Azərbaycan Respublikası adından QƏTNAMƏ Daşkəsən rayonu İş № e-2(030)-747/2025 05.02.2026 DAŞKƏSƏN RAYON MƏHKƏMƏSİ X14 Hafiz oğlunun sədrliyi, Fərzəliyev Bəylər Amil oğlunun katibliyi iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış, 11 noyabr 2005-ci il tarixdə Daşkəsən rayon VVADQ şöbəsində 113 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, 11 iyun 2011-ci il təvəllüdlü X1 üçün məhkəməyə müraciət etdiyi tarixdən hesablanmaqla hər ay Cavabdeh 246 manat məbləğində aliment tutulub ona ödəniməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını, 11 iyun 2011-ci il təvəllüdlü X1 üçün hər ay Cavabdeh 260 manat məbləğində aliment tutulub ona ödəniməsini, iddia tələbinin təmin olunmasını xahiş etdiyi üçün məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh aralarındakı nikahı 11 noyabr 2005-ci il tarixdə Daşkəsən rayon VVADQ şöbəsində 113 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 04 sentyabr 2005-ci ildə Nazənin, 04 noyabr 2006cı ildə Səbinə və 11 iyun 2011-ci ildə Murad adlı üç uşaqları doğulmuşdur. Uşaqların ikisi yetkinlik yaşına çatmışdır. İlk vaxtlar münasibətləri normal olsa da, son zamanlar aralarında yaranmış narazılıq, söz-söhbətlər səbəbindən fakitki olaraq ayrılmışlar. Bundan sonra tərəflərin barışıb bir yerdə yaşamaları mümkün deyildir. İddiaçı uşağı tək başına saxlamaqda və maddi tələbatlarını ödəməkdə çətinlik çəkir. Əvvəlki məhkəmə iclasında iştirak Cavabdeh iddia tələbini qismən qəbul qəbul edərək izahatında göstərmişdir ki, o, ankoloji xəstədir. Daimi müayinə və müalicəyə ehtiyacı vardır. 21 il birgə nikahda yaşasalar da, iddiaçı xəstə olduğu üçün ondan ayrılmaq qərarına gəlmişdir. Bundan sonra barışıb bir yerdə yaşamaları mümkün deyildir. Heç bir yerdə işləmir. İddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək iqtidarında deyildir. Uşağının saxlanılması üçün 150-160 manat məbləğində aliment ödəyə bilər. Məhkəmədən nikahlarının vaxt verilmədən pozulmasını xahiş etmişdir. İşə əlavə olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında 11 noyabr 2005-ci il tarixdə nikah bağlanmış və Daşkəsən rayon VVADQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 113 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Kazımova” soyadı verilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 11 iyun 2011-ci ildə Daşkəsən şəhərində dogulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə Daşkəsən rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında 09 dekabr 2011-ci il tarixdə 316 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş Daşkəsən 1 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 26 noyabr 2025-ci il tarixli MŞD/MT069/2025- 00013 nömrəli arayışdan görünür ki, İddiaçı “nikahın pozulması, aliment və birgə nikah dövründə əldə olunuş əmlakın bölünməsi tələbi” üzrə müraciətinin yeri və vaxtı barədə əvvəlcədən poçt vasitəsilə məlumatlandırılan qarşı tərəf Cavabdeh 27 noyabr 2025-ci il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Cavabdeh 19 noyabr 2025-ci il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. İşə əlavə olunmuş 27 noyabr 2025-ci il tarixli BPM**********36 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. İşə əlavə olunmuş Azərbaycan Memarlıq və İnşaat Universitetinin 17 dekabr 2025-ci il tarixli arayışından görünür ki, X5 “ŞT və MKS” fakültəsinin 1-ci kurs 305a3 qrupunun tələbəsidir.Kommunal sistem mühəndisi ixtisası üzrə əyani (dövlət sifarişi) şöbəsində təhsil alır. İşə əlavə olunmuş Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi R.Pirnəzərov adına 299 №li məktəb-liseyin 19 dekabr 2025-ci il tarixli 743 nömrəli arayışından görünür ki, X7 2025/2026-cı tədris ilində Bakı şəhəri R.Pirnəzərov adına 299 nömrəli məktəbliseyin 9-cu sinfində təhsil alır. Məhkəmə iş üzrə sənədləri hərtərəfli və obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə baxışında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh el adəti ilə toy edib ailə qurmuşlar. Aralarındakı nikahı 11 noyabr 2005-ci il tarixdə Daşkəsən rayon VVADQ şöbəsində 113 nömrəli akt qeydi ilə qeydə aldırmışlar. Birgə nikahlarından 04 sentyabr 2005-ci ildə X3, 04 noyabr 2006-cı ildə X5 və 11 iyun 2011-ci ildə X7 doğulmuşdur. Uşaqların ikisi yetkinlik yaşına çatmışdır. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Hazırda İddiaçı onunla Cavabdeh arasında bağlanmış nikahın pozulmasını xahiş etmişdir. Sonuncu da, nikahın pozulmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə görə, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış, 11 noyabr 2005-ci il tarixdə Daşkəsən rayon VVADQ şöbəsində 113 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 30.4-cü maddəsinə görə, nikah pozulduqda ər (arvad) ümumi soyadlarını saxlamaq və ya nikahdan əvvəlki soyadını bərpa etmək hüququna malikdir. 22.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməli, ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı, ərindən (arvadından) saxlanması üçün vəsait almaq hüququna malik olan arvadın (ərin) tələbi ilə ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.1-ci maddəsinə görə, valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. 58.2-ci maddəsinə əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 60.1-ci maddəsinə görə, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Məhkəmə boşanmadan sonra tərəflərin birgə nikahından – 11 iyun 2011-ci ildə X2 İddiaçı yanında saxlanılmasını və uşağın maddi təminatı üçün aliment təyin olunmasını məqsədəmüvafiq hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 6.1-ci bəndinə əsasən, nikahın pozulmasına qarşılıqlı razılıq olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. 7-ci bəninə görə, nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Eləcə də, bununla bağlı tələb olarsa ər-arvadın birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalı və əmək qabiliyyəti olmayan arvadın (ərin) saxlanması üçün ərdən (arvaddan) tutulmalı olan vəsaitin miqdarını müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq, uşaqları saxlayan valideyn məhkəmə qaydasında digər valideyndən onların saxlanması üçün vəsait (aliment) almaq hüququna malikdir. 76.2-ci maddəsinə əsasən, bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2026-ci il üçün “Yaşayış minimumu haqqında” 9 dekabr 2025-ci il tarixli Qanununa əsasən, Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il 15 nömrəli qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. İddiaçı uşağının saxlanması üçün 260 manat sabit pul məbləğində aliment təyin olunmasını tələb etsə də, məhkəməyə cavabdehin məşğuliyyətini, iş yerini, qazancını və maddi imkanını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçı uşağın maddi təminatının təkcə atanın üzərinə düşməsini güman etməkdə haqlı deyildir, uşağın təminatında hər iki valideyn eyni vəzifələri daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Qeyd olunanları, habelə yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından 11 iyun 2011-ci ildə X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün sonrakı artımlar nəzərə alınmaqla Cavabdeh 05 dekabr 2025-ci il tarixdən başlayaraq hər ay ölkə üzrə minumum əmək haqqının 0,50 misli həddində aliment tutulub İddiaçı ödənilməlidir. Tərəflər arasında uşaqla bağlı mübahisə yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi mediasiya məbləğinə dair münasibətdə qeyd edir ki, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh 19 noyabr 2025-ci il tarixdə mediasiya tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh 27 noyabr 2025-ci il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Mediasiya sessiyasının keçirilməsi üçün iddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir. Ona görə də, 60 manat məbləğində ilkin mediasiya xərci iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiaya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqında iddialarda iddianın qiyməti il ərzində ödəmənin məcmusu ilə müəyyən olunur. Bir il ərzində ödəmənin məcmusu nəzərə alınarsa hazırki iddianın qiyməti 2400 manat təşkil edir. Belə olan halda, iddia ərizəsinin məhkəməyə verilməsinə görə “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci bəndinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında hesablanır. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Ona görə də, məhkəmə hesab edir ki, cavabdehdən 44 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış, 11 noyabr 2005-ci il tarixdə Daşkəsən rayon VVADQ şöbəsində 113 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulsun. Nikahın pozulması haqqında akt qeydi aparılarkən İddiaçı nikahdan əvvəlki “Orucova” soyadını bərpa etmək hüququnun olması, həmçinin ər-arvadın ümumi əmlakının bölünməsi haqqında 3 il ərzində iddia qaldırmaq hüququ izah edilsin. Tərəflərin birgə nikahından 11 iyun 2011-ci ildə doğulmuş X7 İddiaçı yanında saxlanılsın. 11 iyun 2011-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək maddi təminatı üçün sonrakı artımlar nəzərə alınmaqla Cavabdeh 05 dekabr 2025-ci il tarixdən başlayaraq hər ay ölkə üzrə minumum əmək haqqının 0,50 misli həddində aliment tutulub İddiaçı ödənilsin. Cavabdeh 44 (qırx dörd) manat dövlət rüsumu tutulub Azərbaycan Respublikası Mərkəzi Bankı - X8 ödənilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Daşkəsən Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kənan Vəliyev
Məhkəmə qərarları › İş №e-2(030)-747/2025
Daşkəsən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(030)-747/2025
05.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver