Məhkəmə qərarları › İş №2(039)-905/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-905/2025

30.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-905/2025 30.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi, İddiaçı X3 etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı “uşağın ananın himayəsində saxlanılması və aliment” tələbinə dair işə 30 aprel 2025-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X9 Cavabdeh qarşı “uşağın ananın himayəsində saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu təvəllüdlü X4 da onun himayəsində saxlanılmaqla, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2011ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay hər bir uşaq üçün 246 manat olmaqla cəmi 492 manat sabit pul məbləğində alimentin, eyni zamanda 60 manat mediasiya xərcinin və 51 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 etibarnamə üzrə nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izah etdi ki, X9 onun qızıdır. Qızı ilə cavabdeh arasında nikahları pozulmuşdur. İki uşaqları var. Nikah pozulması ilə bağlı məhkəmə qətnaməsinə əsasən uşaqlardan biri atanın, digəri isə ananın yanında saxlanılması qərara alınmışdır. Hazırda atanın yanında qalan uşaq da qızının yanına gəlmiş və onun himayəsindədir. Uşaqların maddi ehtiyacını ödəməyə görə aliment tələb edir. İddiaçı X3 etibarnamə üzrə nümayəndəsi X7 məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izah etdi ki, məhkəmə qətnaməsi ilə onun himayəsində saxlanılan qızı Rəvanə Əsədova öz istəyi ilə anasının yanına getmiş, hazırda da anasının himayəsində qalmasına etiraz etmir və uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat ödəniş edəcəkdir və göstərdiyi xüsusatları təsdiq edən müvafiq ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli 2(039)-1724/2019 saylı qətnaməsindən məlum olur ki, tərəflər arasında bağlanmış nikah pozulmuş və X10 anasının himayəsində, X11 isə atasının himayəsində saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 03 fevral 2025-ci il tarixli, MŞY/MT034/2024-00019 saylı arayışdan məlum olur ki, X9 uşağın ananın himayəsinə verilməsi və aliment tələbi ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 21 iyul 2009-cu il tarixli, AZ-İİ 300526 nömrəli və 21 iyul 2009-cu il tarixli, AZ-İ 311912 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən məlum olur ki, Əsədov Cavabdeh Fəridənın və Cəlal Talıbovun atası hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 21 iyul 2009-cu il tarixli, AZ-İİ 300526 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X11 16 mart 2009-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 aprel 2011-ci il tarixli, AZ-İİ 633898 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X10 30 mart 2011-ci il tarixdə anadan olmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il 15 saylı qərarına əsasən 1.2. 8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-cü bəndində göstərilir ki, ər ilə arvadın hüququ bərabərdir, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci maddəsində qeyd edilir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1.1. 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Beləliklə, məhkəmədə aydın oldu ki, tərəflər evlənmişlər. Birgə yaşayışlarından iki uşaqları olmuşdur. Məhkəmə qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş və uşaqların biri ata, digəri isə anasının himayəsində saxlanılmışdır. Hazırda uşaqlar anasının himayəsindədir. İddiaçı məhkəməyə iddia ərizəsi ünvanlayaraq uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək uşağın anasının himayəsində qalmasına etiraz etməmiş, hər ay hər uşaq üçün 100 manat ödəniş edə biləcəyini göstərmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin 28 mart 2016-cı il tarixli plenum qərarının 7.8-ci bəndində Məhkəmələrə izah edilmişdir ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. İddiaçı həmin qətnamədən sonra yaranmış yeni əsasa istinad etməmişdirsə, eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslarla qaldırılmış iddia ərizəsi MPM-nin 153.2, 153.2.2-ci maddələrinə əsasən iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməli, əgər icraata qəbul olunmuşdursa, həmin Məcəllənin 261.0, 261.0.2-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaya əsasən 16 mart 2009-cu il təvəllüdlü X1 Rəvanə Ceyhun qızı anasının himayəsində saxlanmalı, uşaqların layiqli, firavan yaşayış səviyyəsini, təlimtərbiyəsini, təhsilini nəzərə alınaraq məhkəməyə müraciət etdiyi vaxtdan yəni, 24 fevral 2025-ci il tarixdən başlayaraq, 16 mart 2009-cu il təvəllüdlü X4 və 30 mart 2011-ci il təvəllüdlü X5 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. 16 mart 2009-cu il təvəllüdlü X11 İddiaçı himayəsinə verilsin. Cavabdeh 24 fevral 2025-ci il tarixdən başlayaraq 16 mart 2009-cu il təvəllüdlü X4 və 30 mart 2011-ci il təvəllüdlü X5 18 yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment X3 xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar