Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-870/2021 05.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi-X1, Cavabdeh iştirakı ilə, iddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbi barədə mülki işə Yevlax şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli nəticəsində vurulmuş 1275,50 manat məbləğində zərərin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan iddia ərizəsi 30.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 2(039)-870/2021 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh “İddiaçı” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, onun İddiaçı” İstehsalat Birliyində olan abonent hesabında qeyd edilən 1231,20 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan iddia ərizəsi 17.03.2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 2(039)-849/2021 nömrə ilə qeydiyyata alınmışdır. Hər iki iddia ərizəsi icraata qəbul edilərək, hər iki iş mahiyyəti üzrə baxılması üçün məhkəmə iclasına təyin olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, hər iki iddiaya tam və obyektiv baxılması üçün hər iki mülki iş 2(039)-849/2021 iş nömrəsi ilə bir icraatda birləşdirilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169 və 263-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “zərərin ödənilməsi” tələbi barədə mülki iş 2(039)-849/2021 mülki iş ilə bir icraatda birləşdirilsin. Hakim Günay Cavadova
Məhkəmə qərarları › İş №2(039)-870/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-870/2021
05.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver