Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-861/2020 25.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, İddiaçı “xxxxxxxxx” X2 X1 Cəmiyyətinin (bundan sonra mətndə “xxxxxxxxx” BOKT QSC) Cavabdeh qarşı kredit müqaviləsinə xitam verilməsi və pul tələbinə dair mülki işə Yevlax rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxx” BOKT QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə “xxxxxxxxx” BOKT QSC arasında bağlanmış xx xxxx 2019cu il tarixli, N219-0***-******* saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1650,89 manat, faiz borcu üzrə 320,72 manat, cərimə borcu 8,62 manat olmaqla ümumilikdə 1980,24 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Cavabdeh “xxxxxxxxx” BOKT QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxx” BOKT ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, N219-0***-*******saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə ödəmək şərti ilə 1680 manat məbləğində kredit verilmişdir. Hazırda borclu kredit müqaviləsinin şərtlərini pozaraq, krediti ödəməkdən yayınır. Borcluya rəsmi olaraq xəbərdarlıq edilsə də, öhdəliklərini yerinə yetirmir. Borclunun xx xxxxxxx 2019-cu il tarixli N 219-1***-******* saylı kredit müqaviləsinə görə xx.xx.2020-ci il tarixə əsas borcu 1650,89 manat, faiz borcu 320,72 manat və cərimə borcu 8,63 manat təşkil edir. Kredit üzrə ümumi borc 1980,24 manat təşkil edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə göndərilmiş məhkəmə bildirişi ”köçüb” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehə çatdırılması üçün Yevlax şəhər 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, nümayəndəliyin məhkəməyə ünvanladığı məktubunda cavabdehin qeyd olunan ünvanda yaşamadığını və hansı ünvanda yaşaması barədə məlumatlarının olmaması bildirilmişdir. Cavabdehin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. İddiaçı “xxxxxxxxx” BOKT QSC-nin nümayəndəsi Arif Rəhimov məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx xxxx 2019-cu il tarixli, N219-0***-******* saylı kredit müqaviləsindən görünür ki, “xxxxxxxxx” BOKT QSC- tərəfindən Cavabdeh illik faiz dərəcəsi 0 faiz olmaqla, xx.xx.2020-ci il tarixədək 12 ay müddətinə 1680 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xxxxxxxxx” BOKT QSC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh xx xxxx 2019-cu il tarixli, N219-0***-******* saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 1650,89 manat, faiz borcu üzrə 329,35 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh vermiş, kredit və hesablanmış faizlər hər ay ödənilməli olduğu halda Cavabdeh kredit təşkilatına olan 1650,89 manat əsas, 320,72 manat faiz və 8,63 manat cərimə borcu olmaqla, cəmi 1980,24 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinəəsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 448.2-ci maddəsinəəsasən borclu öz öhdəliklərinin hər bir təqsili pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, xx xxxx 2019-cu il tarixli, N219-0***-******* saylı kredit müqaviləsinə xitam verilməsi və cavabdehdən 1650,89 manat əsas, 320,72 manat faiz və 8,63 manat cərimə borcu olmaqla, cəmi 1980,24 manat məbləğində borcun tutulması barədə tələb qanuni və əsaslı olduğundan təmin olunmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1650,89 manat əsas, 320,72 manat faiz və 8,63 manat cərimə borcu olmaqla, cəmi 1980 (bir min doqquz yüz səksən) manat 24 (iyirmi dörd) qəpik məbləğində borc iddiaçı “xxxxxxxxx” X2 X1 Cəmiyyətinin xeyrinə tutulsun. “xxxxxxxxx” X2 Təşkilatı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli, N219-0***-******* saylı kredit müqaviləsinə xitam verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh “xxxxxxxxx” X2 X1 Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-861/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-861/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver