Məhkəmə qərarları › İş №2(039)-906/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-906/2020

12.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-906/2020 12.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızı, İddiaçı BOKT “xxxxxxxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT “xxxxxxxxxxxxx” MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1250,19 manat məbləğində əsas borc, 198,92 manat məbləğində faiz borcu, 130,37 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1579,48 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq BOKT “xxxxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə BOKT “xxxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli YevFQK-936saylı kredit müqaviləsinə əsasən borcluya illik 29% dərəcəsi olmaqla 36 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq borclu əsas borc və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən əsas və faiz borcu üzrə hər ay 83,81manat olmaqla, cəmi 3017manat məbləğində ödəniş etməli olduğu halda, yalnız 1630,36 manat (əsas və faiz borcu üzrə) məbləğində ödəniş etmişlər. Borclu bu barədə dəfələrlə şifahi və yazılı xəbərdar olunmağına baxmayaraq, yuxarıda göstərilən kredit müqaviləsinin şərtlərini pozaraq kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməmişdir. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq BOKT “xxxxxxxxxxxxx” MMC ilə Cavabdeh2 arasında xx xxxxxx 2017-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 2.1-ci bəndinə əsasən zamin kreditor qarşısında eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan BOKT “xxxxxxxxxxxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, YevFQK-936saylı kredit müqaviləsindən görünür ki, BOKT “xxxxxxxxxxxxx” MMC tərəfindən Cavabdeh1 illik 29 faiz dərəcəsi olmaqla 29 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, xx xxxxxx 2017-cu il tarixli, YevFQK-936№li kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə BOKT “xxxxxxxxxxxxx” MMC ilə Cavabdeh2 arasında xx xxxxxx 2017-ci il tarixli, ZMYevFQK-936 №li zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan BOKT “xxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2020ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh1 xx.xx.2017-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş 1250,19 manat məbləğində əsas borc, 198,92 manat məbləğində faiz borcu, 130,37 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1579,48 manat məbləğində borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdehlərə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, Cavabdeh1 bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Cavabdeh2 göndərilmiş məhkəmə bildirişi “bu ünvanda yaşamır” və “köçüb” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1579,48 manat məbləğində borc cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq BOKT “xxxxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2kredit müqaviləsi üzrə 1579 (bir min beş yüz yetmiş doqquz) manat, 48 (qırx səkkiz) qəpik məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq BOKT İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar