Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-874/2024 15.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin artırılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh İlqar Məmmədova qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 06 fevral 2008-ci il təvəllüdlü X3, 11.iyul 2009-cu il təvəllüdlü X4 və 29 oktyabr 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 235(iki yüz otuz beş) manat olmaqla, cəmi 705(yeddi yüz beş) manat sabit pul məbləğində aliment ödənişi Cavabdehdan tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 10 noyabr 2006-cı ildə rəsmi nikaha daxil olub ailə qurmuş (Yevlax rayonu, Tanrıqulular kənd İƏD-si üzrə nümayəndəliyində №:343 ilə nikah qeydə alınıb) və rəsmi nikahdan 06 fevral 2008-ci il təvəllüdlü X7, 11.iyul 2009-cu il təvəllüdlü X8 və 29 oktyabr 2014-cü il təvəllüdlü X12 adlı uşaqları anadan olmuşlar. Mingəçevir şəhər məhkəməsinin 07 dekabr 2022-cu-cü il tarixli, iş №:2(051)-2144/2022 saylı qətnaməsi ilə aralarında olan rəsmi nikah pozulmuş (Nikahın pozulması haqqında şəhadətnamə AZ-İ №: 431584) və rəsmi nikahdan doğulmuş övladları 06 fevral 2008-ci il təvəllüdlü X7, 11.iyul 2009-cu il təvəllüdlü X8 və 29 oktyabr 2014-cü il təvəllüdlü X12 himayəsinə verilmişdir. 28 sentyabr 2022-il il tarixində Mediasiya sessiyası zamanı Cavabdeh ilə aliment mübahisəsi üzrə Barışıq Sazişi bağlamışlar. Belə ki, cavabdeh Məmmədov.Vüqar Sərdar oğlu ilə Mingəçevir şəhər Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, iş №: 2(051)- 2144/2022 saylı qətnaməsinə əsasən onun (ananın) himayəyə verilmiş rəsmi nikahdan doğulmuş övladları 06 fevral 2008-ci il təvəllüdlü X3, 11.iyul 2009-cu il təvəllüdlü X4 və 29 oktyabr 2014-cü il təvəllüdlü X6 saxlanılması, bütün qayğılarını çəkməyi, ehtiyaclarını ödəməyi və həm də artan maddi tələbatlarını ödəməyi üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla cəmi 450 (dörd yüz əlli) manat sabit pul məbləğində aliment məbləğində aliment ödənişinin ödənilməsi barədə könüllü razılığa gələrək barışıq sazişi bağlamışıq. Mediasiya sessiyası zamanı tərəflər arasında könüllü olaraq bağlanmış Barışıq sazişində qeyd olunmuş sabit pul məbləğində aliment ödənişi uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alırlar, dərslə əlaqədar əlavə hazırılıq kurslarına və idmana getdiyinə görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildən hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Uşaqların bütün qayğısını çəkməyə və ehtiyaclarını özü ödəməyə məcburdur Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də artan maddi tələbatlarını ödəmək tək qadın olaraq çox çətindir. Buna görə də “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: İddiaçı iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi İlqar Məmmədov iddianı qəbul etməyərək bildirmişdir ki, qardaşı Cavabdeh hazırda heç yerdə işləmir. Barışıq sazişi əsasında təyin edilmiş sabit pul məbləğində alimenti belə ödəmək iqtidarında deyil. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Sübutlar: İş materiallarında olan Şəki 1 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli barışıq sazışınə əsasən tərəflər sivil qaydada, qarşılıqlı razılıq əsasında nikahın pozulmasına etiraz etməmiş, Uşaqların (X7 06.02.08. təvəllüdlü, X8 11.07.09. təvəllüdlü və X12 24.09.14. təvəllüdlü) İİ tərəf (ana) ilə qalmasına. İ tərəf (ata) etiraz etməmiş, tərəflər ayda hər uşağa 150 (bir yüz əlli) manat, cəmi 450 (dörd yüz əlli) manat 3 uşağa görə alimentin ödənilməsi üçün razılığa gəldilər və İ tərəf hər ayın ilk ongünlüyündə İİ tərəfin təqdim etdiyi bank hesabına sözügedən məbləği köçürməyi üzərinə götürmüşdür. İş materiallarında olan AZ-İİ 042238№-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 06 fevral 2008-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İİ 364463№-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 11 iyul 2009-cu il tarixdə Yevlax rayonu Varvara kəndində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 1-ЧО 0342434№-li doğum haqqında şəhadətnamənin tərcümə edilmiş surətindən görünür ki, X13 29 sentyabr 2014-cü il tarixdə Belarus Respublikasının Moqilev şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin tərcümə edilmiş sürətindən görünür ki, vətəndaş Cavabdeh və X1 24 sentyabr 2014-cü il tarixdə doğulmuş X11 atası qəbul edilmişdir bu barədə atalığın müəyyən olunması haqqında 29 oktyabr 2014-cü ildə 770№-li aktı tərtib edilmiş, atalıq müəyyən edildikdən sonra uşağa X12 soyad ad və ata adı verilmişdir İş materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-2144/2022 saylı, 07 dekabr 2022-ci il tarixli qətnamənin surəti ilə təsdiq olunur ki, Cavabdeh ilə İddiaçı arasında 10 noyabr 20 ildə Yevlax rayon Tanrıqulular kənd İƏD-si üzrə nümayəndəliyində bağlanmış 23 №-li nikah qeydi pozulmuş, birgə nikahdan doğulmuş 06 fevral 2008-ci il təvəllüdlü X7,11 iyul 2009-cu il təvəllüdlü X8 və 24 sentyabr 2014-cü il təvəllüdlü X12 anası İddiaçı yanında qalmaları və alimentlə bağlı tərəflər arasında barışıq sazişi bağlanması nəzərə alınması, tərəflərə nikahın pozulması haqqında qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair iddia qaldırmaq hüquqlarının olması izah edilmiəsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 431584№-li 15 fevral 2023-cü il tarixli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən grünür ki, Cavabdeh ilə İddiaçı ilə olan nikah ləğv edilmişdir. İş materiallarında olan 31 yanvar 2024-cü il tarixli arayışdan məlum olur ki, İddiaçı aliment ödənişinin artırılması ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan 31 yanvar 2024-cü il tarixli qəbzdən məlum olur ki, İddiaçı 51 manat mediasiya üçün rüsum ödəmişdir İş materiallarında olan AZ İV 769993 №-li doğum haqqınsa şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1970-ci il tarixdə Yevlax rayonu Hürüuşağı kəndində anadan olmuş, atası X9, anası X5r. İş materiallarında olan AZ İİ-ИЕ 149206 №-li doğum haqqınsa şəhadətnamənin surətindən görünür ki, X10 20 mart 1961-ci il tarixdə Yevlax rayonu Hürüuşağı kəndində anadan olmuş, atası X9, anası X5r. Hüquqi məsələlər: Ailə Məcəlləsi: Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 112.1 alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla alimenti ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan övladlarının diqqətəlayiq mənafeyi, onun yaşı artmaqla saxlanması üçün xərclərinin da artması, cavabdehin qazancının qeyri-müntəzəm, dəyişən olması, habelə 2024-cü il üçün uşaqlarla bağlı yaşayış minimumunun məbləğinin də artması nəzərə alınmaqla cavabdehdən tutulmalı olan alimentin müəyyən olunmuş miqdarı dəyişdirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh hər ay hər bir uşağa 235 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanının olduğunu, sonuncunun başqa gəlirlərinin olduğunu qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, aliment məbləği 180 manat həddində müəyyən edilməlidir. Mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ödənilməli olan dövlət rüsumu cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Şəki 1 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli barışıq sazışı ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh 06 fevral 2008-ci il təvəllüdlü X7, 11.iyul 2009-cu il təvəllüdlü X8 və 29 oktyabr 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-874/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-874/2024
15.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver