Məhkəmə qərarları › İş №2(039)-878/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-878/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-878/2022 26.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı (BOKT) İddiaçı (MMC) Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı BOKT "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək aralarında bağlanmış 20 fevral 2015-ci il tarixli 135-snx- 0802-15 saylı kredit müqaviləsi üzrə xx.xx.2018 il tarixə əsas borcu 1,221.36 AZN, faiz borcu 540.52 AZN, cərimə 183.20 AZN, 20 fevral 2015-ci il tarixli, 135-snx-0804-15 saylı kredit müqaviləsi üzrə xx.xx.2018 il tarixə əsas borcu 268.42 AZN, faiz borcu 100.82 AZN, cərimə 40.26 AZN, 14 may 2015-ci il tarixli, 135-snx-1945-15saylı kredit müqaviləsi üzrə xx.xx.2018 il tarixə əsas borcu 473.55 AZN, faiz borcu 221.44, cərimə 71.03 AZN, 20 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqının, ümumilikdə 3,120.60 AZN borcun cavabdehdən tutulması barədə məhkəmə əmrinin verilməsini xahiş etmiş və ərizə təmin edilmişdir. İşin halları: Borclunun etirazı əsasında məhkəmə əmri ləğv edilmiş və iddia icraatına keçilmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, 20 fevral 2015-ci il tarixdə BOKT "xxxx" MMC ilə Cavabdeh arasında 135-snx-0802-15sayl kredit müqaviləsi və kredit müqaviləsinə 1 saylı Əlavə (ödəniş cədvəli) bağlanılmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh illik 30 faizlə 24 ay müddətinə 2,000 AZN məbləğində kredit verilmişdir. Həmçinin tərəflər arasında 20 fevral 2015-ci il tarixli, 135-snx-0804-15saylı kredit müqaviləsinə əsasən illik 30 faizlə 18 ay müddətinə 714 AZN məbləğində kredit verilmişdir. Həmçinin tərəflər arasında 14 may 2015-ci il tarixli, 135-snx-l 945-15 saylı kredit müqaviləsinə əsasən illik 30 faizlə 18 ay müddətinə 849 AZN məbləğində kredit verilmişdir. Borclu Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində 20 fevral 2015-ci il tarixli 135-snx-0802-15 saylı kredit müqaviləsi üzrə xx.xx.2018 il tarixə əsas borcu 1,221.36 AZN, faiz borcu 540.52 AZN, cərimə 183.20 AZN, ümumi borcu 1,945.08 AZN qalmışdır. Cavabdeh 20 fevral 2015-ci il tarixli, 135-snx-0804-15 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-c il tarixə əsas borcu 268.42 AZN, faiz borcu 100.82 AZN, cərimə 40.26 AZN, ümumi borcu 409.50 AZN qalmışdır. Həmçinin, Cavabdeh 14 may 2015-ci il tarixli, 135-snx-l945-15 saylı kredit müqaviləsi üzrə xx.xx.2018 11 tarixə əsas borcu 473.55 AZN, faiz borcu 221.44 AZN, cərimə 71.03 AZN, ümumi borcu 766.02 AZN qalmışdır. Kredit borcunun qaytarılması barədə Cavabdeh dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi Əliəsgər Axundov məhkəməyə ərizə təqdim edərək mülki işə iştirakı olmadan baxılmasını və iddianın dəyişdirilərək cavabdehdən 20 fevral 2015-ci il tarixli 135-snx- 0802-15 saylı kredit müqaviləsi üzrə əsas borcu 767.17 AZN, faiz borcu 339.5 AZN, 20 fevral 2015-ci il tarixli, 135-snx-0804-15 saylı kredit müqaviləsi üzrə əsas borcu 168.60 AZN, faiz borcu 63.47.82 AZN, 14 may 2015-ci il tarixli, 135-snx-1945-15 saylı kredit müqaviləsi üzrə əsas borcu 297.45 AZN, faiz borcu 139.08 AZN, hər üç müqavilə üzrə əsas borcu 1,233.22 manat, faiz borcu 542.05 manat, həmçinin ərizəyə görə ödənilmiş 20.40 manat dövlət rüsumunun əvəzinin, ümumilikdə 1,795.67 manat məbləğin tutularaq iddiaçı BOKT "Embafinans QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5 maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: Təqdim olunan BOKT "xxxx" MMC ilə Cavabdeh arasında baölanmış 20 fevral 2015ci il tarixli 135-snx-0802-15sayl kredit müqaviləsi və kredit müqaviləsinə 1 saylı Əlavə (ödəniş cədvəli) bağlanılmış və həmin müqaviləyə əsasən cəmiyyət tərəfindən Cavabdeh illik 30 faizlə 24 ay müddətinə 2,000 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 20 fevral 2015-ci il tarixli, 135-snx-0804-15saylı kredit müqaviləsinə əsasən illik 30 faizlə 18 ay müddətinə 714 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış 14 may 2015-ci il tarixli, 135-snx-l 945-15 saylı kredit müqaviləsinə əsasən illik 30 faizlə 18 ay müddətinə 849 AZN məbləğində kredit verilmişdir. Maliyyə arayışlarına əsasən 20 fevral 2015-ci il tarixli 135-snx-0802-15 saylı kredit müqaviləsi üzrə xx.xx.2018 il tarixə əsas borcu 1,221.36 AZN, faiz borcu 540.52 AZN, cərimə 183.20 AZN, ümumi borcu 1,945.08 AZN qalmışdır, 20 fevral 2015-ci il tarixli, 135snx-0804-15 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-c il tarixə əsas borcu 268.42 AZN, faiz borcu 100.82 AZN, cərimə 40.26 AZN, ümumi borcu 409.50 AZN qalmışdır, 14 may 2015-ci il tarixli, 135-snx-l945-15 saylı kredit müqaviləsi üzrə xx.xx.2018 11 tarixə əsas borcu 473.55 AZN, faiz borcu 221.44 AZN, cərimə 71.03 AZN, ümumi borcu 766.02 AZN qalmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli, 551 nömrəli Fərmanı:

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10,000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.

3. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 3.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edərək, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq etsin; 3.2. bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini qırx Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin.

5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilmişdir ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10,000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682,000,000.0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215,000,000.0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini, bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.

6. Banklara tövsiyə edilsin ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. 8.6. Vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar nəzərdə tutulur. Məhkəmənin hüquqi mövqeyi: Mövcud sübutlarla cavabdeh Murad Bababyev tərəfindən kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması müəyyən olunur və qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, yaranmış əsas borcun tutulması barədə tələb əsaslıdır. Məhkəmə iddia tələbinin hesablanmış faiz borcunun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanında fiziki şəxslərin xarici valyutada əsas məbləği 10,000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan vaxtı keçmiş kreditlər üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi, həmin güzəştlərin isə bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanda banklar üçün dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti nəzərə alınaraq banklar tərəfindən kredit borcu olan şəxslərlə güzəştli şərtlərlə yeni müqavilənin bağlanması ilə bərabər, faiz və cərimə məbləğlərinin silinməsi də qeyd edilmişdir. Məhkəmə hesab edir ki, restrukturizasiyaya təklif olunması müəyyən edilən kredit məbləği restrukturizasiya olunmadığından iddia tələbi yalnız restrukturizasiya olunması təklif edilən əsas borc məbləği həddində təmin olunmalı, faiz borcu hissəsində rədd edilməlidir. Qeyd olunanlara əsasən iddia yalnız əsas borcun tutulması hissəsində təmin edilməli, qalan hissədə isə təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumunun və xidmət haqqının əvəzi 20 manat cavabdehdən iddiaçının xeyrinə, ödənilməli olan daha 12.33 manat dövlət rüsumu isə dövlət büdcəsi xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 20 fevral 2015-ci il tarixli 135-snx-0802-15 saylı kredit müqaviləsi üzrə əsas borc 767.17 manat, 20 fevral 2015-ci il tarixli, 135-snx-0804-15 saylı kredit müqaviləsi üzrə əsas borc 168.60 manat, 14 may 2015-ci il tarixli, 135-snx-1945-15 saylı kredit müqaviləsi üzrə əsas borc 297.45 AZN, habelə 20 manat ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi, cəmi 1,253 (bir min iki yüz əlli üç) manat 62 (altmış iki) qəpik BOKT "xxxx" MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ödənilməli olan daha 12 (on iki) manat 33 (otuz üç) qəpik Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar