Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № 2(039)-904/2021 20.05.2021 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlu Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Yevlax rayon Balçılı Bələdiyyəsinin nümayəndəsi və vəkili X1 ilə, İddiaçı Yevlax rayon Balçılı Bələdiyyəsinin Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə qarşı «icarə haqqı üzrə vaxtı keçmiş borcların ödənilməsi, torpaq icarəsi müqavilələrinin və torpaq sahəsinin icarə hüququnun alqı-satqısına dair 2 ədəd çıxarışın ləğvi» tələbinə dair işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Yevlax rayon Balçılı Bələdiyyəsi Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə qarşı «icarə haqqı üzrə vaxtı keçmiş borcların ödənilməsi, torpaq icarəsi müqavilələrinin və torpaq sahəsinin icarə hüququnun alqı-satqısına dair 2 ədəd çıxarışın ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 2 ədəd icarə müqaviləsinin və torpaq sahəsinin icarə hüququnun alqısatqısına dair 2 ədəd çıxarışın bildiriş müddətini gözləmədən ləğv edilməsi və 1432.50 manat vaxtı keçmiş icarə haqqının cavabdehdən alınıb bələdiyyəyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini belə əsaslandırmışlar ki, 19 noyabr 2016-cı il tarixli torpaq sahəsinin icarə hüququnun alqı-satqı müqavilələrinə əsasən Yevlax rayon Balçılı Bələdiyyəsinin 5 hektar və 12 hektar, cəmi 17 hektar torpaq sahəsi 13 avqust 2037-ci ilə kimi Cavabdeh icarəsindədir. Bu barədə ona 19 noyabr 2016-cı il tarixli 2 ədəd çıxarış verilmişdir. İcarə müqavilələrinə əsasən 5 hektar torpaq sahəsi üçün illik icarə haqqı 200 manat, 12 hektar torpaq sahəsi üçün iliik icarə haqqı 220 manat, 17 hektar üçün cəmi 420 manat icarə haqqı müəyyən edilmişdir. 01 yanvar 2021-ci il tarixə Cavabdeh 17 hektar torpaq sahəsinin icarəsi üçün 1732.50 manat icarə haqqı hesablanmışdır. O, 2019-cu ilin yanvarında 300 manat icarə haqqı ödəmişdir və 01 yanvar 2021-ci il tarixə onun Balçılı Bələdiyyəsinə 1432.50 manat vaxtı keçmiş icarə haqqı borcu yaranmışdır. Dəfələrlə müraciət etməklərinə baxmayaraq Cavabdeh həmin 17 hektar torpaq sahəsindən qanunsuz istifadə etməkdə davam edir. Ona görə də, məhkəməyə müraciət edərək xəbərdarlıq müddətini gözləmədən cavabadeh Cavabdeh ilə bağlanmıs icara, müqaviləsinin və torpaq sahəsinin icarə hüququnun alqı-satqısına dair 2 ədəd çıxarışın ləğv edilməsi və 1432.50 manat vaxtı keçmiş icarə haqqının cavabdehdən alınıb bələdiyyəyə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İcarə haqqı üzrə vaxtı keçmiş borcların ödənilməsi və icarə müqaviləsinin ləğvi barədə Cavabdeh 09 mart 2021- ci il tarixli, 17 nömrəli məktubla bildiriş göndərilmişdir. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. İş materiallarında olan 13 avqust 2007-ci il tarixli 51 saylı müqavilənin 2.14 bəndinə əsasən tərəflərin hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməsə mövcud qanunlar əsasında müvafiq olaraq və ya məhkəmə qarşısında iddia qaldırır. İş materiallarında olan 19 iyul 2007-ci il tarixli 29 saylı müqavilənin 2.14 bəndinə əsasən tərəflərin hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməsə mövcud qanunlar əsasında müvafiq olaraq və ya məhkəmə qarşısında iddia qaldırır. İş materiallarında olan 09 mart 2021-ci il tarixli 17 saylı bildirişdən məlum olur ki, iddiaçı rəsmi olaraq müqavilə şərtlərinin pozulması barədə məhkəməyə müraciət etməsi barədə cavabdehi xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, müqavilələrdə pretenziya qaydası 60 gün olaraq müəyyən edilmişdir. İddiaçı pretenziya qaydasına riayət edərək, cavabdehə 09 mart 2021-ci il tarixdə göndərsə də, 60 gün müddəti gözləməmişdir. Belə ki, 02 aprel 2021-ci il tarixdə «icarə haqqı üzrə vaxtı keçmiş borcların ödənilməsi, torpaq icarəsi müqavilələrinin və torpaq sahəsinin icarə hüququnun alqı-satqısına dair 2 ədəd çıxarışın ləğvi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, iddiaçı Yevlax rayon Balçılı Bələdiyyəsinin Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə qarşı «icarə haqqı üzrə vaxtı keçmiş borcların ödənilməsi, torpaq icarəsi müqavilələrinin və torpaq sahəsinin icarə hüququnun alqı-satqısına dair 2 ədəd çıxarışın ləğvi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 259.0.1, 263-264-cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Yevlax rayon Balçılı Bələdiyyəsinin Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinə qarşı «icarə haqqı üzrə vaxtı keçmiş borcların ödənilməsi, torpaq icarəsi müqavilələrinin və torpaq sahəsinin icarə hüququnun alqı-satqısına dair 2 ədəd çıxarışın ləğvi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıya izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, təkrar məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №2(039)-904/2021
Yevlax Rayon Məhkəməsi Qərardad — İş №2(039)-904/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver