Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-890/2020 17.09.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Toğrul Məhəmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədəliyeva Səriyyə Qoca qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki işə Yevlax Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək xx xxxx 2014-cü il tarixli 115.LN.2004.050614.00003 saylı Kredit Müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 2,365.60 manat əsas, 1,867.06 manat faiz, 1,781.31 manat cərimə olmaqla, cəmi 6,013.97 manat məbləğində borcun və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli 115.LN.2004.050614.00003 saylı kredit müqaviləsinə əsasən "İddiaçı” ASC tərəfindən Cavabdeh1 illik 6 faizlə 36 ay müddətinə 7,000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. xx.xx.2020-ci il tarixə Cavabdeh1 banka xx.xx.2014-cü il tarixli 115.LN.2004.050614.00003 saylı kredit müqaviləsi üzrə 2,365.60 manat əsas, 1,867.06 manat faiz, 1,781.31 manat cərimə olmaqla, cəmi 6,013.97 manat borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. İddiaçı ASC-nin nümayəndəsi Elmar Əliyev iclas zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 iclas zamanı kredit müqaviləsi üzrə borcunun olduğunu etiraf edərək izahatında bildirmişdir ki, maddi imkanı olmadığına görə kredit borcunu banka ödəyə bilməmiş, həmin borcu gələcəkdə hissə-hissə ödəyəcəkdir. İddianın qismən, əsas borcun tutulması hissəsində təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh3 iddianı qəbul etməyərək bildirmişdir ki, kredit əsas borclu Cavabdeh1 verilmiş və onun tərəfindən qismən də olsa ödənilməkdədir. Bu səbəbdən ona münasibətdə iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də iclasa gəlməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, İddiaçı ASC ilə Cavabdeh1arasında bağlanmış xx xxxx 2014-cü il tarixli 115.LN.2004.050614.00003 saylı krediti müqaviləsinə əsasən, sonuncuya illik 6 faizlə 36 ay müddətinə 7,000 AZN məbləğində kredit verilmişdir, digər cavabdehlərlə bağlanmış eyni tarixli zaminlik müqavilələri ilə onlar kredit müqaviləsi üzrə birgə məsuliyyət daşımaq barədə üzərilərinə öhdəlik götürmüşlər. Kredit müqaviləsi üzrə öhdəliklər lazımınca icra edilmədiyindən krediti müqaviləsi üzrə borc yaranmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli ekspert rəyində qeyd olunur ki, xx xxxx 2014-cü il tarixli 115.LN.2004.050614.00003 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx xxxx 2017-ci il tarixə 3,759.29 manat əsas, 11.90 manat faiz borcu, xx xxxxx 2020-ci il tarixə isə 2,001,92 manat əsas, 148.14 manat faiz borcu müəyyən olunur. Maliyyə arayışına əsasən kredit müqaviləsinin müddətinin bitdiyi tarixə 3,822.37 manat əsas, 322.18 manat faiz borcu, 236.43 manat faiz borcu, 209.84 manat, cəmi 4,380.98 manat, xx xxxxxx 2019-cu il tarixə 1,456.77 manat əsas, 603.23 manat faiz, cəmi 2,060.00 manat, xx xxxxxx 2020-ci il tarixə isə 2,365.60 manat əsas, 1,867.06 manat faiz, 1,781.31 manat hesablanmış artırılmış faiz borcu olmaqla, cəmi 6,013.97 manat borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470.1. zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazıminca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kredtitora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditorun qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mövcud sübutlarla Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin lazımınca icra edilməməsi nəticəsində borcun yaranması təsdiq olunur və qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, ona münasibətdə yaranmış borcun tutulması barədə tələb əsaslıdır. Əsas borc hissəsi ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, əsas borc tələbi ekspertiza rəyində qeyd edilən, xx xxxxx 2020-ci il tarixə hesablanan 2,001.92 manat hissəsndə təmin edilməlidir, belə ki, iş üzrə tərəflər həmin borcun düzgün hesablanmadığına dair hər hansı mötəbər sübut təqdim etməmişlər. Faiz borcunun tələb edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, faiz borcu ekpsertiza rəyində qeyd edilən, yalnız kredit müddətinin bitdiyi tarixə mövcud olan 11,90 manat hissəsində təmin edilməlidir. Cərimə tələbi hissəsində məhkəmə belə qənaətə gəlir ki, tənasübsüz surətdə yüksək dəbbə pulu azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh3 və Cavabdeh2 ilə bağlanmış zaminlik müqavilələrinin 4.1. bəndinə görə, zaminliyin borcalanın öhdəlikləri tam icra olunanadək qüvvədə qeyd edilmişdir ki, bununla zaminliyin müddəti müəyyən edilməmiş hesab edilməlidir. Əsas öhdəliyin icrası vaxtı xx xxxx 2017-ci il tarixdə bitməsinə baxmayaraq, iddiaçı hazırkı iddia ilə məhkəməyə xx xxxxx 2020-ci il tarixdə müraciət etməklə Mülki Məcəllənin 477.0.4 maddəsində müəyyən edilmiş müddətləri ötürmüşdür. Bu səbəbdən Cavabdeh3 və Cavabdeh2 münasibətdə iddia təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumunun əvəzi, habelə ekspertiza tədqiqatının dəyəri Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 xx xxxx 2014-cü il tarixli 115.LN.2004.050614.00003 saylı kredit müqaviləsi üzrə 2,001.92 manat əsas, 11.90 manat faiz borcu, 50 manat cərimə, habelə 30.40 manat ödənilmiş dövlət rüsumu əvəzi, cəmi 2,094 (iki min doxsan dörd) manat 22 (iyirmi iki) qəpik İddiaçı ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh1tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN ********** Dövlət Xəzinədarlığı agentliyi, KOD 210005 VÖEN ********** m/h AZ 41 NABZ******************** S.W.İ.F.T. BİK CTREAZ 22. hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Toğrul Əliyev
Məhkəmə qərarları › İş №2(039)-890/2020
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-890/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver