Məhkəmə qərarları › İş №2(039)-879/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-879/2025

21.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-879/2025 21.06.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi X1, Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh4 qarşı su çəninin götürülməsi və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı su çənlərinin götürülməsi və dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yevlax şəhəri Məhəmməd ünvan 1 ünvanında yaşayır. DƏDRX-nin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 22 noyabr 2019-cu il tarixli çıxarışa əsasən Yevlax şəhəri Məhəmməd ünvan 3 ünvanında yerləşən mənzil onun (iddiaçının) mülkiyyətindədir. Həmin mənzil həm də onun istifadəsindədir. Lakin o (iddiaçı) faktiki olaraq həmin mənzildə yaşaya bilmir. Belə ki, mənzilinin üstündə bir neçə başqa mənzilə aid su çənləri yerləşir ki, həmin çənlərdən də zaman-zaman su axaraq onun (iddiaçının) mənzilinə dolur. Həmin vətəndaşları məxsus olan su çənlərinin onun mənzilinin üzərində yerləşməsini sübut edən fotoşəkilləri də iddia ərizəsinə əlavə etmişdir. Artıq onun mənzili tam yararsz vəziyyətdədir. Nəinki mənzil, hətta mənzildəki əşyalar tam yararsız hala düşmüşdür. Buna səbəb isə cavabdehlərə məxsus su çənləridir. O və ailə üzvləri dəfələrlə bununla bağlı həmin vətəndaşlara müraciət etsələr də, heç bir nəticəsi olmamışdır. İddia ərizəsinə əlavə etdiyi 09 dekabr 2024-cü il tarixli aktdan da görünür ki, aktda imza edən vəzifəli şəxslər su çənlərindən suyun axması nəticəsində ona (iddiaçıya) məxsus olan mənzilə və mənzildəki əşyalara ciddi ziyan dəyməsini öz imzaları və möhürləri ilə təsdiq etmişlər. Onun hazırkı tələbinin ilkin hissəsi ona məxsus mənzilin üzərində olan və cavabdehlərə məxsus olan bütün çənlərin götürülməsidir. Bundan başqa, o çənlərdən suyun axması nəicəsində onun mənzilində olan yeni mebellərə dəymiş ziyann əvəzini də tələb edir. Belə ki, xüsusilə 23 noyabr 2024-cü il tarixində Cavabdeh4 məxsus olan su çəninin daşmas nəticəsində ona (iddiaçıya) məxsus olan mebellərə çox ciddi ziyan dəymişdir. Bu hal yuxarıda qeyd etdiyi aktda da öz əksini tapmışdır. Həmin mebellərə vurulmuş ziyanın məbləği əslində çoxdur, lakin o (iddiaç) dəymiş ziyanın 500 (beş yüz) manatını Cavabdeh4 tələb edir. Belə ki, digər cavbdeşhlərə məxsus çənlərdən də su axır və mənzilinə ziyan vurur, lakin mebellərə dəymiş ziyan məhz Cavabdeh4 məxsus olan çəndən suyun daşması nəticəsində baş vermişdir. Ona görə də iddia tələbinin maddi ziyan-pul tələbi yalnız Cavabdeh4 yönəlmişdir. Bir halı da xüsusilə qeyd edir ki, 23 yanvar 2025-ci il tarixdə yenə də su daşaraq mənzilinə axmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 21.1-ci maddələrinə istinad edərək, Yevlax şəhəri Məhəmməd Füzuli küçəsi 23 saylı binanın damında, bilavasitə ona (iddiaçıya) məxsus olan 48 saylı mənzilin üzərində yerləşən və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məxsus olan su çənlərinin götürülməsinə, Cavabdeh4 ona (iddiaçıya) vurmuş oldğunu maddi ziyanın əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pulun, həmçinin cavabdehlərdən 100 (bir yüz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianın həcminin azaldılmasına dair ərizə verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tərəfindən su çənlərinin götürüldüyünü göstərərək, Cavabdeh3 məxsus olan su çəninin götürülməsinə, Cavabdeh4 ev əşyalarına vurduğu maddi ziyanın əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pulun və 100 (bir yüz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin və iddianın həcminin azaldılmasına dair ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı həmin mənzildə yaşamır. Bir dəfə ona (cavabdehə) məxsus su çəninin deşilməsi nəticəsində su sızdığına görə iddiaçının mənzilinə və mebelinə ziyan dəymiş, həmin mənzili və mebelin hissələrini təmir etdirmiş və buna görə 650 (altı yüz əlli) manat xərci çıxmışdır. Sonra ikinci dəfə qaraçı uşaqlar binanın damına çıxmış və yəqin ki, həmin uşaqlar su çəninə toxunduqlarına görə su çəni əyilmiş və iddiaçınn mənzilinə su tökülmüşdür. Mənzilə ikinci hadisə ilə əlaqədar dəymiş ziyana görə hazırda sığorta şirkətinə pul ödəyir. İkinci hadisə nəticəsində iddiaçıya məxsus mebel əşyalarına ziyan dəyməsini görməmiş və bu barədə məlumatı yoxdur. Hazırda iddianı əsassız hesab edir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın əsassız olduğundan təmn edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Yevlax şəhəri Məhəmməd Füzuli küçəsi 23 saylı evin 48 saylı mənzili İddiaçı mülkiyyətindədir. İşdə olan Yevlax şəhər 2 saylı Mənzil Təmir İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Yevlax şəhəri Füzuli küçəsi 23/48 saylı mənzilə baxış keçirilmiş, baxış zamanı 23 noyabr 2024-cü il tarixdə Cavabdeh4 məxsus həmin binanın 42 saylı mənzilindən su çəninin daşması nəticəsində İddiaçı məxsus 48 saylı mənzilin yataq otağının oboyu, tavanı, 1 ədəd mebel dəsti, 1 dəst güzgülü termo, 1 ədəd dəst paltar şkafı (rəf), döşəmənin laminatı, plintusu (MDF material) və dəhlizin və mətbəxin tavanının yararsız vəziyyətə düşərək, İddiaçı ziyan dəydiyi müəyyən edilmişdir. İş materillarına əlavə edilmiş Yevlax şəhər 2 saylı Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 94 saylı arayışdan görünür ki, Yevlax şəhəri Füzuli küçəsi 23 saylı binanın 48 saylı mənzilinin üstünün bir hissəsinə düşən qanunsuz şəkildə yerləşdirilmiş su çəni 46 saylı mənzilin sahibi Cavabdeh3 məxsusdur. Gələcəkdə həmin su çənindən baş verəcək daşma və ya sızma halları nəticəsində 48 saylı mənzilin sahibi İddiaçı maddi ziyan dəyməsi ehtimalı mövcuddur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı sifariş verdiyi Yevlax şəhəri Məhəmməd Füzuli küçəsi 21 saylı mənzilin 48 saylı mənzilinə baxış keçirilmiş, baxış zamanı 500 (beş yüz) manat dəyərində 1 ədəd dolaba, 180 (bir yüz səksən) manat dəyərində 2 ədəd tumbaya, 500 (beş yüz) manat dəyərində 1 ədəd yataq taxtına, 650 (altı yüz əlli) manat dəyərində 1 ədəd güzgülü dolaba ziyan dəydiyi müəyyən edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, hazırkı iddianın verilməsi üçün iddiaçı tərəfindən 100 (bir yüz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli (********** qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Yevlax şəhəri Məhəmməd Füzuli küçəsi 23 saylı evin 48 saylı mənzili İddiaçı mülkiyyətindədir. Həmin mənzil Yevlax şəhəri Məhəmməd Füzuli küçəsi ev 23 ünvanında yerləşən binanın sonuncu mərtəbəsində yerləşir. İddiaçının mülkiyyətində olan həmin mənzilin üzərində, yəni həmn binanın damında cavabdehlər Cavabdeh4 və Cavabdeh3 tərəfindən quraşdırılması üçün müvafiq icra hakimiyyəti orqanından icazə alınmadan su çənləri quraşdırılmışdır. Cavabdeh4 tərəfindən quraşdırılmış su çənindən suyun axması nəticəsində iddiaçının mənzilində olan 500 (beş yüz) manat dəyərində 1 ədəd dolaba, 180 (bir yüz səksən) manat dəyərində 2 ədəd tumbaya, 500 (beş yüz) manat dəyərində 1 ədəd yataq taxtına, 650 (altı yüz əlli) manat dəyərində 1 ədəd güzgülü dolaba ziyan dəymişdir. İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə mürciət etdikdən sonra Cavabdeh4 tərəfindən həmin su çəni götürülsə də, digər Cavabdeh3 məxsus su çəni götürülməmişdir. Gələcəkdə Cavabdeh3 məxsus su çənindən baş verəcək su daşması və ya sızması halları nəticəsində 48 saylı mənzilin sahibi İddiaçı maddi ziyan dəyməsi ehtimalı vardır. Buna görə də, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüqüqü əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olma Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında cavabdeh dəymiş ziyanın daha az olduğunu göstərsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilərək, İddiaçı mülkiyyətində olan Yevlax şəhəri M.Füzuli küçəsi 23 saylı binanın 48 saylı mənzilinin üzərində, yəni həmin binanın damında yerləşdirilmiş Cavabdeh3 məxsus olan su çəninin götürülməsinə və iddiaçının mənzilində yerləşən əşyalara dəymiş maddi ziyanın əvəzi olaraq Cavabdeh4 500 (beş yüz) manat pulun alınıb İddiaçı verilməsinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Yevlax şəhəri M.Füzuli küçəsi 23 saylı binanın damında, İddiaçı mülkiyyətində olan 48 saylı mənzilin üzərində yerəşən Cavabdeh3 məxsus olan su çəni götürülsün. Cavabdeh4 dəymiş maddi ziyanın əvəzi olaraq cəmi 500 (beş yüz) manat pul alınıb İddiaçı verilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 100 (bir yüz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar