Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-87/2021 03.03.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qızına qarşı «pul» tələbinə dair işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qızına qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızından 4800 manat pulun alınıb ona qaytarılması; dövlət nəfinə keçirdiyi 30 manat dövlət rüsumunun da cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(039)-1800/2020 saylı qiyabi qətnaməsi ilə Cavabdeh qızından 4800 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabheh Cavabdeh qızı məhkəmənin qiyabi qətnaməsinin ləğv olunması barədə etirazla məhkəməyə müraciət etmiş, qiyabi qətnamənin ləğv olunmasını və işə yenidən baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(039)- 1800/2020 saylı qərardadı ilə məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli 2(039)-1800/2020 saylı qiyabi qətnaməsi ləğv edilmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Cavabdeh qızı ilə birgə işləmişlər və həmin vaxtdan ünsiyyət edirlər. 2015-ci ildə 10 nəfər olmaqla el arasında lotareya adlanın oyun oynamağa başlamışlar. Hər ay hər biri 500 manat pul qoyublar xəzinəni isə cavabdeh saxlamışdır. Sırada ikinci onun növbəsi olmuşdur. Lakin o pulunu götürmək istəyərkən cavabdeh bəhanə edib pulu verməmiş və növbələrini dəyişmişlər. Bu səbəbdən də növbədə 4 və ya 5-ci olmalı idi. Lakin yenə də növbəsi çatan zaman onun 5000 manat pulunu verməmişdir. Dəfələrlə pulunu istədikdən sonra həmin puldan 2017-ci ilin noyabr ayında Cavabdeh qızı ona 200 manatını qaytarmışdır. Lakin qalan 4800 manatı qaytarmaqdan imtina edir. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh qızının məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək göstərdi ki, o bazarda işləyən zaman Sevinc onunla qonşuluqda işləyirdi. Almaz da Sevincin yanına gəlib-gedirdi. Bilir ki, onlar lotareya oynayırdılar. Almaz onun yanında da Sevincə pul vermişdir. Pulu çox vaxt Almazın bacısı gətirib Sevincə verirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək göstərdi ki, Almaz onun qonşusudur. Almaz Sevinclə lotareya oynayırdı. Həmin lotareyanın 3 ayının pulunu o aparıb Sevincə vermişdir. Almazın növbəsi çatan zaman Sevinc ona pulu vermədiyindən Almaz onun telefonundan Sevincə zəng edərək pulunu istəyirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, o, Almaz, Sevinc və digər tanışları lotareya oynamışlar. Pulu Sevinc yığırdı. O pulunu çətinliklə də olsa Sevincdən almışdır. Lakin Almaz ala bilməmişdir. Sonradan da Sevinc yoxa çıxdı. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək göstərdi ki, Almaz onun bacısıdır. Almaz Sevinclə lotareya oynayırdı. Həmin lotareyanın pulunu çox vaxt Sevincə o aparıb verirdi. X9 növbəsi çatan zaman pulu vermədi. Həmin puldan 200 manat qaytardı. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax RPŞ-si tərəfindən xx xxxx 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxx 1959-cu il tarixdə Yevlax şəhərində doğulmuş, Yevlax şəhəri, Q.Əşrəfbəy küçəsi ev 2, mənzil 8-də qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən mədaxil qəbzindən məlum olur ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə iş materiallarından məlum olur ki, tərəflər 2015-ci ildə lotareya oynamağa başlamışlar. Oyunda 10 nəfər iştirak edib və hər ay 500 manat pul veriblər. Hər ay üçün toplanılan pulu cavabdeh saxlamışdır. İddiaçının növbəsi çatan zaman cavabdeh pulu verməmişdir. Həmin puldan 200 manat qaytarmışdır. Lakin qalan 4800 manatı qaytarmaqdan imtina etmişdir. İddiaçı pul tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh qızından 4800 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh qızından 4800 manat pul və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-87/2021
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-87/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver