Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-896/2020 16.11.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi ilə İddiaçı «xxxxxxxxx» MMC-nin hüquqi varisi İddiaçı MMC Cavabdeh qarşı «borc» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxx» MMC-nin hüquqi varisi İddiaçı MMC Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “İddiaçının xeyrinə 8990,0 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnaməçıxarılmasını xahiş etmişdir. İddiaçı«xxxxxxxxx» MMC-nin hüquqi varisi İddiaçı MMC xx xxxxxx 2020-ci il tarixdə məhkəməyəvəsatət təqdim edərək, məhkəmə araşdırılması zamanı Cavabdeh vergi ödəyicisi olduğunu və mülki işin kommersiya məhkəməsinə aid olduğunu nəzərə alaraq iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı«xxxxxxxxx» MMC-nin hüquqi varisi İddiaçı MMC iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair vəsatətin dəlillərini, cavabdehin isə işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinəəsasən iddia ərizəsinin qaytarılması barədəərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəməərizəni baxılmamış saxlayır. Hesab edirəm ki, iddiaçı«xxxxxxxxx» MMC-nin hüquqi varisi İddiaçı MMC Cavabdeh qarşı «borc»tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı «xxxxxxxxx» MMC-nin hüquqi varisi İddiaçı MMC Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı«xxxxxxxxx» MMC-nin hüquqi varisi İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax rayon Məhkəməsinəşikayət verilə bilər. Hakim Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-896/2020
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-896/2020
16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver