Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-868/2025 01.08.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair işə 01 avqust 2025-ci il tarixdə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3300 manat borc məbləğinin və 53 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilənlərə əsasən, o, inanaraq cavabdehə 2022-ci il tarixində 2300 manat xx.xx.2022-ci il tarixində isə 1000 manat borc pul verib. Qeyd olunan bu məbləği verərkən cavabdeh həmin işlərə dair qəbz vermişdir. Ancaq bu günə qədər dəfələrlə, müraciəti, xahişi, telefon danışıqları olmuşdur, lakin bunların heç biri nəticə verməmişdir və borc öz-özlüyündə qalmaqdadır. Ona görə də cavabdehlə iddiaçı arasında münasibətləri qarşılıqlı qaydada həll olunmadığından iddiaçı məhkəməyə müraciət edib.İddiasını müdafiə edir. Cavabdehdən 3300 (2300+1000) manat məbləğində borcunu,o cümlədən 53 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməsinə dair qərar qəbul edilməsini istəyir. İddiaçı bu məbləği ala bilmədiyindən məhkəməyə müraciət edir. Cavabdehin özü və ailə üzvləri işləyir. Borcunu qaytarmaq üçün imkanları mövcuddur. İddiaçı iddiasını müdafiə edir. İş materiallarında cavabdehin borcunu təsdiq edəcək qəbz mövcuddur. İddiaçı bu qəbzin əslini məhkəməyə təqdim etmişdir. İddiaçı tam əsaslı olduğunu düşünür və məhkəmədən iddiasının təmin olunmasını istəyir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehə inandığından 2022-ci il tarixində 2300 manat, xx.xx.2022-ci il tarixində isə 1000 manat borc pul vermişdir. Bdaha sonra bu məbləği tələb etməsinə baxmayaraq geri ala bilməmişdir. Verilmiş suala cavab olaraq bildirdi ki, cavabdehə məxsus olan "xxxx" ASC-yə aid 4169 7416 6741 2678 nömrəli kart onda olmuş, müəyyən vaxtlarda həmin kartdan pul məxaric etmişdir. 4169 7385 9572 1352 nömrəli plastik kart onun özünə məxsusdur. Fotoşəkillərdə görünən şəxs odur. İddiaçı vəkili X2 iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh izah etdi ki, iddianı qismən qəbul edir. İddiaçı şişirdilmiş məbləğlə iddia qaldırmışdır. Belə ki, iddiaçıdan götürdüyü pul məbləğinin qarşılığında özünə məxsus pensiya kartını iddiaçıya vermişdir. O da həmin kartdan hər ay 300 olmaqla 7 ay pul məxaric etmişdir. Bundan başqa iddiaçının özünə məxsus kart hesabına (4169 7385 9572 1352) 900 manat pul vəsaiti köçürmüşdür ki, göstərdiyi bu halları təsdiq edəcək qəbzləri məhkəməyə təqdim edir. Hazırda iddiaçıya 300 manat borcu qalmışdır. Odur ki, göstərilənləri nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən məlum olur ki, Cavabdeh, İddiaçı xx.xx.2022-ci il tarixdə 1000 manat borc pul almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzdən məlum olur ki, Cavabdeh, İddiaçı 2300 manat borc pul almışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 14 fevral 2025-ci il tarixli qəbzdən məlum olur ki, İddiaçı 53 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 29 may 2025-ci il tarixli, 2025/204/12683 nömrəli məktuba əlavə edilmiş ödəniş kartı üzrə çıxarışdan və videogörüntü əks olunmuş CD diskdən məlum olur ki, iddiaçı cavabdehə məxsus bank kartından 7 ay, yəni xx.xx.2023, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərdə 300 manat məxaric etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən nömrəsi 750121765, 854948767, 1-10395046, 1-62810043, 1-41729455, 794860431, 1-74822247 olan qəbzlərdən görünür ki, İddiaçı məxsus bank kartına (416973******1352) ümumilikdə 900 manat pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 300 manat pul və 53 manat dövlət rüsumu alınaraq İddiaçı ödənməlidir. Belə ki, məhkəmənin sorğusu əsasında əldə edilmiş ödəniş kartından çıxarışdan və videogörüntü olan CD diskdə iddiaçı tərəfindən ümumilikdə 2100 manat pul vəsaiti məxaric edilmişdir. Eyni zamanda cavabdehin təqdim etdiyi qəbzlərdə də iddiaçının hesabına 900 manat ödənilməsi əks olunmuşdur ki, bu da delikt münasibətlərdən yaranmış öhdəliyin cavabdeh tərəfindən qismən ödənilməsi deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 300 manat pul və 53 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-868/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-868/2025
01.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver