Məhkəmə qərarları › İş №2(039)-907/2020

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-907/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-907/2020 11.08.2020 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Cavadova Günay İsmayıl qızının sədrliyi, Qasımov Nurlan Asif oğlunun katibliyi ilə, iddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2019-cu il tarixli müqavilə üzrə 200 manat ödənilməmiş hissə, 60 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 212 manat ödənilməmiş hissə, 63 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 182 manat ödənilməmiş hissə, 54 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 160 manat ödənilməmiş hissə, 48 manat cərimə, xx.xx.2019-cu il tarixli müqavilə üzrə 3473 manat ödənilməmiş hissə, 453 manat cərimə və xx.xx.2019-cu il tarixli müqavilə üzrə 294 manat ödənilməmiş hissə, 33 manat cərimə, ümumilikdə 5232 manat borc və 30 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il (üç müqavilə), xx.xx.2019-cu il (iki müqavilə) və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, cavabdeh iddiaçıdan mikrodalğalı soba, mobil telefon, künc divan dəsti, jurnal masası və digər əşyaları alğı-satqı müqaviləsi əsasında almışdır. Cavabdeh müqavilənin şərtlərinin pozmuş və nəticədə qeyd olunan müqavilələr üzrə iddiaçıya həm əsas, həm də cərimə borcu yaranmışdır. Cavabdehin bütün müqavilələr üzrə cəmi ödədiyi məbləğ 716 manat təşkil edir. Cavabdehə borcun qısa müddət ərzində ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilsə də, o həmin borcu ödəməkdən yayınmışdır. İddiaçının nümayəndəsi məhkəməyə teleqram göndərərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olunmadan keçirilməsini və iddianın təmin olunması barədə qətrnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan, xx.xx.2019-ci il tarixli, 00501308 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə mikrodalğalı soba satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan, xx.xx.2019-ci il tarixli, 00501342 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə Samsung Galaxy A6 markalı telefon satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan, xx.xx.2019-ci il tarixli, 00501362 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə HOFFMANN markalı Mini soba satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan, xx.xx.2019-ci il tarixli, 00544057 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə Braun markalı ütü, Mehtap markalı Keks qabı satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan, xx.xx.2019-ci il tarixli, 00544362 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə Prada künc divan dəsti, Foriella-Transformer jurnal masası satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan, xx.xx.2019-ci il tarixli, 00558342 nömrəli müqaviləyə əsasən iddiaçı cavabdehə X1-altı satmış, cavabdeh isə bununla bağlı müvafiq haqqın ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müəyyən edilir ki, cavabdehin alğı-satqı qiyməti 300 manat olan mikrodalğalı soba üçün ümumilikdə 260 manat olmaqla, 200 manat ödənilməmiş hissə və 60 manat cərimə borcu, alğı-satqı qiyməti 636 manat olan Samsung Galaxy A6 markalı telefon üçün ümumilikdə 275 manat olmaqla, 212 manat ödənilməmiş hissə və 63 manat cərimə borcu, alğı-satqı qiyməti 286 manat olan HOFFMANN markalı mini soba üçün ümumilikdə 236 manat olmaqla, 182 manat ödənilməmiş hissə və 54 manat cərimə borcu, alğı-satqı qiyməti 220 manat olan Braun markalı ütü, Mehtap markalı keks qabı üçün ümumilikdə 208 manat olmaqla, 160 manat ödənilməmiş hissə və 48 manat cərimə, alğısatqı qiyməti 3473 manat olan Prada künc divan dəsti, Foriella-Transformer jurnal masası üçün ümumilikdə 3926 manat olmaqla, 3473 manat ödənilməmiş hissə və 453 manat cərimə borcu və alğı-satqı qiyməti 322 manat olan X1-altı üçün ümumilikdə 327 manat olmaqla, 294 manat ödənilməmiş hissə və 33 manat cərimə borcu var. Cəmi borc 5232 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1.-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5232 (beş min iki yüz otuz iki) manat borc və 30 manat dövlət rüsumu iddiaçı “xxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günay Cavadova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar