hissə-hissə ödəniş etmək şərti ilə 299 manat dəyərində “SAMSUNG A105” markalı mobil telefonun alqı-satqısı barədə razılıq əldə olunmuşdur. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 24.10.2019-cu il tarixdə bağlanmış müqavilə üzrə ödənilməmiş 620 manat əsas, 186 manat cərimə borcu olmaqla, cəmi 806 manat və 07.03.2020-ci il tarixdə bağlanmış müqavilə üzrə ödənilməmiş 259 manat əsas, 77 manat cərimə borcu olmaqla, cəmi 336 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci bəndinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Beləliklə, işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış alqısatqı müqavilələrinə əsasən iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, yəni noutbuku və mobil telefonu Cavabdeh vermiş, lakin sonuncu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və nəticədə cavabdehin iddiaçıya cəmi 1142 manat borcu yaranmışdır. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 24.10.2019-cu il tarixdə bağlanmış müqavilə üzrə ödənilməmiş 620 manat əsas, 186 manat cərimə borcu olmaqla, cəmi 806 manat və 07.03.2020-ci il tarixdə bağlanmış müqavilə üzrə ödənilməmiş 259 manat əsas, 77 manat cərimə borcu olmaqla, cəmi 336 manat, ümumilikdə1142 (bir min yüz qırx iki) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar