Məhkəmə qərarları › İş №2(039)-888/2022

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-888/2022

13.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-888/2022 13.05.2022 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə, Yevlax Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən 19.08.2004-cü il təvəllüdlü oğlu X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh Veys oğlu ilə nikaha daxil olaraq bu nikahdan 19.08.2004-cü il təvəllüdlü X4 adında övladları dünyaya gəlmişdir. Oğlu onun himayəsindədir. Cavabdeh tərəfindən zəruri qaydada aliment ödənmir. Onun hər cür şəraiti vardır ki, alimenti normal ödəsin. Uşağı tək saxlayır. Uşağın saxlanılması geniş məsrəf tələb edir. Aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehdən 19.08.2004-cü il təvəllüdlü oğlu X1 üçün hər ay sabit pul məbləğində 200 manat alimentin alınıb verilməsini istəyir. İddiaçı məhkəmə iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, Yevlax Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli qətnaməsi ilə ondan hər ay 100 manat pul məbləğində aliment tutulması qət edilmişdir. Belə ki, əmək haqqı 372.90 manat təşkil edir. Başqa yerdə işləmir və başqa gəliri yoxdur. Hazırda evlidir və 2 övladı var. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş etmişdir. Təqdim edilmiş Yevlax Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli, 2(039)- 2322/2019 nömrəli qətnamənin surəti ilə təsdiq olunur ki, Cavabdeh 19.08.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 100 manat məbləğində aliment alınaraq İddiaçı qızına verilməsi qət edilmişdir. Azərbaycan Respublikası "xxxx" QSC tərəfindən verilmiş 04 №-li, 11 mart 2022-ci il tarixli arayışından təsdiq olunur ki, Cavabdeh "xxxx" QSC YDD Qərb sahəsinin 1 sinif Yevlax stansiyasında hal-hazırda post növbətçisi vəzifəsində işləyir. Orta aylıq əmək haqqı 372 manat təşkil edir. Ailə Məcəlləsi: Maddə 75. valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 112.1 alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla alimenti ödəməkdən azad ola bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment ödəməyə maddi imkanının olduğunu, sonuncunun başqa gəlirlərinin olduğunu qeyd etsə də, buna dair hər hansı sübut təqdim etməmişdir. Lakin, məhkəmə, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan övladlarının diqqətəlayiq mənafeyini rəhbər tutaraq, habelə uşaq üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmasını da nəzərə alaraq belə qənaətə gəlir ki, əvvəl müəyyən edilmiş alimentin miqdarı onun ehtiyaclarının maddi cəhətdən ödənilməsinə hazırda yetmir, bu səbəbdən iddia qismən təmin edilməli, aliment məbləği 130 manat həddində müəyyən edilməlidir. Ödənilməli olan dövlət rüsumu cavabdehdən dövlət büdcəsi xeyrinə tutulmalıdır. Bundan başqa qeyd edilməlidir ki, alimentin miqdarının artırılması bu barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutara, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli, 2(039)-2322/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh 19.08.2004-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 130 (bir yüz otuz) manat məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ödənilməli olan dövlət rüsumu 30 (otuz) manat Cavabdeh dövlət büdcəsi xeyrinə tutulsun. Artırılmış məbləğdə alimentin tutulmasının əvvəli hazırkı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar