Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-871/2025 24.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kredit məbləğinin tərəflərə münasibətdə bölünməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “kredit məbləğinin tərəflərə münasibətdə bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək hal-hazırda Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. Odur ki, İddiaçı ona qarşı “kredit məbləğinin tərəflərə münasibətdə bölünməsi”na dair 2(039)-871/2025 saylı mülki işin baxılması üçün aidiyyəti Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi barədə qərardada qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı mülki işin aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə iddiaçının nümayəndəsinin vəsatətini, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, vəsatətə əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışından görünür ki, Cavabdeh 24 noyabr 2025-ci il tarixdən Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır (Yevlax Rayon Məhkəməsində mülki işin icraata götürülüb-götürülməməsi məsələsinə baxılarkən Cavabdeh Yevlax rayonunun Nemətabad kəndində qeydiyyatda olduğu qeyd edilmişdir). Azərbaycan Respublikası MPM-nin 32.4 və 32.5-ci maddələrinin tələbinə görə, aidiyyət haqqında məsələ qalxdıqda hakim əsaslandırılmış qərardad çıxarır. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 36.2-ci maddəsinə əsasən Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olduğundan və hazırkı mülki iş aidiyyəti üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 43.1, 263-264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “kredit məbləğinin tərəflərə münasibətdə bölünməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-871/2025
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-871/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver