Məhkəmə qərarları › İş №e-2(049)-3765/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3765/2025

30.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3765/2025 30.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X6 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi, Lənkəran Vəkil Bürosunun vəkili Nümayəndə iştirakı ilə İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı birgə nikah dövründə götürülmüş kredit öhdəlikləri üzrə borcun bölünməsi tələbinə dair iddiaları üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İlk iddia üzrə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli 139 nömrəli nikah qeydinin pozulması, uşaqları xx.xx.2017-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yanında saxlanılması, onların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 246 manat, iki uşağa görə 492 manat məbləğində alimentin (hər bir uşağa orta əmək haqqı məbləğinin 0.62 misli miqdarında), cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarmasını xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında nikah xx.xx.2018-ci il tarixdə, 139 saylı qeydiyyatla Lənkəran rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.2017-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Cavabdeh son zamanlar narazılıqlar yaratdığından onunla xasiyyətləri düz gəlməmiş və ayrılmalı olmuşlar. Artıq onunla birgə yaşamaq mümkün olmadığından mediasiyadan keçdikdən sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlə aralarında bağlanmış nikah formal xarakter daşıyır və barışmaları mümkün deyildir. Cavabdehlə ayrıldıqdan sonra cavabdeh uşaqların xərcini qarşılamamışdır. O, ondan maddi yardım etməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh əmək qabiliyyətli olmaqla işlədiyir və aylıq sabit gəliri vardır. O, cavabdehə övladları ilə ünsiyyətdə olmasına etiraz etmir. Aralarında olan mübahisəni mediasiya da həll etməyə çalışsa da cavabdeh mediasiyada razılaşmadığından mübahisələrini mediasiyada həll edə bilməmişlər. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC-nin Lənkəran filialından 26 fevral 2025-ci il tarixli 13-Y-2-0-630-25 saylı kredit müqaviləsi ilə 48 ay müddətinə aylıq faiz dərəcəsi 17.9 % olmaqla İddiaçı ilə birgə nikah dövründə götürdüyü 20000 manat məbləğində kredit pulunun və 8149.75 manat kredit faizlərinin, cəmi 28149.75 manat kredit borcunun cavabdehlə aralarında hər birinə 1/2 hissədə bölünməsi və dövlət rüsumu olaraq ödədiyi 175 manat pulun cavabdeh İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddia tələbini qismən qəbul edir və aralarında bağlanılmış nikah qeydinin pozulmasına etiraz etmir. Lakin iddia tələbinin alimentə dair hissəsi ilə isə razı devil. Belə ki, İddiaçı özü də işləvir və bir valideyn kimi o da uşaqları saxlamağa borcludur. Uşaqların saxlanması üçün tələb olunan 246 manat pulıun hamısını o ödəməli deyildir. Hazırda Qarabağda işləyir, lakin işi mütəmadi xarakter daşımır, elə vaxt olur ki, aylarla işsiz qalır və bir uşağa görə 246 manat, iki uşağa görə 492 manat alimenti hər ay ödəyə bilməyəcək. Onun özünün də xərcləri vardır. Hər ay hər uşağa görə 100 manat olmaqla, hər ay iki uşağa görə cəmi 200 manat aliment ödəməyə razıdır. İddiaçı ilə ailəli olduqları zamanı 26 fevral 2025-ci il tarixdə "xxxx" ASC-nin Lənkəran filialından 48 ay müddətinə 20000 manat məbləğində, həmin tarixdə yenə də 400 manat məbləğində və 19 mart 2025-ci il tarixdə "xxxx" ASC-nin Lənkəran filialından 60 ay müddətinə 1000 manat məbləğində kredit götürmüş və götürdüyü həmin kreditləri ailəsinə xərcləmişdir. Qeyd eldiyi kimi götürdüyü həmin kreditləri o, ailəsinə xərcləsə də, hazırda bocun ödənilməsi onun üzərinə qalmışdır. Belə ki, həmin kreditlə o, İddiaçı üçün "İphone 14 pro" markalı telefon almış və eyni zamanda onun sol diz qapağında çat olduğu üçün Bakı şəhərinə onu xəstəxanava aparıb, müavinə və müalicə etdirmiş, həmçinin həmin kreditlə onun üçün qızıl almış, hazırda da həmin qızıllar onun özündədir. Ona görə də hazırki qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə götürülmüş kredit öhdəlikləri üzrə borcun bölünməsini məhkəmədən xahiş edir. İlk iddia üzrə İddiaçı məhkəməyə qarşılıqlı iddiaya qarşı etiraz ünvanlayaraq etirazını onunla əsaslandırmışdır ki, cavabdeh Şöhrət iddia edir ki, guya işləmədiyi vaxtlar olur və buna görə də alimenti az ödəməlidir. Bu iddia həqiqəti əks etdirmir. Belə ki, Şöhrət faktiki olaraq işləyir və daimi gəlir əldə edir. Şöhrət rəsmi olaraq bəzi dövrlərdə qeyri-müntəzəm işdə olduğunu desə də, faktiki olaraq daimi gəlirə malikdir, özü də maşın idarə edir, avtomobil xərclərini qarşılayır və maddi vəziyyətinin pis olmasını iddia etməyinə baxmayaraq özünə 16.500 manatlıq avtomobil almışdır. Avtomobili qəsdən qardaşının adına keçirib, etibarnamə ilə sürür ki, gəlirlərini gizlətsin. Müntəzəm olaraq şəxsi xərclərinə və özünə aid alışlara sərf edir. Bu isə göstərir ki, cavabdeh “işsiz qalmaq” bəhanəsi ilə alimentdən yayınmaq niyyətindədir. O, alimentdən yayınmaq məqsədilə öz adına olan əmlakı gizlədir. Şöhrət ailənin xərclərinə adekvat iştirak etməyib. Ailə münasibətləri dövründə ev təsərrüfatının saxlanması, uşaqların gündəlik ehtiyacları, uşaqların təhsili, geyimi, qidası kimi bütün xərclərin tam əksəriyyəti onun valideynləri tərəfindən qarşılanmışdır. Şöhrət öz arqumentlərində bildirir ki, guya o da işləyir və uşaqların saxlanmasına borcludur. Bu fikir həqiqətən də doğrudur. Hər iki valideyn borcludur, lakin uşaqlar onun yanındadırlar, o, onların gündəlik, fasiləsiz qayğısını çəkir. Bu səbəblə, məhkəmə təcrübəsinə əsasən, alimentin atası tərəfindən daha yüksək məbləğdə ödəməsi ədalətlidir. Tələb edilən aliment məhkəmələrdə formalaşmış orta praktika ilə tam uyğundur. O, hər uşağa 246 manat (orta aylıq əmək haqqının 0.62 mislini) tələb etmişdir ki, bu da Qanuna uyğun, uşaqların real xərcləri ilə adekvat, atanın maddi imkanları nəzərə alınmaqla mümkündür. Bu məbləğin azaldılması uşaqların maddi təminatının pisləşməsi deməkdir. Cavabdehin birgə götürülmüş kreditlərin bölünməsi barədə tələbi ilə bağlı qeyd edir ki, Şöhrət kreditləri guya “ailəyə xərclədiyini” iddia etsə də, bu tamamilə yalandır. Belə ki, götürülmüş kreditlər ailə üçün deyil, özünün şəxsi istifadəsi üçün xərclənib. O, özü üçün 16.500 manatlıq avtomobil almış, onu qardaşının adına keçirib ki, bölünmədən yayınsın. Bacısına kreditlə lazer aparatı almış və digər şəxsi ehtiyaclarına və istehlakına xərcləmişdir. Bundan əvvəldə kredit götürüb xırda kreditləri və başqa şəxslərə borcu olduğundan onları həmin kreditlə ödəyib. Bu xərclərin heç birinin ailənin saxlanılmasına aidiyyəti yoxdur. Sağlamlığı problemlərimə dair Şöhrətin gətirdiyi arqumentlər yalandır. Şöhrət iddia edir ki, onun sol diz qapağında çat olduğu üçün guya onu Bakıya aparıb müalicə etdirib. Bu tamamilə yalandır. Onun dizində vətər yırtığı olub, Şöhrət heç zaman müalicəsinə pul xərcləməyib. Əksinə, onun müalicəsinə biganə qaldığına görə evdə narazılıq yaranıb. Müalicənin əsas hissəsini onun valideynləri qarşılamışdır. Şöhrətin bu arqumenti kreditləri “ailəyə xərclədiyini” göstərmək üçün qurma, yalandır. Şöhrətin onun üçün guya “iPhone 14 Pro” alması da yalandır. O, həmin telefonu ozü üçün alıb və onun üzərinə atır ki, bunu da xərclər siyahsına əlavə etsin. O, hec vaxt ona “iPhone 14 Pro” markalı telefon almayıb. Şöhrət hazırda uşaqlarına aliment vermək istəmir, qalmışdı ki ona “iPhone 14 Pro” alsın. Əgər Şöhrət aliment verməyə maddi imkanı catmırsa bəs vəkilə ödəməyə pulu hardan tapır? Göründüyü kimi bunlar yalnız Şölətin aliment ödəməkdən yayınmaq üçün yalanlarından biridir. Şöhrət kredit vəsaitlərini ailənin saxlanmasına yönəltməyib. Ailənin yaşayış xərcləri - ərzaq, uşaqların gündəlik ehtiyacları, geyim, məktəb xərcləri, kommunal xidmətlər və s. xərclər yarısı valideynləri tərəfindən kömək edilib, digərini özü alıb. Şöhrət kreditləri ancaq özünün şəxsi istifadəsi üçün istifadə etmişdir. Beləliklə hesab edir ki, aliment tələbi ilə bağlı Şöhrətin alimentin azaldılması barədə mövqeyi tam əsassız sayılmalı və rədd edilməlidir. Tələb etdiyi hər uşağa aylıq 246 manat iki uşağa görə 492 manat alimentin eyni qaydada saxlanılması və cavabdehdən tutulmasını və Şöhrətin kreditlərin bölünməsi barədə qarşılıqlı iddiası tam əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində İddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq iddiasını müdafiə etdiyini və qarşılıqlı iddianı qəbul etmədiyini bildirib, məhkəmə iclasını iştirakı olmadan keşirilməsini xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə ilk iddianı, nikahın pozulması və uşaqların analarının yanından qalmaları hissəsində tam, aliment tələbi hissəsində hər uşağa 100 manat olmaqla, cəmi 200 manat ödənilmə şərti ilə qismən qəbul etmiş, qarşılıqlı iddianı isə, qarşlıqlı iddia ərizəsində yazılanlara uyğun izahat verməklə müdafiə edib, onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etrmişdir. TƏDQİQ OLUNMUŞ SÜBUTLAR: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə Cavabdeh arasında nikah Lənkəran rayon Qeydiyyat Şöbəsində xx.xx.2018-ci il tarixdə, 139 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra Leyla Cəfərovaya “Rzayeva” soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2017-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, ilk iddia üzrə iddiaçı iddianın verilməsi üçün 60 manat mediasiya xərci və 50 manat dövlət rüsumu ödəmişdir. xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, qarşılıqlı iddiaçı həmin iddianın verilməsi üçün 60 manat mediasiya xərci və 115 manat dövlət rüsumu ödəmişdir. "xxxx" ASC-nin Lənkəran filialı ilə Cavabdeh arasında 26 fevral 2025-ci il tarixdə bağlanmış 13-Y-2-0-630-25 saylı kredit müqaviləsindən görünür ki, Bank sonuncuya 48 ay müddətinə illik 17.9 % olmaqla 20000 manat məbləğində istehlak krediti vermişdir. 13-Y-2-0-630-25 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh xx.xx.2025ci il tarixdən xx.xx.2029-cu il tarixədək əsas və faiz borcu olaraq hər ay 586.46 manat, xx.xx.2029cu il tarixdə isə - 586.13 manat kredit borcunu qaytarmalıdır. AZEMİS portalından görünür ki, İddiaçı işləmir, Şöhrət Rzasyev isə "xxxx" MMC-də mal təchizatçısı işləməklə əmək haqqı 1469.71 manat təşkil eləyir. e-2(049)-3765/2025 nömrəli müli işdən görünür ki, ilk iddia ərizəsi elektron qaydada məhkəməyə xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, ilk iddia üzrə Cavabdeh nikahın pozulması tələbi hissəsində iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, tərəflər arasında Lənkəran rayon Qeydiyyat Şöbəsində xx.xx.2018-ci il tarixdə, 139 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmalıdır. Məhkəmə nikah pozulduqdan sonra tərəflərin uşaqlarının hansı valideynin yanında saxlanılması ilə bağlı mübahisəyə qiymət verərək qeyd edir ki, Cavabdeh İddiaçı tələb etdiyi alimentdən az aliment verməyə razı olduğunu bildirməklə, dolayı olaraq uşaqların analarının yanında qalmalarına razılıq vermişdir. Bunu da məhkəmə Cavabdeh iddianın bu hissədə etirafı kimi qəbul edir. Buna görə də, məhkəmə hesab edir ki, tərəflər arasında nikah pozulduqdan sonra xx.xx.2017-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 analarının yanında saxlanılmalıdırlar. Məhkəmə qeyd edir ki, tərəflər arasında alimentin miqdarı ilə bağlı mübahisə vardır. Həmin mübahisənin həlli məqsədilə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanmamışdır. Hazırki vəziyyətdə Cavabdeh daimi iş yeri vardır və onun aylıq əmək haqqı 1469.71 manat təşkil eləyir. İddiaçı hər hansı bir gəliri barədə məlumat yoxdur. Tərəfələrin birgə nikahlarından anadan olmuş uşaqlar hazırda İddiaçı himayəsində olduğundan onlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin onun üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə Cavabdeh tutulmasına əsas verir. Sonuncunun daimi iş yerinin və onun maddi vəziyyətinin İddiaçı yüksək səviyyədə olması ona imkan veriri ki, İddiaçı ilə birgə münasibətlərindən anadan olmuş uşaqları saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatla təmin etsin. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Cavabdeh 1469.71 manat əmək haqqının üçdə bir hissəsi 498.90 manat təşkil eləyir. İddiaçı isə iki uşağını saxlamaq üçün bundan da az, 492 manat aliment tələb edir. Buna görə də məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, onların uşaqlarının mənafeylərini, onların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanması imkanlarını, Azərbaycan Respublikasında 2025ci il üzrə minimum əmək haqqının 400 manat olduğunu, habelə uşaqların maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlin yaşına çatmayan xx.xx.2017-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli, iki uşaq üçün isə ümumilikdə 1,23 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ərarvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Qeyd olunan əsaslara görə tərəflərə, onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir. Məhkəmə qarşılıqlı iddiaya qiymət verərək qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Göründüyü kimi, birgə nikah dövründə ər və ya arvadın kredit təşkilatlarından götürdükləri hər bir kreditə görə deyil, məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə götürülmüş kreditə görə borc verən qarşısında ər-arvadın birgə cxavabdehlik daşıyırlar. Həmin mövqe öz əksini “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixıi 1/2024 nömrəli qərarının 3.14-3.16-cı bəndlərinədə də tapmışdır. Belə ki; 3.14. Ümumi əmlak aktivindən fərqli olaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyin ümumi öhdəlik olması barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridirsə, ağlabatan mühakimə baxımından, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. 3.15. Qeyd edilən faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan arvad (ər) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Bir qayda olaraq belə vəsaitin xərclənməsində borclu ər (arvad) bilavasitə iştirak etdiyindən həmin əmlakın ailə ehtiyaclarına sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı da ona məxsus olur. Arvad (ər) isə borcun olmasından xəbərdar olmaya bilər, bu səbəbdən onun ərinin (arvadının) həmin vəsaiti şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. 3.16. Sözügedən məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu (bundan sonra - Konstitusiya Məhkəməsi) 2021-ci il 23 iyul tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225, Ailə Məcəlləsinin 32 və 41.2- ci maddələrinin tələblərinə uyğun olaraq nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Konstitusiya Məhkəməsi həmin qərarında vurğulamışdır ki, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ərarvadın ümumi əmlakına daxil olub-olmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ər-arvadın rəsmi nikah münasibətlərində olsalar da, ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunub-olunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır. Məhkəmə qeyd edir ki, ailə ehtiyacları dedikdə ər-arvadın birgə təsərrüfatda olduqları müddətdə onların birgə həyatının təmin edilməsi üçün zəruri olan maddi və qeyri-maddi tələbatları əhatə edir. Ailə ehtiyacları - yaşayış yeri ilə bağlı xərclər, qida və geyim xərcləri, təhsil və tibbi xidmətləri, uşaqların saxlanması və tərbiyəsi üçün çəkilən xərclər və s. başa düşülür. Hazırkı işdə qarşılıqlı iddiaçı Cavabdeh ilkin İddiaçı nikahlarının pozulmalarına dair Medisiya şurasına müraciət etdiyi xx.xx.2025-ci il tarixdən 07 ay əvvəl, yəni ailə münsibətlərinə son qoyulmalarına çox az müddət qalmış Bankdan 20000 manat kredit götürüb ailələrinə xərclədiyini, İddiaçı üçün "İphone 14 pro" markalı telefon aldığını, sonuncunun sol diz qapağında çat olduğu üçün Bakı şəhərinə onu xəstəxanava aparıb, müavinə və müalicə etdirdiyini, həmçinin həmin kreditlə sonuncu üçün qızıl aldığını bildirmişdir. Cavabdeh bildirdiklərini sübut etmək üçün onun nümayəndəsi “Yataq otağında ev tozuna nəzarət”, “Ev tozu alergiyası”, “Epidermal dəri test nəticələri” adlanan sənədlərin və üç ədəd qəbzin surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə qarşılıqlı iddiaçının nümayəndəsinin məhkəməyə surət şəklində təqdim etdiyi həmin “Yataq otağında ev tozuna nəzarət”, “Ev tozu alergiyası”, “Epidermal dəri test nəticələri” adlanan sənədləri və üç ədəd qəbzi sübut kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənədlər və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədlərin yalnız bir hissəsi aiddirsə, belə olan halda bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Qeyd olunan Məcəllənin 89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlarla və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Hətta məhkəmə yuxarıda qeyd olunmuş sənədləri sübut kimi qəbul etsə belə, yenə də həmin səndələr qarşlıqlı iddianın təmin edilməsi üçün yetərli deyildir. Belə ki, “Yataq otağında ev tozuna nəzarət”, “Ev tozu alergiyası” və “Epidermal dəri test nəticələri”nə dair xx.xx.2021-ci il tarixli materialların surətlərindən görünür ki, təfərlərin uşağı Aylanın dərisinin alergiyaya reaklsiyası müəyyən edilmişdir. Cavabdeh nümayəndəsi təqdim etdiyi həmin sənədlərdən hər hansı bir xərcin çəkildiyi müəyyən olunmur. Bundan əlavə həmin sənədlər kredit müqaviləsinin bağlanmasından əvvəlki dövrə aid olan sənədlərdirlər. Üç ədəd qəbzə gəldikdə isə, iki qəbzin xx.xx.2025-ci il tarixdə verildiyi qəbzlərdən görünsə də, birinin tarixini müəyyən etmək olmur. Həmin qəbzlərdə İddiaçı adı qeyd edilmişdir. Lakin məhz Cavabdeh tərəfindən həmin qəbzlərdə göstərilmiş ümumilikdə 150 manat pulun ödənilməsinə dair hər hansı bir qeyd yoxdur. Məhkəmə qarşılıqlı iddiaçının nümayəndəsinin təqdim etdiyti reseptlərin surətlərini də yuxarıda qeyd olunmuş əsasa görə sübut qismində qəbul etmir. Hətta həmin reseptlərin əslilləri təqdim olunsaydı belə, yenə də həmin reseptlər qarşılıqlı iddianın təmin olunması üçün əsas deyildir. Belə ki, reseptlərin mövcudluğu hələ həmin reseptlər əsasında aptekdən və s. bu kimi müəssisələrdən dərmanın və s. alınmasına dəlalət etmir. Çünki həkim resepti yazılsa da, bir sıra hallarda pasiyent həmin resept əsasında yazılmış dərmanları almaya bilər. Alınmasını sübut etmək isə tələb edənin vəzifəsidr. Qarşlıqlı iddiaçı aldığı kreditlə İddiaçı üçün "İphone 14 pro" markalı telefon və qızıl aldığını göstərsə də, onun nümayəndəsi bunu təsdiqləyən hər hansı bir sübutunu da məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, qarşlıqlı iddia üzrə iddiaçının nümayəndəsi tələbinin əsası kimi istinad etdiyi halları sübut etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə götürülmüş kredit öhdəlikləri üzrə borcun bölünməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməli, onun tərəfindən ödənilmiş 115 manat dövlət rüsumu özünə aid edilməlidir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İlk iddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Lənkəran rayon Qeydiyyat Şöbəsində xx.xx.2018-ci il tarixdə, 139 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. Tərəflərin birgə nikanlarından doğulmuş xx.xx.2017-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X4 anaları İddiaçı yanında saxlanılsınlar. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2017-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlin yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli, iki uşaq üçün isə ümumilikdə 1,23 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icraya yönəldilsin. Tərəflərə, onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən 03 illik iddia müddəti çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilir. Cavabdeh İddiaçı qarşı birgə nikah dövründə götürülmüş kredit öhdəlikləri üzrə borcun bölünməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin və onun tərəfindən ödənilmiş 115 manat dövlət rüsumu özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar